Bizə yazın

Baku

-°C

USD

-

Azad edilmiş ərazilərdə daha 285 mina  aşkarlanıb 

Cəmiyyət 05 Oktyabr 2026, 15:00

562

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (28.09.2026-04.10.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 254 piyada əleyhinə mina, 31 tank əleyhinə mina, 838 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1144,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanınmış jurnalist AİH-də rəhbər vəzifəyə təyin edildi

Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.Citypost.az xəbər verir ki, bu, Liya Bayramovadır.O, jurnalistikada 25 ildən çox təcrübəyə malikdir, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb, hazırda isə CBC TV-də yayımlanan "Dayanıqlılıq və inkişaf" proqramının müəllifi və aparıcısıdır.L.Bayramova şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. O, holdinqin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-yə təyinat alıb.AİH Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb, onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi,...

05 Oktyabr 2026, 15:46

Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb 

Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb.Citypost.az  DİN-ə istinadən xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə tədbirlər həyata keçirilib.Nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

05 Oktyabr 2026, 15:42

Dövlət sərhədindən narkotik keçirilməsinin qarşısı alınıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az-a verilən məlumata görə, DSX Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin – 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....

05 Oktyabr 2026, 14:46

Ramil Usubovun ailəsində - Ağır itki 

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik  Ramil Usubova ağır itki üz verib.Citypost.az  “Gununsesi.info”ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib.Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb.Onun qəfil ürəktutmadan vəfat etdiyi bildirilir.

05 Oktyabr 2026, 14:07

Heydər Əliyevin büstünə zərər vuran erməniyə hökm oxunacaq

Tbilisidə Azərbaycanın ümummili lideri Heydər Əliyevin büstünün zədələnməsi ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası noyabrın 12-nə təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə hadisəni törətməkdə təqdsirləndirilən erməni əsilli şəxsin vəkili Teona Peradze bildirib.Məlumata görə, 40 yaşlı Ermənistan vətəndaşı sentyabrın sonundan etibarən Tbilisidəki 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona Gürcüstan Cinayət Məcəlləsinin əmlaka zərər vurma məsuliyyətini nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs hazırda həbsdədir və iş üzrə istintaq davam edir....

05 Oktyabr 2026, 13:39

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.İki ölkə arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlət başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd etdi.Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını,...

05 Oktyabr 2026, 12:52