MN-in sabiq vəzifəli şəxsləri barədə hökm qüvvədə saxlanılıb
Cəmiyyət 05 Oktyabr 2026, 20:37
485
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.
Həmçinin oxuyun
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Dövlət büdcəsinə vurulmuş ziyanı tam ödəmədikləri üçün təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın tam ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib.Citypost.az paylaşımı təqdim edir:Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı https://t.co/2MztIV6EX9— İlham Əliyev (@azpresident) October 5, 2026
05 Oktyabr 2026, 20:15
İlham Əliyev məşhur italyan müğənnisi Al Bano ilə görüşdü
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Citypost.az xəbər verir ki, Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.Prezident məşhur müğənni ilə görüşüb.
05 Oktyabr 2026, 20:00
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.Citypost.a xəbər verir ki, növbəti belə tədbir nazirliyin Şimal-Qərb Regional Mərkəzi ilə birgə təşkil olunub.Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının təmsilçiləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Şimal-Qərb Regional Mərkəzinin rəis müavini Məmməd Bağırov maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin rəis müavini, həmçinin...
05 Oktyabr 2026, 18:30
Tamam Bayatlı vəzifəsindən azad edilib
BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb.Citypost.az xəbər evrir ki, Yurd.Media-nın məlumatına görə, o, yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.Onun vəzifəsinin icrası isə müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub.Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
05 Oktyabr 2026, 17:42
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib.Citypost.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər.Qeyd edək ki, təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə...
05 Oktyabr 2026, 17:38
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimi izləyir.
05 Oktyabr 2026, 17:30