Müşfiq Cəfərov: “20 Sentyabr milli qürur günüdür”
Siyasət 20 Sentyabr 2026, 18:23
550
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir.1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmizin beynəlxalq birliklər tərəfindən tanınmış və suveren Azərbaycan hakimiyyətinin coğrafi sərhədləri daxilində yerləşən ərazilərinin 20 faizinin işğal edildi.Bu ərazilər işğal edilsə də suveren Azərbaycan ərazisi olaraq qalırdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermirdi.
Bu sözləri Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Millət vəkilinin sözlərinə görə, 2023 cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bununla da Azərbaycanın dövlət suverenliyinin təşəkkül prosesinin mühüm bir mərhələsi yekunlaşmış oldu. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı bütöv və suveren Azərbaycan torpaqlarında əzəmətlə dalğalanmaqdadır.
Həmçinin oxuyun
Deputat qeyd edib ki, 30 ildən artıq davam edən işğal, müharibələr, soyqırımlar və məhrumiyyətlər nə qədər ağır olsa da, Azərbaycan xalqı öz dövlətini qorumağı, onu daha da gücləndirməyi bacarmışdır.20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür.
Müşfiq Cəfərov əlavə edib ki, bu günün qeyd olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcını göstərir. Bu gün biz artıq tam suveren dövlətik. Sərhədlərimiz toxunulmazdır, ərazilərimiz bütövdür, xalqımız isə azad və müstəqil gələcəyini öz əlləri ilə qurur. Dövlət Suverenliyi Günü bu həqiqətlərin rəsmi təsdiqi, xalqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rövşən Muradov: “20 Sentyabr dövlətçiliyimizin yeni mərhələsini əks etdirir”
20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması müasir Azərbaycan dövlətçiliyinin iki böyük mərhələsini vahid tarixi məntiqdə birləşdirir: torpaqların işğaldan azad edilməsi və qazanılmış suverenliyin real idarəçilik, təhlükəsizlik, məskunlaşma, təhsil, istehsal və ictimai həyat vasitəsilə möhkəmləndirilməsi. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla təsis olunan və 2026-cı ildə üçüncü dəfə qeyd edilən bu günün arxasında otuz illik işğalın ağır nəticələri, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və Azərbaycan xalqının sarsılmaz milli iradəsi dayanır. Buna görə 20 Sentyabr təqvim hadisəsindən daha geniş məna daşıyaraq dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tam və bölünməz şəkildə bərqərar olmasının siyasi...
20 Sentyabr 2026, 11:06
Zaur Şükürov: “TDT-nin beynəlxalq rolu və çəkisi gücləndirilməlidir”
Bir neçə gün öncə ölkəmiz Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mühüm bir tədbirə - TDT təhlükəsizlik şuraları katiblərinin 5-ci iclasına ev sahibliyi etdi. Sentyabrın 17-də Prezident cənab İlham Əliyevin TDT-ni təmsil edən nümayəndələrlə görüşü zamanı vacib mesajlar səsləndirərək,TDT-nin gələcək inkişafında təhlükəsizlik ölçüsünün əhəmiyyətinə diqqət çəkdi. Üzv ölkələrin dini liderlərini qəbul etdiyini xatırladan ölkə başçısı təşkilatın müxtəlif formatlarda müzakirə etdiyi mövzuların beynəlxalq gündəlikdən təhlükəsizliyə, multikulturalizmdən ticarət və nəqliyyata qədər geniş spektri əhatə etdiyini bildirdi. Bu isə, heç şübhəsiz TDT-nin beynəlxalq miqyasda əhəmiyyətinin artmasının göstəricisidir. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündən keçən iyirmi il müddətdə TDT-nin öz potensialından maksimum istifadə etdiyini...
19 Sentyabr 2026, 19:20
Turanə Baxşəliyeva: “İƏT Zirvəsi Azərbaycanın İslam dünyasındakı rolunu göstərəcək”
2027-ci il Azərbaycanın beynəlxalq diplomatiya tarixində mühüm hadisələrlə yadda qalacaq. Həmin il Bakıda İslam Əməkdaşlıq Təşkilatının XVI İslam Zirvə Konfransının keçirilməsi ölkəmizin üzərinə böyük beynəlxalq məsuliyyət qoymaqla yanaşı, Azərbaycanın İslam dünyasında artan rolunun mühüm göstəricilərindən biri olacaq.İslam Əməkdaşlıq Təşkilatının rəsmi təqviminə əsasən, XVI İslam Zirvə Konfransı 23–24 iyun 2027-ci ildə Bakıda keçiriləcək. Zirvə toplantısından əvvəl 19–20 iyun tarixlərində yüksək vəzifəli şəxslərin, 21–22 iyun tarixlərində isə nazirlərin hazırlıq görüşlərinin keçirilməsi nəzərdə tutulur. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi təsadüfi hadisə deyil. Bu, üzv dövlətlərin Azərbaycanla qurduğu çoxşaxəli əməkdaşlığın, ölkəmizin təşkilat çərçivəsində fəal mövqeyinin və beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir.Azərbaycan 1991-ci ildə...
19 Sentyabr 2026, 15:27
Zaur Şükürov: “Tam suverenlik ölkəmizin inkişafına yeni imkanlar açır”
Tarix boyu xalqların öz taleyinə sahib çıxaraq, müstəqil və inkişaf edən dövlət qurması ən böyük nailiyyətdir. Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində üzləşdiyi çağırışlara, işğala, məhrumiyyətlərə baxmayaraq, müstəqillik və dövlətçilik əzmimiz sarsılmamış, heç bir qüvvə buna mane ola bilməmişdir.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.Millət vəkili qeyd edib ki, 1990-cu illərin əvvəlində Ermənistan BMT-nin Nizamnaməsini, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq, torpaqlarımızı işğal etmiş, soyqırım, etnik təmizləmə, ekosid və urbisid cinayətləri törətmişdir. 2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük...
19 Sentyabr 2026, 11:53
Paşinyandan Əliyevə sülh mesajı: “Minnətdaram”
Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.Citypost.az xəbər verir ki, Paşinyan bu barədə Hessen Sülh Mükafatını aldığı mərasimdə bildirib.O, çıxışında bildirib ki, Ermənistan və Azərbaycan xalqları keçmişi dəyişdirə bilməyəcəklərini, amma bu günü və gələcəyi dəyişdirə biləcəklərini anlayaraq sülhü qəbul etdi və dəstəklədi:"Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Eləcə də Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm. Münaqişənin səbəb olduğu çətinliklərə, insan itkilərinə və iztirablara baxmayaraq, onlar keçmişi dəyişə bilməyəcəklərini, lakin bu günü və gələcəyi dəyişə biləcəklərini anlayaraq sülhü qəbul etdilər...
18 Sentyabr 2026, 19:31
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd etdi
“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” iddiaları ilə əsaslandırmağa çalışmasını qətiyyətlə pisləyir və rədd edirik”.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı mövqeyinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.“Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri...
18 Sentyabr 2026, 17:46