Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 21 Sentyabr 2026, 13:43
368
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 26-27 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.
Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.
Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Həmçinin oxuyun
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gənc stomatoloq əməliyyatdan sonra vəfat etdi
Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80 nəfərə yaxın şəxs qan verib.Lakin yaxınlarının cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, NDU-nun ilk “Stomatologiya” ixtisası məzunlarından olan Şahin Tağıyev Bakı və Sumqayıt şəhərlərində...
21 Sentyabr 2026, 14:20
Axı niyə bunlar tarixdən ibrət dərsi almırlar?!
CityPost.az Mətbuat Şurasının sədri Rəşad Məcidin paylaşımını təqdim edir:Bir neçə gündür məlum və bədnam qonşularımızın sosial mediada ağlayıb-sızlamalarına baxıram. Düşünürəm və zehnimdə sanki cavabı çoxdan bəlli olan suallar bu dəfə nidaqarışıq baş qaldırıb dolaşır:Axı niyə bunlar tarixdən ibrət dərsi almırlar?! Vicdan deyilən bunlarda da varsa, niyə azacıq qımıldanıb oyanmır?! 2023-ün 20 sentyabrında evlərini itirdiklərini ağlaşma qurub dünyaya car çəkənlər, bu üçcə ili dözülməz kimi qələmə verənlər bizim 30 il çəkdiklərimizin fərqində deyildilər?! Öz dəhşətli əməllərini - yüz minlərlə insanı evsiz-eşiksiz qoymalarını, şəhər və kəndlərimizi bünövrədən viran etmələrini niyə yada salmırlar?! Biz qürurlu millətik: dərdimizi bəyan etsək də, heç vaxt belə ağlaşmalarla kiminsə bizə...
21 Sentyabr 2026, 13:49
Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təliminə gəldi
Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.
21 Sentyabr 2026, 13:35
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər
Alban-Udi xristian dini icmasının üzvlərinin Gəncəsər monastır kompleksinə səfərləri başlayıb.Citypost.az xəbər verir ki, Alban-Udi xristian dini icmasının üzvlərinin rayonun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.XIII əsrə aid olan Gəncəsər monastır kompleksi Alban xristian irsinin mühüm nümunələrindən biri hesab edilir. Xaçın çayının sol sahilində yerləşən monastır orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahlarından biri olub. Monastırın əsası 1216-cı ildə qoyulub və tikinti işləri XIII əsrdə tamamlanıb.Gəncəsər monastırını ilk dəfə ziyarət edən nümayəndələr burada dini ayinləri icra edirlər....
21 Sentyabr 2026, 13:00
Qubadlıda ilk yaşayış məhəlləsinin tikintisi davam etdirilir
Qubadlı şəhərində Böyük Qayıdış proqramı çərçivəsində ilk yaşayış məhəlləsinin tikintisi sürətlə davam etdirilir.APA-nın Qarabağ bürosu xəbər verir ki, 3,34 hektar ərazini əhatə edən yaşayış kompleksində 21 çoxmənzilli binanın inşası nəzərdə tutulub. Kompleksdə ümumilikdə 176 mənzil olacaq.Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, mənzillər əsasən iki və üçotaqlı olacaq. Kompleksin ərazisində oyun meydançaları, yaşıllıq zonaları, yerüstü və yeraltı avtomobil dayanacaqları, həmçinin iki qeyri-yaşayış binasının inşası nəzərdə tutulur.Onun sözlərinə görə, binalardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillərin sahəsi 60-95 kvadratmetr arasında dəyişəcək.Kompleksdə sakinlərin rahatlığı üçün uşaq və istirahət meydançaları, velosiped dayanacağı, məişət tullantılarının...
21 Sentyabr 2026, 12:55
"Şöhrət" ordenli akademik Nizami Cəfərovun ad günüdür
Bu gün Azərbaycan xalqının son 100 ildə yetişdirdiyi ən görkəmli alimlərdən biri, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı(1994-2001),Ümumi dilçilik kafedrasının müdiri(2001-2015), (2019-cu ildən), Azərbaycanda Atatürk Mərkəzinin direktoru(2001-ci ildən), 5 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı(2000-2024-cü illər), AMEA-nın həqiqi üzvü (2017), Əməkdar elm xadimi (2000), Dünya Alpaqut Federasiyasının Prezidenti (2015-2022), filologiya elmləri doktoru(1991), "Şöhrət" ordenli akademik Nizami Cəfərovun ad günüdür.Nizami Cəfərovun böyüklüyü ondadır ki, o bütün mərhələlərdə tədbirli, təmkinli, ləyaqətlidir. Məhz ləyaqətini o heç zaman əldən verməyib və bu xüsusiyyətin onun kamil şəxsiyyət kimi yetişməsində böyük rolu olub. Mən Nizami müəllimlə bir neçə dəfə xarici ölkələrdə səfərdə olmuşam, orda, xüsusən də...
21 Sentyabr 2026, 12:46