Bizə yazın

Baku

-°C

USD

-

Bakıda marşrut avtobusu belə aşdı - Anbaan görüntülər

Hadisə 05 Oktyabr 2026, 16:23

459

Yağışlı havalarda yol hərəkəti qaydalarına əməl edilmədikdə qəzalar baş verir.

Citypost.az “Qafqazinfo”a istinadən  xəbər verir ki, görüntüdəki ilk qəza oktyabrın 4-ü paytaxtın Sabunçu rayonu, Aeroport şosesində, digəri isə Lökbatan qəsəbəsi ərazisində baş verib.

Müşahidələr də onu deməyə əsas verir ki, yağışlı havalarda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri arasında sürət həddinin aşılması, asfalt örtüyünün sürüşkən olmasının nəzərə alınmaması, ara məsafəsinin gözlənilməməsi və manevretmə qaydalarının pozulması üstünlük təşkil edir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu cür halların ciddiliyini nəzərə almayan sürücülərə yollarda daha məsuliyyətli olmağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

Qeyd edək ki, Lökbatan qəsəbəsində 194 saylı marşrut xətti üzrə “Daewoo” markalı avtobusun sürüşərək aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü 

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.Citypost.az "Bakupost"a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.Əraziyə polis əməkdaşları cəlb olunub.Hadisənin təfərrüatları hələlik məlum deyil.TƏBİB-dən cavab olaraq bildirildi ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb"....

05 Oktyabr 2026, 13:32

Mingəçevərdə qadın bıçaqlandı – əri polisə təslim oldu

Mingəçevərdə qadın kəsici alətlə xəsarət alıb.APA-nın yerli müxbiri xəbər verir ki, Mingəçevərdə 46 yaşlı Qasım Quliyev arvadı Aygün Həşimovaya kəsici alətlə xəsarət yetirib.Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.Hadisədən sonra Q.Quliyev könüllü olaraq polisə təslim olub.Faktla bağlı araşdırma aparılır.

05 Oktyabr 2026, 10:17

Yaşayış binasındakı partlayışın səbəbi bilindi 

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub.Citypost.az Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub."Aldığım dezodrantı qoyublar ortalığa, evlər də qapalı olduğuna görə o da partlayıb. Əvvəl elə bildim bayırda olub partlayış. Gələndə gördüm ki, hadisə evin içinə olub . Yanğından qızım da xəsarət alıb. Sifəti yanıb. Buzovna xəstəxanasına aparmışıq"....

05 Oktyabr 2026, 08:25

Bakı və Gəncədə narkotik əməliyyatı – 8 nəfər saxlanıldı

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.Bu barədə Citypost.aa-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar.Onlardan 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

03 Oktyabr 2026, 15:51

Bakıda köşk yanıb, 58 yaşlı kişinin meyiti aşkarlanıb

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verib.Bu barədə Citypost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar olunub.Köşk yanğından mühafizə olunub.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır....

03 Oktyabr 2026, 10:41

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən “tiktoker” həbs olunub

Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir “tiktoker” həbs olunub.Citypost.az xəbər verir ki, Nəsibov Məhəmməd Hüseyn oğlu “tiktok” sosial şəbəkəsində özünə məxsus "7_muxammed_7" adlı səhifədə canlı yayımda digər bloggerlərlə söhbət nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.Bu əməlinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və...

02 Oktyabr 2026, 18:53