Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Cəmiyyət 21 Sentyabr 2026, 15:49
229
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək.
Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.
Həmçinin oxuyun
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və 30 noyabr 2010-cu il tarixli qərarı ilətəsdiq edilmiş "İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda və 17 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir....
21 Sentyabr 2026, 17:25
Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.Bu barədə Citypost.az "Azəriqaz"a istinadən xəbər verir."Təmir-quraşdırma işləri ilə əlaqədar 22.09.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunur.
21 Sentyabr 2026, 17:20
Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR: Yeni dəstək gəlir
Sərhədyanı ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün əlavə subsidiya mexanizmi tətbiq ediləcək.Citypost.az Siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçilik fəaliyyəti ilə məşğul olan fermerlər üçün subsidiya əmsalı respublika üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq.Yeni mexanizmin məqsədi ölkənin sərhədyanı ərazilərində kənd təsərrüfatı fəaliyyətinin davamlılığını təmin etməkdir./yenisabah/
21 Sentyabr 2026, 16:42
Kamran Əliyev BMT nümayəndə heyətini qəbul etdi
Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Terrorçuluğun qarşısının alınması şöbəsinin (TPB) rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror Roberto Arbitrionun 21–23 sentyabr tarixlərində keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini yüksək qiymətləndirərək, səfərin Baş Prokurorluqla UNODC, xüsusilə qurumun Terrorçuluğun qarşısının alınması şöbəsi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.Baş prokuror Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyinin ölkəmizi transmilli təhdidlərə qarşı mübarizədə mühüm tərəfdaşa çevirdiyini qeyd edib. Azərbaycanın...
21 Sentyabr 2026, 16:30
Boş yer yarananda sərnişinə bildiriş göndəriləcək
Azərbaycanda vətəndaşlar səfər etmək istədiyi reys üzrə bilet almaq üçün axtarış etdiyi zaman, boş yer olmadığı təqdirdə bildiriş funksiyasını aktivləşdirə bilərlər.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə "biletim.az" portalında yeni funksionallıq istifadəyə verilib. Yeni funksionallıq vasitəsilə həmin reys üzrə boş yer yarandığı təqdirdə, istifadəçiyə sistem üzərindən avtomatlaşdırılmış qaydada bildiriş göndəriləcək.Bu, sərnişinlərin reyslər üzrə bilet əldə etmək imkanlarını asanlaşdırmağa və portalın istifadəsini daha da rahatlaşdırmağa xidmət edir.Xatırladaq ki, daha əvvəl portalda daha bir neçə funksionallıq istifadəyə verilib. Sərnişinlər şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan edərək məlumatları daha...
21 Sentyabr 2026, 16:25
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb
İçərişəhərdə sakinlərlə işin təşkilinə yeni imkanlar yaradacaq İcma Mərkəzi fəaliyyətə başlayıb.Bu barədə Citypost.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.Bildirilib ki, İdarənin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi sakinlərin sosial-mədəni fəaliyyətə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili və onların müxtəlif təşəbbüslərinin dəstəklənməsidir.Qeyd edək ki, bundan əvvəl sakinlərin müraciət və ehtiyaclarının qarşılanmasına xidmət edən "Xidmət Mərkəzi" istifadəyə verilmişdi. Yeni İcma Mərkəzi isə əsasən sakinlərlə işin təşkili, onların maraq və təkliflərinin öyrənilməsi, müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.Mərkəzin açılış mərasimində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud sakinlərlə görüşərək yeni məkanın sakinlərin gündəlik həyatına verəcəyi töhfədən,...
21 Sentyabr 2026, 16:18