Günel Treunun “Ona de ki...” şeiri
Cəmiyyət 05 Oktyabr 2026, 16:32
416
Ona de ki...
Ona de ki xoşbəxtəm,
yalan danış adımdan.
De ki, əsər qalmayıb
sən gördüyün qadından.
De ki heç əskik olmur
üz gözündən səadət.
Səni coxdan unudub,
“xöşbəxt” olub nəhayət...
Nolar ona demə ki,
onsuz dəli olmuşam.
Arzuları bəhrəsiz
yarıyolda qalmışam...
Adımı cəkmə nolar,
adımı da anmasın.
Mən bitdim,
hec olmasa
onun qəlbi yanmasın!
Məni ona tanıtma,
Qoy məni “günah” bilsin.
Mən min dəfə ölürəm,
qoy o bir dəfə ölsün.
Gözlərinə çoxlu bax,
gör yenə də sevirmi?
Soruşsa mən hardayam,
Nolar, demə yerimi!...
Əziz dost, son xahişim...
tut onun əllərindən.
Mənə qoxusun gətir
qoy ətri gəlsin səndən!
Ona de ki xöşbəxtəm,
yalan danış adımdan.
De ki, əsər qalmayıb
sən gördüyün qadından...
GunEl Treu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramil Həsən Qırğızıstan spikeri ilə TÜRKPA-nın 15-ci plenar iclasına hazırlığı müzakirə edib
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Qırğızıstan parlamentinin sədri Marlen Mamataliyev ilə görüşüb.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Bildirilib ki, görüş zamanı oktyabrın 19–20-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək TÜRKPA-nın 15-ci plenar iclası ilə bağlı fikir mübadiləsi aparılıb, tədbirin hazırlıq prosesi ilə əlaqədar müxtəlif məsələlər müzakirə edilib.TÜRKPA Baş katibi ötən bir il ərzində görülən işlər, plenar iclasa hazırlıq vəziyyəti, üzv ölkələrin parlament sədrlərinin, eləcə də əməkdaşlıq təşkilatlarının rəhbərlərinin tədbirdə iştirakı ilə bağlı məlumat verib.Marlen Mamataliyev isə ev sahibi ölkə qismində Qırğızıstan Xarici İşlər Nazirliyi ilə birgə plenar iclasın və assambleya şurasının iclasının keçirilməsi ilə bağlı zəruri hazırlıq işlərinin ən yüksək səviyyədə...
05 Oktyabr 2026, 17:13
Ramin Məmmədov Kürdəmirdəki məscidləri ziyarət edib, din xadimləri ilə müzakirə aparıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kürdəmir şəhərindəki "Cümə" və Sığırlı kəndində yerləşən "Fatimeyi-Zəhra" məscidlərini ziyarət edib.Citypost.az xəbər verir ki, ibadət evlərində icma üzvləri ilə görüşən komitə sədri Azərbaycanda milli-mənəvi dəyərlərin, o cümlədən İslam irsinin qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib.Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dini və mədəni müxtəlifliyin bərqərar olduğu, qarşılıqlı hörmət və anlaşmanın möhkəmləndirildiyi ölkə kimi beynəlxalq müstəvidə də böyük nüfuz qazanıb. Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə, dinlər və sivilizasiyalar arasında dialoq və tərəfdaşlığın təşviqinə xidmət edən platformalara ev sahibliyi etməsi ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi, eyni zamanda qlobal sülh və...
05 Oktyabr 2026, 17:06
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda vəAbşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimalı var.Azərbaycanın rayonlarında oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 6-dan 7-nə keçən gecə və səhər yağıntıların güclənəcəyi ehtimal olunur.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından...
05 Oktyabr 2026, 16:55
XİN: Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib."Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin bütün üzv dövlətlərini və tərəfdaşlarını səmimi qəlbdən təbrik edirik.Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqində özünəməxsus rolunu yüksək qiymətləndirir.AQEM-in sədri kimi Azərbaycan "Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf" devizi altında təşkilatın məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir", - paylaşımda vurğulanıb....
05 Oktyabr 2026, 16:20
Rusiyada təyyarə qəzası - 8 zabit həlak oldu
Amur vilayətinin Mazanovski rayonunda Tu-95MS təyyarəsi qəzaya uğrayıb. "Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da baş verib. Qəza nəticəsində səkkiz zabit həlak olub.Qeyd olunur ki, təyyarədə həlak olan səkkiz nəfərin hamısı Rusiyanın strateji aviasiyası ilə əlaqəli olub. Bəzi zabitlərin Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak etdiyi bildirilir.
05 Oktyabr 2026, 15:54
Göyçə gölü ilə bağlı xəbərdarlıq: “Quruma təhlükəsi artır”
"Dünya bankının hesabatında qeyd olunur ki, Ermənistan su çatışmazlığı yaşayır".Citypost.az xəbər verir ki, bunu "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ- mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda brifinqində bildirib.O bildirib ki, Ararat vadisində kommersiya balıqçılığı və suvarma üçün yeraltı suların çıxarılması onların illik təbii bərpası həddini aşır: “Suvarma tələbatını ödəmək üçün Göyçə gölündən axıdılmasına icazə verilən suyun həcmi tarixi təbii axın göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir . Nəticədə Göyçə gölünün quruması təhlükəsi artır, orada olan fauna müxtəlifliyinə mənfi təsir edir. Ümumiyyətlə Azərbaycan Qafqazda aşağı axın ölkəsi olduğu üçün...
05 Oktyabr 2026, 15:52