Müəllimlərin yerdəyişməsi başladı
Cəmiyyət 25 Aprel 2025, 11:53
3760
Aprelin 25-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlayıb. Müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən CityPost.az-a bildirilib ki, müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 27 aprel saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qarabağ Ərazi Vergilər Baş İdarəsinə yeni təyinatlar olub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinə yeni təyinatlar olub.CityPost.az xəbər verir ki, Şahin Abbasov Qarabağ Ərazi Vergilər Baş İdarəsinin müavini təyin edilib.Eyni zamanda, Rauf Kərimov operativ vergi nəzarəti şöbəsinin rəisi təyin edilib.
22 Dekabr 2025, 16:38
Əhməd İsmayılov "Media Savadlılığı Konfransı"da çıxış edib
Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə sağlam informasiya mühitinin qorunması mühüm əhəmiyyət daşıyır.CityPost.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı Konfransı"da deyib.Onun sözlərinə görə, artıq dörd ildir ki, ilin son günlərində media savadlılığı mövzusu ətrafında sistemli, ardıcıl, həmrəy fəaliyyətin təşkili Azərbaycanda ənənəyə çevrilib:"Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasının əhəmiyyətli dərəcədə artdığı bir dövrdə təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirən media savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir. Bu yanaşma yalnız informasiya sahəsinin iştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər və davranış modelini formalaşdırır".İcraçı direktor vurğulayıb ki, milli mətbuatın zəngin...
22 Dekabr 2025, 15:46
Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə veribmiş
Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin sabiq rəisi Elçin Əligülova yeni vəzifə verilibmiş. Qaynarinfo-nun məlumatına görə, o, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Aparatında Baş məsləhətçi vəzifəsinə təyin edilibmiş. Bir müddət əvvəl TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb. Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.
22 Dekabr 2025, 15:27
Zahid Orucdan mühüm AÇIQLAMA
“Bu gün 300-ə qədər məhkum olunan şəxslər, həmçinin, istintaq təcridxanasında hələki haqqında hökm çıxarılmamış insanlar da azadlıqlarına qovuşa biləcəklər”.CityPost.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Amnistiya aktının icrası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, amnistiya şəxslərə deyil, maddələrə tətbiq edilir:"Bu gün alternativ cəzalarla, 3500-dən artıq şəxs həbs cəzasını belə müəssisələrdə deyil, cəza bilərziyi ilə öz evlərində məsuliyyətlərini daşıyıb, məhkum edilmiş sayılırlar. Bu qərar cəmiyyətdəki barışa, insanlar arasındakı həmrəyliyə, sülhə xidmət etməklə yanaşı həm də cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmış olacaq. Bu, bir həqiqətdir ki, bizdə yeni...
22 Dekabr 2025, 15:10
Ötən həftə min hektardan çox ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə dekabrın 15-dən 21-nə qədər 46 tank əleyhinə mina, 145 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Məlumata əsasən, 1 299 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib....
22 Dekabr 2025, 14:15
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu - Sərəncam
Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
22 Dekabr 2025, 13:36