Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başlayıb
Cəmiyyət 21 Sentyabr 2026, 12:07
380
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Citypost.az xəbər verir ki, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.
Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.
Həmçinin oxuyun
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Şöhrət" ordenli akademik Nizami Cəfərovun ad günüdür
Bu gün Azərbaycan xalqının son 100 ildə yetişdirdiyi ən görkəmli alimlərdən biri, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı(1994-2001),Ümumi dilçilik kafedrasının müdiri(2001-2015), (2019-cu ildən), Azərbaycanda Atatürk Mərkəzinin direktoru(2001-ci ildən), 5 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı(2000-2024-cü illər), AMEA-nın həqiqi üzvü (2017), Əməkdar elm xadimi (2000), Dünya Alpaqut Federasiyasının Prezidenti (2015-2022), filologiya elmləri doktoru(1991), "Şöhrət" ordenli akademik Nizami Cəfərovun ad günüdür.Nizami Cəfərovun böyüklüyü ondadır ki, o bütün mərhələlərdə tədbirli, təmkinli, ləyaqətlidir. Məhz ləyaqətini o heç zaman əldən verməyib və bu xüsusiyyətin onun kamil şəxsiyyət kimi yetişməsində böyük rolu olub. Mən Nizami müəllimlə bir neçə dəfə xarici ölkələrdə səfərdə olmuşam, orda, xüsusən də...
21 Sentyabr 2026, 12:46
Zahid Oruc icbari tibbi sığortadakı problemlərdən danışdı
Hesab edirəm ki, bir sıra qurumlarda, agentliklərdə və komitələrdə aparılan islahatlar öz nəticəsini vermir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.Komitə sədri bildirib ki, Xətai rayonu üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışan şəxslərin sayı 235 nəfərdir: “Bir neçə islahatdan sonra qalan işçi sayı bu qədərdir. Bu gün yol işıqlandırmasında lampaya bir qurum, dirəyə başqa qurum baxır. Bununla problem həll etmək olar?! Dövlət qurumlarında işə qəbulla bağlı çevik mexanizm yaradılmalıdır ki, İmişlidə ucqar kənddə yaşayan vətəndaş işə açıq və şəffaf şəkildə qəbul ola bilsin”.Zahid Oruc struktur və kadr dəyişikliklərinin...
21 Sentyabr 2026, 12:40
Pensiyalar sabah tam ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
21 Sentyabr 2026, 12:35
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Citypost.az xəbər verir ki, başsağlığında deyilir:"Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm"...
21 Sentyabr 2026, 12:24
Sabah hava əsasən yağmursuz keçəcək – PROQNOZ
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-21°...
21 Sentyabr 2026, 12:23
Səyyad Aran: “Xalqın əli çatan deputatdır, amma səlahiyyətimiz yoxdur”
Milli Məclisin deputatlarının seçici müraciətlərinin həlli ilə bağlı səlahiyyətləri genişləndirilməlidir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.Deputat bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətdə olan və onların problemlərini dinləyən əsas şəxslər deputatlardır. Lakin onların qaldırılan məsələlərin həllinə təsir imkanları məhduddur.“Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa? Get, özün camaatın içinə çıx. Xalqın əli çatan deputatdır. Bizim isə səlahiyyətimiz yoxdur. Qurumlar bizə deyirlər ki, siz yol çəkən deyilsiniz. Bəs bizi niyə rayonlara, camaatın içinə göndərirsiniz? Deyirlər, gedin, vətəndaşları dinləyin. Dinləyirik, bizə deyirlər ki, iş verin”, – Səyyad Aran vurğulayıb. ...
21 Sentyabr 2026, 11:21