Bizə yazın

Baku

-°C

USD

-

2023-cü ildən 20 Sentyabr Şəhid Qanı günü oldu...Mirşahin Ağayev

Cəmiyyət 20 Sentyabr 2026, 12:52

2848

Xəbər verdiyimiz kimi,“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir.

Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Bu əlamətdar gün münasibəti ilə əməkdar jurnalist Mirşahin Ağayev sosial şəbəkə hesablarında paylaşım edib.

CityPost.az həmin paylaşımı təqdim edir:

1994-cü ildən bəri 20 sentyabr Neft günü-Qara Qızıl günü idi… 

İnkişaf, qüdrət günü. 

2023-cü ildən 20 Sentyabr Şəhid Qanı günü oldu... Qürur və Yüksəliş günü. 1994-cü ilin 20 sentyabrı olmasaydı, 2023-cü ilin 20 sentyabrı da olmayacaqdı. Bu gün biz Neftdən də, Qandan da, Qələbədən də, bir sözlə Azərbaycandan danışacağıq! Dövlət Suverenliyi günümüz mübarək! Bütün mübarəklərdən daha mübarək! Xırda mövzuları buraxaq! Bu gün ən Böyük Mövzu Şəhadətdir! 

Şəhid və Qazi ataları, Sizə Təşəkkür və Qibtə edirəm!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakıətrafı ərazilərə qısamüddətli yağış yağacaq, dağlıq rayonlarda leysan olacaq 

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında gündüz 26-30° isti olacaqŞimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə gecə 70-75 %, gündüz 50-60 % olacaq.Dağlıq və dağətəyi rayonlarda leysan olacaqSabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı...

20 Sentyabr 2026, 12:32

DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO 

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malikdir.Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.Qeyd edilib ki, onların döyüş yolu - şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət nümunəsidir....

20 Sentyabr 2026, 11:35

Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, leysan olub - FAKTİKİ HAVA 

Sentyabrın 20-si saat 10:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.Düşən yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 mm-dək qeydə alınıb.Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50 m-dək məhdudlaşır.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub....

20 Sentyabr 2026, 11:13

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür.CityPost.az-ın  məlumatına görə, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb.Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.Nazirlər Kabinetindən verilən məlumata görə, Dövlət...

20 Sentyabr 2026, 09:20

Həmin qız Şəfiqə Axundova imiş - Üzeyir bəylə şirin xatirə

Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov musiqi məktəbinə yeni tələbələr qəbul edirdi. İmtahan zamanı bir qızın istedadı onu xüsusilə heyran etdi. Üzeyir bəy qızı ürəkdən təbrik edib dedi: - Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram.  Bu vaxt qız ağlamağa başladı. Üzeyir bəy onun sevincdən ağladığını düşündü. Lakin qız hıçqıra - hıçqıra: - Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.Üzeyir bəy təəccüblə soruşdu: - Niyə, qızım? - Çünki evdə pianom yoxdur. - Eybi yoxdur, qızım. Ümidini itirmə.Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə pıçıldadı. Qız imtahan otağından ayrılanda Üzeyir bəyin assistenti də onun arxasınca çıxdı. Dəhlizdə qızı səsləyib dedi: -...

19 Sentyabr 2026, 23:15

Görkəmli alim, professor Aida xanım İmanquliyevanın anım günüdür

Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.Hər bir dövlətin qüdrəti onun ziyalı potensialı ilə ölçülür. Hər bir xalqı isə müasir dünyaya inteqrasiya yolunda irəli aparan onun elmi, zəkası və ziyalılarıdır. Azərbaycanda bu missiyanı layiqincə yerinə yetirən güclü ziyalı qüvvəsi mövcuddur. Müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlarımız səmərəli fəaliyyəti və dəyərli elmi axtarışları ilə ölkəmizin elm və mədəniyyətini dünyada tanıdırlar. Bu gün gənc tədqiqatçılar onların zəngin elmi irsini və həyat təcrübəsini maraqla öyrənir, yaradıcılıqlarından bəhrələnirlər. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Qoyub getdiyi xeyirxah əməlləri, sevənlərinin qəlbində buraxdığı dərin iz onun əbədiyyətini təmin edir....

19 Sentyabr 2026, 23:10