ub.
DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib - VİDEO
Cəmiyyət 22 Mart 2025, 10:00
19104
Kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər. Ssenarilər fərqli olsa da məqsəd eynidir. İnsanları aldatmaq, vəsaiti ələ keçirmək.
Citypost.az xəbər verir ki ,bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı növbəti müraciətində bildirilib.
"Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər. Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb “pul kartına köçdümü?” deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur. Son aylarda qeyd etdiyimiz üsulla - yəni oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunmaqdadır. Gəlin, hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə yazaraq, yazıbsa zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək", - deyə, müraciətdə qeyd olunub.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Hüseyn Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.Qeyd edək ki, Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiridir.
22 İyun 2026, 15:30
Vüqar Rəhimzadə Culfada seçicilərlə görüşdü
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Gal və Şurud kənd mərkəzlərində seçiciləri ilə növbəti görüşlərini keçirib.Citypost.az xəbər verir ki, deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
22 İyun 2026, 15:25
Elsun Əhmədov daha 5 il 6 ay cəza aldı
Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovla bağlı digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Elsun Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Elsun Əhmədov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.Xatırladaq ki, Bərdə Rayon Məhkəməsinin keçmiş hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.İş üzrə...
22 İyun 2026, 15:20
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub
Rusiya son sutkada Ukraynaya məxsus 734 dronu vurub.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri son sutkada Ukraynanın təyyarə tipli 734 dronunu və idarə olunan 12 aviasiya bombasını vurub.Moskva meri Sergey Sobyanin isə son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 84 dronun paytaxta yaxınlaşarkən vurulduğunu bildirib.O qeyd edib ki, heç bir ziyan və ya itki olmayıb....
22 İyun 2026, 15:00
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
İyunun 22-də ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az verilən xəbərə görə, Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi buradakı Xatirə kitabına ürək sözlərini yazıb.Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.Milli Məclisin sədri dünən qonaqların Prezident...
22 İyun 2026, 14:47
Dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları müvəqqəti bağlanıb
Moskvanın “Domodedovo”, “Şeremetyevo”, “Vnukovo” və “Jukovski” hava limanları müvəqqəti bağlanıb.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi-“Rosaviasiya” məlumat yayıb.Bildirilib ki, Moskvanın bütün aeroportlarında təyyarələrin uçuş və enişinə məhdudiyyət tətbiq olunub.
22 İyun 2026, 13:58