İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb
Cəmiyyət 21 Sentyabr 2026, 16:18
329
İçərişəhərdə sakinlərlə işin təşkilinə yeni imkanlar yaradacaq İcma Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Citypost.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, İdarənin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi sakinlərin sosial-mədəni fəaliyyətə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili və onların müxtəlif təşəbbüslərinin dəstəklənməsidir.
Qeyd edək ki, bundan əvvəl sakinlərin müraciət və ehtiyaclarının qarşılanmasına xidmət edən "Xidmət Mərkəzi" istifadəyə verilmişdi. Yeni İcma Mərkəzi isə əsasən sakinlərlə işin təşkili, onların maraq və təkliflərinin öyrənilməsi, müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Həmçinin oxuyun
Mərkəzin açılış mərasimində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud sakinlərlə görüşərək yeni məkanın sakinlərin gündəlik həyatına verəcəyi töhfədən, burada keçiriləcək müxtəlif tədbir və layihələrdən danışıb. Sədr İçərişəhərin yalnız tarixi abidələri ilə deyil, burada yaşayan insanları, onların xatirələri və ənənələri ilə də yaşadığını vurğulayaraq, sakinlərin bu qədim məkanın qorunmasında xüsusi rolunu qeyd edib.
İcma Mərkəzi yalnız İçərişəhər sakinlərinin istifadəsi üçün nəzərdə tutulub. Burada İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, "Qoru" Gənclər Təşəbbüs Qrupunun üzvləri, uşaqlar, gənclər və böyüklər üçün yaş və maraq xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif görüşlər, dərnəklər, klublar və mədəni tədbirlər təşkil olunacaq.
Yeni məkan İçərişəhər sakinlərinin gündəlik həyatında fəal iştirak edəcəyi, müxtəlif ideyaların reallaşdırılmasına şərait yaradacaq və qoruğun zəngin ictimai-mədəni mühitini daha da inkişaf etdirəcək bir platforma olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kamran Əliyev BMT nümayəndə heyətini qəbul etdi
Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Terrorçuluğun qarşısının alınması şöbəsinin (TPB) rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror Roberto Arbitrionun 21–23 sentyabr tarixlərində keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini yüksək qiymətləndirərək, səfərin Baş Prokurorluqla UNODC, xüsusilə qurumun Terrorçuluğun qarşısının alınması şöbəsi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.Baş prokuror Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyinin ölkəmizi transmilli təhdidlərə qarşı mübarizədə mühüm tərəfdaşa çevirdiyini qeyd edib. Azərbaycanın...
21 Sentyabr 2026, 16:30
Boş yer yarananda sərnişinə bildiriş göndəriləcək
Azərbaycanda vətəndaşlar səfər etmək istədiyi reys üzrə bilet almaq üçün axtarış etdiyi zaman, boş yer olmadığı təqdirdə bildiriş funksiyasını aktivləşdirə bilərlər.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə "biletim.az" portalında yeni funksionallıq istifadəyə verilib. Yeni funksionallıq vasitəsilə həmin reys üzrə boş yer yarandığı təqdirdə, istifadəçiyə sistem üzərindən avtomatlaşdırılmış qaydada bildiriş göndəriləcək.Bu, sərnişinlərin reyslər üzrə bilet əldə etmək imkanlarını asanlaşdırmağa və portalın istifadəsini daha da rahatlaşdırmağa xidmət edir.Xatırladaq ki, daha əvvəl portalda daha bir neçə funksionallıq istifadəyə verilib. Sərnişinlər şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan edərək məlumatları daha...
21 Sentyabr 2026, 16:25
Azad edilmiş ərazilərdə 269 mina və 745 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (14.09.2026-20.09.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 204 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 745 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 1840,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
21 Sentyabr 2026, 16:00
Bir qrup kino xadimi ölkə başçısına müraciət etdi
Bir qrup kino xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sentyabrın 11-də keçirilən konfransla bağlı Prezident İlham Əliyevə açıq müraciət edib.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, müraciətə xalq artistləri və əməkdar artistlər, habelə kinorejissorlar, kinooperatorlar, prodüserlər, ssenaristlər və digər kino xadimləri imza atıblar.Onlar müraciətin sonunda dövlət başçısının məsələyə müdaxilə etməsini və qarşılaşdıqları problemlərin həllinə kömək göstərməsini xahiş ediblər: “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə:Hörmətli cənab Prezident! Ümidvarıq ki, həyatını Azərbaycan milli kino sənətinə həsr etmiş kinematoqrafçıların öz Prezidentindən kömək istəməsini anlayışla qarşılayacaqsınız.Siz hər zaman mədəniyyətimizə, o cümlədən kino sənətinə və kino xadimlərinə həssaslıqla yanaşmısınız. Buna görə birbaşa Sizə müraciət etmək qərarına gəldik.Bildiririk...
21 Sentyabr 2026, 15:57
Ramiz Mehdiyevin növbəti məhkəməsi bu tarixdə olacaq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Citypost.az xəbər verir ki, proses hakim Murad Aslanovun sədrliyi ilə keçirilib.Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib.Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir....
21 Sentyabr 2026, 15:48
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə görüşdü
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Qazançı kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, görüşdə Qazançı kəndindən olan seçicilərlə yanaşı, Teyvaz kəndindən olan seçicilər də iştirak ediblər.Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
21 Sentyabr 2026, 15:48