Bizə yazın

Baku

-°C

USD

-

Kamran Əliyev BMT nümayəndə heyətini qəbul etdi

Cəmiyyət 21 Sentyabr 2026, 16:30

347

Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Terrorçuluğun qarşısının alınması şöbəsinin (TPB) rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror Roberto Arbitrionun 21–23 sentyabr tarixlərində keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini yüksək qiymətləndirərək, səfərin Baş Prokurorluqla UNODC, xüsusilə qurumun Terrorçuluğun qarşısının alınması şöbəsi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Baş prokuror Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyinin ölkəmizi transmilli təhdidlərə qarşı mübarizədə mühüm tərəfdaşa çevirdiyini qeyd edib. Azərbaycanın Orta Dəhliz boyunca təhlükəsizliyin təmin olunması, korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahələrində müxtəlif təşəbbüs və layihələrin həyata keçirilməsində regionun fəal iştirakçılarından biri olduğu vurğulanıb.

Görüşdə son illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə UNODC arasında konkret təşəbbüslər əsasında formalaşmış səmərəli əməkdaşlıqdan danışılıb.

Bu xüsusda 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində “İqlim fəaliyyəti naminə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda Yüksək Səviyyəli Plenar Sessiyanın uğurlu təşkili xatırlanıb.

Həmçinin 20–23 may 2025-ci il tarixlərində Bakıda 92 ölkəni təmsil edən 120-dən çox dövlət qurumunun 300-dən artıq nümayəndəsinin iştirakı ilə BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclasının yüksək səviyyədə keçirilməsinin tərəflər arasında əməkdaşlığın mühüm nümunələrindən biri olduğu qeyd edilib.

Görüş zamanı UNODC-nin Terrorçuluğun qarşısının alınması şöbəsi ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanaraq, terrorçuluqla bağlı yeni və meydana çıxan təhdidlər, terrorçuluğun maliyyələşdirilməsi, terrorçuluqla mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr, kritik infrastrukturun mühafizəsi, yeni texnologiyalardan və virtual aktivlərdən terror məqsədləri üçün sui-istifadə hallarına qarşı mübarizə kimi aktual istiqamətlər üzrə praktiki əməkdaşlıq imkanları müzakirə olunub.

Baş prokuror 26 sentyabr–1 oktyabr 2026-cı il tarixlərində Əbu-Dabidə keçiriləcək BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresinin əhəmiyyətinə toxunaraq, Konqres çərçivəsində təşkil olunacaq birgə əlavə tədbirlərlə bağlı Azərbaycan prokurorluq orqanları ilə UNODC arasında sıx əlaqələndirmənin həyata keçirildiyini bildirib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə, ekoloji cinayətlərin qarşısının alınması, eləcə də cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində UNODC ilə fəal və nəticəyönümlü tərəfdaşlığın davam etdirilməsinə xüsusi önəm verdiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR: Yeni dəstək gəlir

Sərhədyanı ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün əlavə subsidiya mexanizmi tətbiq ediləcək.Citypost.az Siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçilik fəaliyyəti ilə məşğul olan fermerlər üçün subsidiya əmsalı respublika üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq.Yeni mexanizmin məqsədi ölkənin sərhədyanı ərazilərində kənd təsərrüfatı fəaliyyətinin davamlılığını təmin etməkdir./yenisabah/

21 Sentyabr 2026, 16:42

Boş yer yarananda sərnişinə bildiriş göndəriləcək

Azərbaycanda vətəndaşlar səfər etmək istədiyi reys üzrə bilet almaq üçün axtarış etdiyi zaman, boş yer olmadığı təqdirdə bildiriş funksiyasını aktivləşdirə bilərlər.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə "biletim.az" portalında yeni funksionallıq istifadəyə verilib. Yeni funksionallıq vasitəsilə həmin reys üzrə boş yer yarandığı təqdirdə, istifadəçiyə sistem üzərindən avtomatlaşdırılmış qaydada bildiriş göndəriləcək.Bu, sərnişinlərin reyslər üzrə bilet əldə etmək imkanlarını asanlaşdırmağa və portalın istifadəsini daha da rahatlaşdırmağa xidmət edir.Xatırladaq ki, daha əvvəl portalda daha bir neçə funksionallıq istifadəyə verilib. Sərnişinlər şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan edərək məlumatları daha...

21 Sentyabr 2026, 16:25

İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə sakinlərlə işin təşkilinə yeni imkanlar yaradacaq İcma Mərkəzi fəaliyyətə başlayıb.Bu barədə Citypost.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.Bildirilib ki, İdarənin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi sakinlərin sosial-mədəni fəaliyyətə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili və onların müxtəlif təşəbbüslərinin dəstəklənməsidir.Qeyd edək ki, bundan əvvəl sakinlərin müraciət və ehtiyaclarının qarşılanmasına xidmət edən "Xidmət Mərkəzi" istifadəyə verilmişdi. Yeni İcma Mərkəzi isə əsasən sakinlərlə işin təşkili, onların maraq və təkliflərinin öyrənilməsi, müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.Mərkəzin açılış mərasimində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud sakinlərlə görüşərək yeni məkanın sakinlərin gündəlik həyatına verəcəyi töhfədən,...

21 Sentyabr 2026, 16:18

Azad edilmiş ərazilərdə 269 mina və 745 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (14.09.2026-20.09.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 204 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 745 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 1840,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

21 Sentyabr 2026, 16:00

Bir qrup kino xadimi ölkə başçısına müraciət etdi

Bir qrup kino xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sentyabrın 11-də keçirilən konfransla bağlı Prezident İlham Əliyevə açıq müraciət edib.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, müraciətə xalq artistləri və əməkdar artistlər, habelə kinorejissorlar, kinooperatorlar, prodüserlər, ssenaristlər və digər kino xadimləri imza atıblar.Onlar müraciətin sonunda dövlət başçısının məsələyə müdaxilə etməsini və qarşılaşdıqları problemlərin həllinə kömək göstərməsini xahiş ediblər:  “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə:Hörmətli cənab Prezident! Ümidvarıq ki, həyatını Azərbaycan milli kino sənətinə həsr etmiş kinematoqrafçıların öz Prezidentindən kömək istəməsini anlayışla qarşılayacaqsınız.Siz hər zaman mədəniyyətimizə, o cümlədən kino sənətinə və kino xadimlərinə həssaslıqla yanaşmısınız. Buna görə birbaşa Sizə müraciət etmək qərarına gəldik.Bildiririk...

21 Sentyabr 2026, 15:57

Ramiz Mehdiyevin növbəti məhkəməsi bu tarixdə olacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Citypost.az  xəbər verir ki, proses hakim Murad Aslanovun sədrliyi ilə keçirilib.Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib.Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir....

21 Sentyabr 2026, 15:48