Bizə yazın

Baku

-°C

USD

-

FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi

Cəmiyyət 05 Oktyabr 2026, 18:30

539

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Citypost.a xəbər verir ki, növbəti belə tədbir nazirliyin Şimal-Qərb Regional Mərkəzi ilə birgə təşkil olunub.

Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şimal-Qərb Regional Mərkəzinin rəis müavini Məmməd Bağırov maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin rəis müavini, həmçinin regional səviyyədə aidiyyəti qurumlar arasında əməkdaşlığın və qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Agentliyin rəis müavini Əkbər Quliyev Agentliyin fəaliyyəti, qarşıda duran məsələlər və regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirdə nüvə və radioloji fəaliyyət, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, eləcə də belə hallarda idarəetmə mexanizmləri müzakirə olunub.

Tədbir zamanı Agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və iştirakçıların sualları ətraflı cavablandırılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tamam Bayatlı vəzifəsindən azad edilib

BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb.Citypost.az  xəbər evrir ki, Yurd.Media-nın məlumatına görə, o, yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.Onun vəzifəsinin icrası isə müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub.Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

05 Oktyabr 2026, 17:42

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib.Citypost.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər.Qeyd edək ki, təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə...

05 Oktyabr 2026, 17:38

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimi izləyir.

05 Oktyabr 2026, 17:30

Ramil Həsən Qırğızıstan spikeri ilə TÜRKPA-nın 15-ci plenar iclasına hazırlığı müzakirə edib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Qırğızıstan parlamentinin sədri Marlen Mamataliyev ilə görüşüb.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Bildirilib ki, görüş zamanı oktyabrın 19–20-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək TÜRKPA-nın 15-ci plenar iclası ilə bağlı fikir mübadiləsi aparılıb, tədbirin hazırlıq prosesi ilə əlaqədar müxtəlif məsələlər müzakirə edilib.TÜRKPA Baş katibi ötən bir il ərzində görülən işlər, plenar iclasa hazırlıq vəziyyəti, üzv ölkələrin parlament sədrlərinin, eləcə də əməkdaşlıq təşkilatlarının rəhbərlərinin tədbirdə iştirakı ilə bağlı məlumat verib.Marlen Mamataliyev isə ev sahibi ölkə qismində Qırğızıstan Xarici İşlər Nazirliyi ilə birgə plenar iclasın və assambleya şurasının iclasının keçirilməsi ilə bağlı zəruri hazırlıq işlərinin ən yüksək səviyyədə...

05 Oktyabr 2026, 17:13

Ramin Məmmədov Kürdəmirdəki məscidləri ziyarət edib, din xadimləri ilə müzakirə aparıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kürdəmir şəhərindəki "Cümə" və Sığırlı kəndində yerləşən "Fatimeyi-Zəhra" məscidlərini ziyarət edib.Citypost.az xəbər verir ki, ibadət evlərində icma üzvləri ilə görüşən komitə sədri Azərbaycanda milli-mənəvi dəyərlərin, o cümlədən İslam irsinin qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib.Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dini və mədəni müxtəlifliyin bərqərar olduğu, qarşılıqlı hörmət və anlaşmanın möhkəmləndirildiyi ölkə kimi beynəlxalq müstəvidə də böyük nüfuz qazanıb. Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə, dinlər və sivilizasiyalar arasında dialoq və tərəfdaşlığın təşviqinə xidmət edən platformalara ev sahibliyi etməsi ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi, eyni zamanda qlobal sülh və...

05 Oktyabr 2026, 17:06

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək 

Bakıda vəAbşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimalı var.Azərbaycanın rayonlarında oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 6-dan 7-nə keçən gecə və səhər yağıntıların güclənəcəyi ehtimal olunur.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından...

05 Oktyabr 2026, 16:55