Bizə yazın

Baku

-°C

USD

-

"Şöhrət" ordenli akademik Nizami Cəfərovun ad günüdür

Cəmiyyət 21 Sentyabr 2026, 12:46

492

Bu gün Azərbaycan xalqının son 100 ildə yetişdirdiyi  ən görkəmli alimlərdən biri, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı(1994-2001),Ümumi dilçilik kafedrasının müdiri(2001-2015), (2019-cu ildən), Azərbaycanda Atatürk Mərkəzinin direktoru(2001-ci ildən), 5 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı(2000-2024-cü illər), AMEA-nın həqiqi üzvü (2017), Əməkdar elm xadimi (2000), Dünya Alpaqut Federasiyasının Prezidenti (2015-2022), filologiya elmləri doktoru(1991), "Şöhrət" ordenli akademik Nizami Cəfərovun ad günüdür.

Nizami Cəfərovun böyüklüyü ondadır ki, o bütün mərhələlərdə tədbirli, təmkinli, ləyaqətlidir. Məhz ləyaqətini o heç zaman əldən verməyib və bu xüsusiyyətin onun kamil şəxsiyyət kimi yetişməsində böyük rolu olub. Mən Nizami müəllimlə bir neçə dəfə xarici ölkələrdə səfərdə olmuşam, orda, xüsusən də Türkiyədə necə böyük nüfuz sahibi olduğunun canlı şahidiyəm. Ağsaqqal türk alimləri ilə 30 yaşlarında bu gənc istedadın fikir polemikasında qalib gəldiyini, türk ədəbiyyatını onlardan yaxşı bildiyini görəndə bir milli qürur hissi keçirirdim. Maraqlı idi ki, Nizami Cəfərov debatlarda heç vaxt güzəştə getmirdi, üzgörənlik eləmirdi, həmişə də qalib gəlirdi. Hərdən onunla bu səfərlərdə olarkən düşünürdüm ki, əgər Nizami müəllim istedadını dilçiliyə, ədəbiyyatşünaslığa deyil, deyək ki, şahmata istiqamətləndirsə idi, yəqin ki, dünya şahmat tacını Bakıya gətirərdi. Başqa elm sahələrində də daha çox inkişaf edə bilərdi və bəlkə də fizika, kimya, biologiya sahələrində Nobel mükafatına layiq görülə bilərdi. Bütün bunlara baxmayaraq, yalnız Azərbaycan, yaxud Türk dünyası çərçivəsində tədqiqat obyekti olan dilçilik sahəsində qazandığı uğurları daha müqəddəs, daha vacib hesab etdiyi üçün Nizami elə Nizamidir. Mənə elə gəlir ki, Nizami Cəfərov dilçilik, azərbaycanşünaslıq sahələrində inqilabi dəyişikliklər etməyə qadir alimdir. Və indiyədək Azərbaycan dilçiliyində mövcud olan stereotipləri, klassik yanaşmanı dəyişdirməyə cəsarət edən ilk adamdır.

O, hadisələrin, problemlərin fövqündə durmağı bacarır. Ən böyük narahatlığa da, ziyalı prizmasından təmkinli münasibəti var. Və şəxsən mən onun bu sakitliyinə həsəd aparıram. Təkcə Bakı Dövlət Universiteti deyil, bütün xalqımız fəxr edir ki, onun sıralarında belə bir şəxsiyyət var.

Nizami Qulu oğlu Cəfərov 1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1995–1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997-ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olmuşdur. Elə bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin sədri təyin olunmuşdur.

1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilmişdir.Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində "Dədə Qorqud" elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunmuşdur. 2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilmişdir.

2004-cü ildə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin qərarı ilə "Yusif Məmmədəliyev adına medal"la təltif edilmişdir.

Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 

20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il), IV çağırış (2010-cu il), V çağırış (2015-ci il) və VI çağırış (2020-ci il) Milli Məclisinin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri (2005–2015), Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Tədqiqatları Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.

Akademik Nizami Cəfərov üçün türkologiya geniş anlayış olub, yalnız dilçilik sahəsi ilə məhdudlaşmayaraq, eyni dərəcədə də ümumtürk ədəbiyyatı və mədəniyyəti anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun simasında dilçi-türkoloqla ədəbiyyatçı-türkoloq və kulturoloq vahid bir sistemdə birləşir. Nizami Cəfərovun hazırlayıb çap etdirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş mənada türkologiya elminə sanballı xidmətdir. O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaratmışdır.

Ümumi dilçilik istiqamətində Nizami Cəfərov yeni bir masştab müəyyənləşdirir. İlk növbədə klassik ümumi dilçilik modeli N. Cəfərov tərəfindən modernləşdirilir. Onun "Ümumi dilçilik" dərsliyində (Bakı, 2020,"Təhsil"nəş., səh. 144 ;ikinci nəşr, Bakı, 2023,"Təhsil nəş., səh. 216)bilavasitə ilk mənbələr-dilçilik klassiklərinin əsərləri əsasında dil haqqındakı elmin predmeti, tarixi, tədqiqat metodları, dilin mahiyyəti, eləcə də daxili, yaxud sinxron, xarici, yaxud diaxron və multidissiplinar dilçilik məsələləri şərh olunur. "Multidissiplinar dilçilik" dərs vəsaitində isə multidissiplinar dilçiliyin ən populyar sahə və ya istiqamətlərindən bəhs edən beş oçerk (etnolinqvistika, sosiolinqvistika, psixolinqvistika, praqmalinqvistika, linqvokulturologiya) verilir. Müasir dilçiliyin banisi, məşhur İsveçrə dilçisi Ferdinand de Sössürün "Ümumi dilçilik kursu" N. Cəfərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib nəşr olunur(2003,2018). Bir sıra dilçilik klassiklərinin, eləcə də ümumi dilçiyin banisi Vilhelm fon Humboldtun irsinin müəyyən hissəsi N. Cəfərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib nəşr edilir (Vilhelm fon Humboldt :məqalələr və fraqmentlər, 2019).

Nizami Cəfərovun müxtəlif illərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin Əfəndiyev, İsa Muğanna, Nəriman Həsənzadə, Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Afaq Məsud və başqaları haqqında yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli professional ədəbiyyatşünaslıq əsərləridir. O, eyni zamanda, orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat üzrə də uzunömürlü dərsliklərin müəllifidir. Ədəbiyyatın mahiyyəti — ədəbiyyat tarixinin dövrləşdirilməsi, klassik şeirin poetikası, aşıq poeziyasının inkişafı, ədəbi tənqidin imkanları və iddiaları, "altmışıncıların" ədəbi simaları və problemləri haqqındakı tədqiqatları, yaxud ayrı-ayrı yazıçılarla əlaqədar portret-oçerk səviyyəsində təqdimatları Nizami Cəfərovun ədəbiyyat məsələlərinə, ədəbi prosesə dərindən bələd olduğunu, bir çox hallarda istiqamət verdiyini əyani surətdə göstərir. Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində "Kitabi-Dədə Qorqud" dastanlarındakı "eposdan kitaba" doğru ədəbi proseslərin əsasında bu möhtəşəm oğuznamədən həm də ortaq ümumtürk və daha çox Azərbaycan yazılı ədəbiyyatının başlanğıc dövrünün ədəbi abidəsi qismində söz açmaq təşəbbüsünü irəli sürmüşdür.

Akademik Nizami Cəfərov ölkəmizdə "Azərbaycanşünaslığın əsasları"nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş "Azərbaycan mədəniyyəti məsələləri" (2000), "Azərbaycanşünaslığa giriş" (2001), "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları" (2001), "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət" (2001), "Azərbaycanşünaslıq məsələləri" (2001), "Heydər Əliyev və Azərbaycan" (2004), "Azərbaycanşünaslığın əsasları" (2005; 2013), "Atatürkün Azərbaycan siyasəti" (2008), "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı" (2012) və sair kitabları Azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır. Nizami Cəfərov elmi fikirdə ümumtürk mənşəli Azərbaycançılıq ideologiyasının və nəzəri əsaslara malik Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biridir.

1000-ə yaxın elmi əsərin, o cümlədən monoqrafiyaların, dərsliklərin müəllifidir.

Rus, ingilis və fars dillərini mükəmməl bilir.

Akademik Nizami Cəfərovu ad günü münasibətilə təbrik edir, ona cansağlığı və yeni elmi uğurlar arzulayırıq.

Fikrət Şiriyev

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər

Alban-Udi xristian dini icmasının üzvlərinin Gəncəsər monastır kompleksinə səfərləri başlayıb.Citypost.az xəbər verir ki, Alban-Udi xristian dini icmasının üzvlərinin rayonun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.XIII əsrə aid olan Gəncəsər monastır kompleksi Alban xristian irsinin mühüm nümunələrindən biri hesab edilir. Xaçın çayının sol sahilində yerləşən monastır orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahlarından biri olub. Monastırın əsası 1216-cı ildə qoyulub və tikinti işləri XIII əsrdə tamamlanıb.Gəncəsər monastırını ilk dəfə ziyarət edən nümayəndələr burada dini ayinləri icra edirlər....

21 Sentyabr 2026, 13:00

Qubadlıda ilk yaşayış məhəlləsinin tikintisi davam etdirilir

Qubadlı şəhərində Böyük Qayıdış proqramı çərçivəsində ilk yaşayış məhəlləsinin tikintisi sürətlə davam etdirilir.APA-nın Qarabağ bürosu xəbər verir ki, 3,34 hektar ərazini əhatə edən yaşayış kompleksində 21 çoxmənzilli binanın inşası nəzərdə tutulub. Kompleksdə ümumilikdə 176 mənzil olacaq.Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, mənzillər əsasən iki və üçotaqlı olacaq. Kompleksin ərazisində oyun meydançaları, yaşıllıq zonaları, yerüstü və yeraltı avtomobil dayanacaqları, həmçinin iki qeyri-yaşayış binasının inşası nəzərdə tutulur.Onun sözlərinə görə, binalardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillərin sahəsi 60-95 kvadratmetr arasında dəyişəcək.Kompleksdə sakinlərin rahatlığı üçün uşaq və istirahət meydançaları, velosiped dayanacağı, məişət tullantılarının...

21 Sentyabr 2026, 12:55

Zahid Oruc icbari tibbi sığortadakı problemlərdən danışdı

Hesab edirəm ki, bir sıra qurumlarda, agentliklərdə və komitələrdə aparılan islahatlar öz nəticəsini vermir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.Komitə sədri bildirib ki, Xətai rayonu üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışan şəxslərin sayı 235 nəfərdir: “Bir neçə islahatdan sonra qalan işçi sayı bu qədərdir. Bu gün yol işıqlandırmasında lampaya bir qurum, dirəyə başqa qurum baxır. Bununla problem həll etmək olar?! Dövlət qurumlarında işə qəbulla bağlı çevik mexanizm yaradılmalıdır ki, İmişlidə ucqar kənddə yaşayan vətəndaş işə açıq və şəffaf şəkildə qəbul ola bilsin”.Zahid Oruc struktur və kadr dəyişikliklərinin...

21 Sentyabr 2026, 12:40

Pensiyalar sabah tam ödəniləcək 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

21 Sentyabr 2026, 12:35

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Citypost.az xəbər verir ki, başsağlığında deyilir:"Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm"...

21 Sentyabr 2026, 12:24

Sabah hava əsasən yağmursuz keçəcək – PROQNOZ

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-21°...

21 Sentyabr 2026, 12:23