Bizə yazın

Baku

-°C

USD

-

Göyçə gölü ilə bağlı xəbərdarlıq: “Quruma təhlükəsi artır”

Cəmiyyət 05 Oktyabr 2026, 15:52

398

"Dünya bankının hesabatında qeyd olunur ki, Ermənistan su çatışmazlığı yaşayır".

Citypost.az  xəbər verir ki, bunu "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ- mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda brifinqində bildirib.

O bildirib ki, Ararat vadisində kommersiya balıqçılığı və suvarma üçün yeraltı suların çıxarılması onların illik təbii bərpası həddini aşır: “Suvarma tələbatını ödəmək üçün Göyçə gölündən axıdılmasına icazə verilən suyun həcmi tarixi təbii axın göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir . Nəticədə Göyçə gölünün quruması təhlükəsi artır, orada olan fauna müxtəlifliyinə mənfi təsir edir. Ümumiyyətlə Azərbaycan Qafqazda aşağı axın ölkəsi olduğu üçün Ermənistanda transsərhəd çaylarının çirkləndirilməsi ən çox Azərbaycana təsir edir. Buna görə də ESPO konvensiyasına uyğun olaraq Ermənistan hökuməti bununla bağlı hesabat verməlidir”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Günel Treunun “Ona de ki...” şeiri

Ona de ki...Ona de ki xoşbəxtəm,yalan danış adımdan.De ki, əsər qalmayıb sən gördüyün qadından.De ki heç əskik olmurüz gözündən səadət.Səni coxdan unudub,“xöşbəxt” olub nəhayət...Nolar ona demə ki,onsuz dəli olmuşam.Arzuları bəhrəsizyarıyolda qalmışam...Adımı cəkmə nolar,adımı da anmasın.Mən bitdim, hec olmasaonun qəlbi yanmasın!Məni ona tanıtma,Qoy məni “günah” bilsin.Mən min dəfə ölürəm,qoy o bir dəfə ölsün.Gözlərinə çoxlu bax,gör yenə də sevirmi?Soruşsa mən hardayam,Nolar, demə yerimi!...Əziz dost, son xahişim...tut onun əllərindən.Mənə qoxusun gətirqoy ətri gəlsin səndən!Ona de ki xöşbəxtəm,yalan danış adımdan.De ki, əsər qalmayıb sən gördüyün qadından...GunEl Treu...

05 Oktyabr 2026, 16:32

XİN: Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib."Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin bütün üzv dövlətlərini və tərəfdaşlarını səmimi qəlbdən təbrik edirik.Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqində özünəməxsus rolunu yüksək qiymətləndirir.AQEM-in sədri kimi Azərbaycan "Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf" devizi altında təşkilatın məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir", - paylaşımda vurğulanıb....

05 Oktyabr 2026, 16:20

Rusiyada təyyarə qəzası - 8 zabit həlak oldu 

Amur vilayətinin Mazanovski rayonunda Tu-95MS təyyarəsi qəzaya uğrayıb. "Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da baş verib. Qəza nəticəsində səkkiz zabit həlak olub.Qeyd olunur ki, təyyarədə həlak olan səkkiz nəfərin hamısı Rusiyanın strateji aviasiyası ilə əlaqəli olub. Bəzi zabitlərin Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak etdiyi bildirilir.

05 Oktyabr 2026, 15:54

Tanınmış jurnalist AİH-də rəhbər vəzifəyə təyin edildi

Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.Citypost.az xəbər verir ki, bu, Liya Bayramovadır.O, jurnalistikada 25 ildən çox təcrübəyə malikdir, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb, hazırda isə CBC TV-də yayımlanan "Dayanıqlılıq və inkişaf" proqramının müəllifi və aparıcısıdır.L.Bayramova şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. O, holdinqin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-yə təyinat alıb.AİH Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb, onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi,...

05 Oktyabr 2026, 15:46

Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb 

Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb.Citypost.az  DİN-ə istinadən xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə tədbirlər həyata keçirilib.Nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

05 Oktyabr 2026, 15:42

Azad edilmiş ərazilərdə daha 285 mina  aşkarlanıb 

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (28.09.2026-04.10.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 254 piyada əleyhinə mina, 31 tank əleyhinə mina, 838 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 1144,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

05 Oktyabr 2026, 15:00