Bizə yazın

Baku

-°C

USD

-

Ad günündə özünə 7 milyonluq “Ferrari” aldı

İdman 05 Oktyabr 2026, 18:26

424

Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat) “Ferrari F80” alıb.

Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

“Milan”da yüksəksəviyyəli məsləhətçi vəzifəsində çalışan isveçli futbol əfsanəsi yeni avtomobilinin videosunu instagram səhifəsində paylaşaraq, “Happy Birthday to Zlatan” (“Zlatanın doğum günü mübarək”) başlığını yazıb.

Qeyd edək ki, oktyabrın 3-ü onun 45 yaşı tamam olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib 

Masallıda yunan-Roma və sərbəst güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib.Bu barədə Citypost.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunan yarışda yunan-Roma güləşi üzrə 10, sərbəst güləş üzrə isə 5 çəkidə qaliblər müəyyənləşib.Turnirin açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məşkur Qasımov, "Şöhrət" ordenli əməkdar məşqçi Yaqub Məmmədov çıxış ediblər.Tədbirdə belə yarışların təşkilinin güləşin inkişafına...

05 Oktyabr 2026, 16:37

Dünya çempionatı: Gültac Məmmədəliyeva qələbə qazanıb 

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.Citypost.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.Rəqibinə qalib gələn G.Məmmədəliyeva 1/8 finala yüksəlib.Nizami İmranov və Turan Bayramov məğlub olub, Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni davam etdirir.Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq....

05 Oktyabr 2026, 12:41

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarıldı

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.AFFA-dan Citypost.az-a bildirilib ki, “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən yığmanın düşərgəsindən ayrılıb.Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.

02 Oktyabr 2026, 17:53

"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib 

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib.Citypost.az xəbər verir ki, Gəncə təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə üz-üzə gəlib.Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

02 Oktyabr 2026, 14:27

"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub 

Misli Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşib.Citypost.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun "Qarabağ" - "Neftçi" oyunu oktyabrın 17-də keçiriləcək.Qarşılaşma saat 19:00-da start götürəcək.Misli Premyer LiqasıI dövrə, VIII tur16 oktyabr (cümə)15:00. "Şamaxı" – "Şəfa"Şamaxı şəhər stadionu19:00. "Sumqayıt" – "Araz-Naxçıvan"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu17 oktyabr (şənbə)16:00. "Qəbələ" – "Sabah"Qəbələ şəhər stadionu19:00. "Qarabağ" – "Neftçi"Tofiq Bəhramov adına Respublika stadionu18 oktyabr (bazar)16:00. "Turan Tovuz" – "İmişli"Tovuz şəhər stadionu18:30. "Kəpəz" – "Zirə"Gəncə stadionu...

29 Sentyabr 2026, 14:07

“Xankəndi”nin baş məşqçisi dəyişdi

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Röyal Nəcəfovla müqavilə imzalanıb.Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.

29 Sentyabr 2026, 10:55