Ramiz Mehdiyevin növbəti məhkəməsi bu tarixdə olacaq
Cəmiyyət 21 Sentyabr 2026, 15:48
368
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Citypost.az xəbər verir ki, proses hakim Murad Aslanovun sədrliyi ilə keçirilib.
Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib.
Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.
Həmçinin oxuyun
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb
İçərişəhərdə sakinlərlə işin təşkilinə yeni imkanlar yaradacaq İcma Mərkəzi fəaliyyətə başlayıb.Bu barədə Citypost.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.Bildirilib ki, İdarənin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi sakinlərin sosial-mədəni fəaliyyətə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili və onların müxtəlif təşəbbüslərinin dəstəklənməsidir.Qeyd edək ki, bundan əvvəl sakinlərin müraciət və ehtiyaclarının qarşılanmasına xidmət edən "Xidmət Mərkəzi" istifadəyə verilmişdi. Yeni İcma Mərkəzi isə əsasən sakinlərlə işin təşkili, onların maraq və təkliflərinin öyrənilməsi, müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.Mərkəzin açılış mərasimində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud sakinlərlə görüşərək yeni məkanın sakinlərin gündəlik həyatına verəcəyi töhfədən,...
21 Sentyabr 2026, 16:18
Azad edilmiş ərazilərdə 269 mina və 745 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (14.09.2026-20.09.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 204 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 745 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 1840,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
21 Sentyabr 2026, 16:00
Bir qrup kino xadimi ölkə başçısına müraciət etdi
Bir qrup kino xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sentyabrın 11-də keçirilən konfransla bağlı Prezident İlham Əliyevə açıq müraciət edib.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, müraciətə xalq artistləri və əməkdar artistlər, habelə kinorejissorlar, kinooperatorlar, prodüserlər, ssenaristlər və digər kino xadimləri imza atıblar.Onlar müraciətin sonunda dövlət başçısının məsələyə müdaxilə etməsini və qarşılaşdıqları problemlərin həllinə kömək göstərməsini xahiş ediblər: “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə:Hörmətli cənab Prezident! Ümidvarıq ki, həyatını Azərbaycan milli kino sənətinə həsr etmiş kinematoqrafçıların öz Prezidentindən kömək istəməsini anlayışla qarşılayacaqsınız.Siz hər zaman mədəniyyətimizə, o cümlədən kino sənətinə və kino xadimlərinə həssaslıqla yanaşmısınız. Buna görə birbaşa Sizə müraciət etmək qərarına gəldik.Bildiririk...
21 Sentyabr 2026, 15:57
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə görüşdü
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Qazançı kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, görüşdə Qazançı kəndindən olan seçicilərlə yanaşı, Teyvaz kəndindən olan seçicilər də iştirak ediblər.Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
21 Sentyabr 2026, 15:48
Anım Gününə həsr olunan qanvermə aksiyası keçiriləcək
Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə könüllü qanvermə aksiyası keçiriləcək.Citypost.az xəbər verir ki, aksiya Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Quba İş Adamlarına Dəstək – QİAD Platforması”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə baş tutacaq.Aksiyaya sahibkarlar, şirkət əməkdaşları və bütün vətəndaşlar könüllü şəkildə qoşula bilərlər.Qanvermə aksiyası aşağıdakı tarix və ünvanlarda keçiriləcək:23 sentyabr – Lənkəran-Astara regionuRespublika Qan Bankı PHŞ-nin Lənkəran bölməsi24 sentyabr – Quba-Xaçmaz regionuRespublika Qan Bankı PHŞ-nin Quba bölməsi24 sentyabr – Şəki-Zaqatala regionuRespublika Qan...
21 Sentyabr 2026, 15:20
Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 21-də Bakıda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Bildirilib ki, qəbulda vətəndaşlar əsasən dini maarifləndirmə işlərinin genişləndirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı təklif və müraciətlərini diqqətə çatdırıblar.Komitə sədri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib.
21 Sentyabr 2026, 15:00