Cinayətlərin dinamikasında azalma qeydə alınıb - VİDEO
Cəmiyyət 25 Aprel 2025, 18:22
11188
Aprelin 25-də Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması, cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, polis-media əlaqələrinin təşkili sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
DİN-dən CityPost.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2025-ci ilin I rübündə də məqsədyönlü şəkildə davam etdirilib.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 7.829 cinayətin 87 faizi açılıb. Cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz və ya 1.101 fakt azalma qeydə alınıb.
Ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxlər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı azalıb.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.
Qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb. Əllərdə qanunsuz saxlanılan 2.309 odlu silah aşkarlanıb.
Vətəndaş məmnunluğunun təmin edilməsi, o cümlədən müraciətlərə baxılması üzrə fəaliyyətin nəticələrinin müsbət olduğunu, cinayət yolu ilə şəxslərə vurulmuş maddi ziyanın 96 faizinin istintaq prosesində ödənildiyini nəzərə çatdırıb.
Daha sonra gündəlikdəki məsələlərlə bağlı Nazirliyin Baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib.
Kollegiya iclasına yekun vuran nazir qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsini tələb edib.
Bütün ərazi polis orqanlarının rəislərindən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasının zəruriliyini və müvafiq sahədə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında polis orqanlarının istintaq və təhqiqat qurumlarının mühüm rolunu, bu istiqamətdə işin düzgün təşkilinin cinayətlərin açılmasında və araşdırılmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödətdirilməsində əhəmiyyətini də qeyd edib. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Ərizə və şikayətlərə baxılması, eləcə də qanunçuluğun qorunması vəzifələrinin icrası kimi vacib məsələlərə toxunaraq bu istiqamətlərdə görülən işlərin xüsusi nəzarətdə saxlanıldığını, müraciətlərin obyektiv və həssaslıqla araşdırıldığını, qaynar xətlərə daxil olmuş və sosial şəbəkələrdə yayımlanmış məlumatlara çevik reaksiya verildiyini, bütövlükdə əldə edilmiş nəticələrin müsbət olduğunu bildirib.
Dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən daha 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını diqqətə çatdırıb. Cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə mane olan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, insanların həyat və sağlamlığının yol-nəqliyyat qəzalarından qorunması işinin effektivliyinin artırılmasını tələb edib, habelə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qarşıda duran vəzifələri müəyyən edib.
Yekunda polis-media əlaqələrinin vəziyyətinə toxunaraq Daxili İşlər Nazirliyinin mediaya ən açıq qurumlardan biri olduğunu qeyd edərək Mətbuat Xidmətinin fəaliyyətinin daha səmərəli təşkili, informasiya məkanında rolunun artırılması, görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə operativ çatdırılması üçün tapşırıq və tövsiyələrini verib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
MN-in sabiq vəzifəli şəxsləri barədə hökm qüvvədə saxlanılıb
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.Qərara əsasən, şikayət təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov,...
05 Oktyabr 2026, 20:37
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib.Citypost.az paylaşımı təqdim edir:Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı https://t.co/2MztIV6EX9— İlham Əliyev (@azpresident) October 5, 2026
05 Oktyabr 2026, 20:15
İlham Əliyev məşhur italyan müğənnisi Al Bano ilə görüşdü
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Citypost.az xəbər verir ki, Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.Prezident məşhur müğənni ilə görüşüb.
05 Oktyabr 2026, 20:00
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.Citypost.a xəbər verir ki, növbəti belə tədbir nazirliyin Şimal-Qərb Regional Mərkəzi ilə birgə təşkil olunub.Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının təmsilçiləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Şimal-Qərb Regional Mərkəzinin rəis müavini Məmməd Bağırov maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin rəis müavini, həmçinin...
05 Oktyabr 2026, 18:30
Tamam Bayatlı vəzifəsindən azad edilib
BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb.Citypost.az xəbər evrir ki, Yurd.Media-nın məlumatına görə, o, yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.Onun vəzifəsinin icrası isə müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub.Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
05 Oktyabr 2026, 17:42
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib.Citypost.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər.Qeyd edək ki, təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə...
05 Oktyabr 2026, 17:38