Ramil Usubovun ailəsində - Ağır itki
Cəmiyyət 05 Oktyabr 2026, 14:07
512
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib.
Citypost.az “Gununsesi.info”ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib.
Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb.
Onun qəfil ürəktutmadan vəfat etdiyi bildirilir.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azad edilmiş ərazilərdə daha 285 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (28.09.2026-04.10.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 254 piyada əleyhinə mina, 31 tank əleyhinə mina, 838 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 1144,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
05 Oktyabr 2026, 15:00
Dövlət sərhədindən narkotik keçirilməsinin qarşısı alınıb
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az-a verilən məlumata görə, DSX Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin – 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....
05 Oktyabr 2026, 14:46
Heydər Əliyevin büstünə zərər vuran erməniyə hökm oxunacaq
Tbilisidə Azərbaycanın ümummili lideri Heydər Əliyevin büstünün zədələnməsi ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası noyabrın 12-nə təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə hadisəni törətməkdə təqdsirləndirilən erməni əsilli şəxsin vəkili Teona Peradze bildirib.Məlumata görə, 40 yaşlı Ermənistan vətəndaşı sentyabrın sonundan etibarən Tbilisidəki 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona Gürcüstan Cinayət Məcəlləsinin əmlaka zərər vurma məsuliyyətini nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs hazırda həbsdədir və iş üzrə istintaq davam edir....
05 Oktyabr 2026, 13:39
İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.İki ölkə arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlət başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd etdi.Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını,...
05 Oktyabr 2026, 12:52
Ağdamdan Kəlbəcərə yeni yol çəkilir
Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 km-lik yol I, II və III texniki dərəcəyə uyğun inşa olunur.Citypost.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.Layihə çərçivəsində 4 körpü və 56 suötürücü boru tikilir. Hazırda ərazidə 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır.Layihənin icrası ilə Ağdamdan Ağdərə və Kəlbəcər istiqamətində vahid yol bağlantısı formalaşacaq. Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat əlaqələrinin gücləndirilməsinə, Böyük Qayıdış çərçivəsində yeni bağlantıların yaradılmasına xidmət edəcək....
05 Oktyabr 2026, 12:45
Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək
zərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı süni intellektə əsaslanan qərar-dəstək sistemindən istifadə nəzərdə tutulur.Citypost.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.Bildirilib ki, sistem laborator və digər diaqnostik müayinələrin nəticələrini avtomatik təhlil edəcək. Göstəricilər normativlərlə müqayisə olunacaq, həmçinin bir neçə göstəricinin birgə təhlili aparılaraq ayrı-ayrılıqda nəzərdən qaça biləcək risklər müəyyənləşdiriləcək.Süni intellekt yekun tibbi rəy verməyəcək. Sistem mümkün riskləri və normadan kənarlaşmaları həkim-ekspertin diqqətinə çatdıracaq. Hərbi xidmətə yararlılıq barədə yekun qərarı isə hərbi-həkim komissiyası qəbul edəcək.Hazırda sistemin tətbiqi aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.Dövlət Xidmətinin məlumatına görə, çağırışla bağlı bir sıra xidmətlər...
05 Oktyabr 2026, 12:43