Anım Gününə həsr olunan qanvermə aksiyası keçiriləcək
Cəmiyyət 21 Sentyabr 2026, 15:20
285
Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə könüllü qanvermə aksiyası keçiriləcək.
Citypost.az xəbər verir ki, aksiya Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Quba İş Adamlarına Dəstək – QİAD Platforması”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə baş tutacaq.
Aksiyaya sahibkarlar, şirkət əməkdaşları və bütün vətəndaşlar könüllü şəkildə qoşula bilərlər.
Qanvermə aksiyası aşağıdakı tarix və ünvanlarda keçiriləcək:
23 sentyabr – Lənkəran-Astara regionu
Respublika Qan Bankı PHŞ-nin Lənkəran bölməsi
24 sentyabr – Quba-Xaçmaz regionu
Respublika Qan Bankı PHŞ-nin Quba bölməsi
24 sentyabr – Şəki-Zaqatala regionu
Həmçinin oxuyun
Respublika Qan Bankı PHŞ-nin Şəki bölməsi
25 sentyabr – Bakı şəhəri
Bakı KOB Evi
Respublika Qan Bankı
“Məlhəm Beynəlxalq Hospital”
Qeyd edək ki, ötən il keçirilən qanvermə aksiyasında 800-ə yaxın şəxs qan verərək təşəbbüsə dəstək olub.
Bu il isə aksiyanın daha geniş əhatə dairəsində keçirilməsi və daha çox insanın həyatına ümid olması hədəflənir.
Təşkilatçılar hər kəsi xeyirxah təşəbbüsə qoşulmağa çağırır.
“Bir damla qan, min ümidə can!”
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 21-də Bakıda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Bildirilib ki, qəbulda vətəndaşlar əsasən dini maarifləndirmə işlərinin genişləndirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı təklif və müraciətlərini diqqətə çatdırıblar.Komitə sədri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib.
21 Sentyabr 2026, 15:00
Ramana qəsrində muzey fəaliyyətə başlayıb
Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan Ramana qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb.Citypost.az xəbər verir ki, “Tarixə açılan pəncərə” konsepsiyası əsasında yaradılan muzeydə qəsrin tarixi və memarlıq xüsusiyyətləri müasir muzey yanaşmaları və rəqəmsal texnologiyalarla təqdim olunur. Layihə çərçivəsində abidənin autentikliyinin qorunmasına xüsusi diqqət yetirilib.Muzeyin ekspozisiyası Ramana qəsrinin tarixi, Abşeronun orta əsr müdafiə sistemi, hərb sənəti, gündəlik həyat və mədəniyyəti haqqında təsəvvür yaratmaq prinsipi əsasında qurulub. Ekspozisiyanın mühüm hissəsini 2024–2026-cı illərdə qəsrin ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri təşkil edir.“Seyri-Tarix”, “Seyri-Silah”, “Seyri-Tərz” və “Seyri-Həyat” bölmələrində orta əsr müdafiə sistemi, silahlar, məişət və sənətkarlıq nümunələri, eləcə də...
21 Sentyabr 2026, 14:38
Gənc stomatoloq əməliyyatdan sonra vəfat etdi
Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80 nəfərə yaxın şəxs qan verib.Lakin yaxınlarının cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, NDU-nun ilk “Stomatologiya” ixtisası məzunlarından olan Şahin Tağıyev Bakı və Sumqayıt şəhərlərində...
21 Sentyabr 2026, 14:20
Axı niyə bunlar tarixdən ibrət dərsi almırlar?!
CityPost.az Mətbuat Şurasının sədri Rəşad Məcidin paylaşımını təqdim edir:Bir neçə gündür məlum və bədnam qonşularımızın sosial mediada ağlayıb-sızlamalarına baxıram. Düşünürəm və zehnimdə sanki cavabı çoxdan bəlli olan suallar bu dəfə nidaqarışıq baş qaldırıb dolaşır:Axı niyə bunlar tarixdən ibrət dərsi almırlar?! Vicdan deyilən bunlarda da varsa, niyə azacıq qımıldanıb oyanmır?! 2023-ün 20 sentyabrında evlərini itirdiklərini ağlaşma qurub dünyaya car çəkənlər, bu üçcə ili dözülməz kimi qələmə verənlər bizim 30 il çəkdiklərimizin fərqində deyildilər?! Öz dəhşətli əməllərini - yüz minlərlə insanı evsiz-eşiksiz qoymalarını, şəhər və kəndlərimizi bünövrədən viran etmələrini niyə yada salmırlar?! Biz qürurlu millətik: dərdimizi bəyan etsək də, heç vaxt belə ağlaşmalarla kiminsə bizə...
21 Sentyabr 2026, 13:49
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 26-27 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
21 Sentyabr 2026, 13:43
Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təliminə gəldi
Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.
21 Sentyabr 2026, 13:35