Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
İdman 05 Oktyabr 2026, 16:37
396
Masallıda yunan-Roma və sərbəst güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib.
Bu barədə Citypost.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.
Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunan yarışda yunan-Roma güləşi üzrə 10, sərbəst güləş üzrə isə 5 çəkidə qaliblər müəyyənləşib.
Turnirin açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məşkur Qasımov, "Şöhrət" ordenli əməkdar məşqçi Yaqub Məmmədov çıxış ediblər.
Həmçinin oxuyun
Tədbirdə belə yarışların təşkilinin güləşin inkişafına böyük təkan verdiyi bildirilib. Həmçinin vurğulanıb ki, Masallı pəhləvanlarının tanınmış simaları Nadir Ağayev və Yaqub Məmmədovun yetirmələri bu gün ölkəni beynəlxalq və yerli turnirlərdə layiqincə təmsil edir, zəngin ənənələri davam etdirirlər.
U-17 yaş qrupu üzrə keçirilən ənənəvi yarışda 26 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb. Yunan-Roma güləşində Məhəmməd Musalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı (51 kq), Musa Məmmədov (55 kq), İlkin Qurbanov (60 kq), Eldəniz Allahverdiyev (65 kq), Rəfail Əhədli (71 kq), Zəka Yusubov (80 kq), Ruslan Nuriyev (92 kq) və Məhəmməd Orucov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sərbəst güləşdə isə Əli Baloğlanov (51 kq), Ruslan Mirzəyev (60 kq), Ruhid İspərov (65 kq), Siyasət Dadaşov (71 kq) və Tural Eynullayev (110 kq) çempion olublar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dünya çempionatı: Gültac Məmmədəliyeva qələbə qazanıb
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.Citypost.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.Rəqibinə qalib gələn G.Məmmədəliyeva 1/8 finala yüksəlib.Nizami İmranov və Turan Bayramov məğlub olub, Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni davam etdirir.Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq....
05 Oktyabr 2026, 12:41
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarıldı
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.AFFA-dan Citypost.az-a bildirilib ki, “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən yığmanın düşərgəsindən ayrılıb.Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.
02 Oktyabr 2026, 17:53
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib.Citypost.az xəbər verir ki, Gəncə təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə üz-üzə gəlib.Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
02 Oktyabr 2026, 14:27
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub
Misli Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşib.Citypost.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun "Qarabağ" - "Neftçi" oyunu oktyabrın 17-də keçiriləcək.Qarşılaşma saat 19:00-da start götürəcək.Misli Premyer LiqasıI dövrə, VIII tur16 oktyabr (cümə)15:00. "Şamaxı" – "Şəfa"Şamaxı şəhər stadionu19:00. "Sumqayıt" – "Araz-Naxçıvan"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu17 oktyabr (şənbə)16:00. "Qəbələ" – "Sabah"Qəbələ şəhər stadionu19:00. "Qarabağ" – "Neftçi"Tofiq Bəhramov adına Respublika stadionu18 oktyabr (bazar)16:00. "Turan Tovuz" – "İmişli"Tovuz şəhər stadionu18:30. "Kəpəz" – "Zirə"Gəncə stadionu...
29 Sentyabr 2026, 14:07
“Xankəndi”nin baş məşqçisi dəyişdi
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Röyal Nəcəfovla müqavilə imzalanıb.Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.
29 Sentyabr 2026, 10:55
Azərbaycan kikboksçuları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan kikboksçuları İtaliyanın Jesolo bölgəsində keçirilmiş WAKO versiyası üzrə gənc və yeniyetmələrin dünya çempionatında uğurlu çıxış ediblər.Citypost.az xəbər verir ki, komanda üzvləri 79 ölkənin iştirak etdiyi yarışda 16 medal qazanıblar.Mükafatlardan 10-u qızıl, 4-ü gümüş, 2-si bürünc əyarlıdır.Gənclərdən Əli Mayılzadə (57 kq), Adil Əsədov (54 kq) və Gülgəz İbrahimli (48 kq) qızıl medal qazanıb.Yeniyetmələrdən Hüseyn Mahmudzadə (42 kq), Seymur Quliyev (45 kq), Hüseyn Əmirli (45 kq), Nizami Əliyev (48 kq), Ayxan Allahyarlı (54 kq), Cəmil Məmmədov (42 kq) və Eldar Rzayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Yığmaya Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenta Eduard Məmmədov başçılıq edib.Hakimlərimizdən Aydın Koç Ağabəyov və...
28 Sentyabr 2026, 16:43