Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15 Aprel 2025, 18:21
22243
Aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verilib.
Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Naxçıvan MR, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Balakən, Qax, Şəki, Zaqatala, Salyan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Xaçmaz, Quba, Samux, Ağdaş, Ucar, Kürdəmir, Göygöl, Biləsuvar, Yevlax, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Saatlı, Sabirabad, Zərdab, Göyçay və İmişlidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Kəlbəcər, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Goranboy, Naftalan və Daşkəsəndə də şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Həmçinin oxuyun
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 28.5 m/s və daha çox olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Məmmədov: Dövlət qulluğu böyük məsuliyyətdir
Milli Məclisin deputatı Ceyhun Məmmədov 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını təbrik edib.Citypost.az xəbər verir ki, Deputat bildirib ki, dövlət qulluğu cəmiyyətə xidmətin, məsuliyyətin, şəffaflığın və peşəkarlığın təcəssümüdür. Onun sözlərinə görə, dövlət idarəçiliyinin səmərəli təşkili, vətəndaş məmnunluğunun təmin edilməsi, həyata keçirilən islahatların uğurla icrası və ölkənin davamlı inkişafı dövlət qulluqçularının fədakar əməyi sayəsində mümkün olur.Ceyhun Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir dövlətçilik ənənələri dövlət qulluğu sisteminin formalaşmasında mühüm rol oynayıb. O vurğulayıb ki, bu gün həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Deputatın sözlərinə görə, dövlət idarəçiliyinin...
23 İyun 2026, 09:58
Bakının bu küçələrində işıq olmayacaq
İyunun 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.Citypost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Murtuza Muxtarov, Zərgərpalan, Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, Salatın Əsgərova küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, İmadəddin Nəsimi, Mehdi Abbasov, Əzim Əzimzadə, Şirin Mirzəyev, Məmməd Səid Ordubadi, Əlif Hacıyev küçələrinin bəzi hissələrini əhatə edəcək.Həmçinin Cəlilabad Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq “Cəlayir” yarımstansiyasından qidalanan 35...
23 İyun 2026, 09:15
Qaradağ və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Bu gün Bakının Qaradağ və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək.Bu barədə Citypost.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin, saat 10:00-dan etibarən isə Nərimanov rayonunun Z. Bünyadov və Azadlıq prospektlərinin, İ. Dadaşov, M. K. Atatürk və N. Nərimanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq....
23 İyun 2026, 09:05
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur....
23 İyun 2026, 08:30
Prezident İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO
İyunun 22-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib.CityPost.az xəbər verir ki, ziyafətdə Azərbaycan və Türkmənistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
22 İyun 2026, 19:47
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 23-24 iyun tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.CityPost.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Belə ki, məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi – Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) – 28 May küçəsi ilə təşkil ediləcək....
22 İyun 2026, 19:36