Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Cəmiyyət 05 Oktyabr 2026, 12:09
424
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.
Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi və Azərbaycan dilində dedi: “Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.
Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyi ifadə etdi, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək, perspektivdə onların sayının artmasının önəminə toxundu.
Dövlətimizin başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini dedi.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Həmçinin oxuyun
Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd etdi.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunuldu, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulandı.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edildi, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlandı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ağdamdan Kəlbəcərə yeni yol çəkilir
Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 km-lik yol I, II və III texniki dərəcəyə uyğun inşa olunur.Citypost.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.Layihə çərçivəsində 4 körpü və 56 suötürücü boru tikilir. Hazırda ərazidə 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır.Layihənin icrası ilə Ağdamdan Ağdərə və Kəlbəcər istiqamətində vahid yol bağlantısı formalaşacaq. Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat əlaqələrinin gücləndirilməsinə, Böyük Qayıdış çərçivəsində yeni bağlantıların yaradılmasına xidmət edəcək....
05 Oktyabr 2026, 12:45
Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək
zərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı süni intellektə əsaslanan qərar-dəstək sistemindən istifadə nəzərdə tutulur.Citypost.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.Bildirilib ki, sistem laborator və digər diaqnostik müayinələrin nəticələrini avtomatik təhlil edəcək. Göstəricilər normativlərlə müqayisə olunacaq, həmçinin bir neçə göstəricinin birgə təhlili aparılaraq ayrı-ayrılıqda nəzərdən qaça biləcək risklər müəyyənləşdiriləcək.Süni intellekt yekun tibbi rəy verməyəcək. Sistem mümkün riskləri və normadan kənarlaşmaları həkim-ekspertin diqqətinə çatdıracaq. Hərbi xidmətə yararlılıq barədə yekun qərarı isə hərbi-həkim komissiyası qəbul edəcək.Hazırda sistemin tətbiqi aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.Dövlət Xidmətinin məlumatına görə, çağırışla bağlı bir sıra xidmətlər...
05 Oktyabr 2026, 12:43
Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?
30 ildən çoxdur tanıdığım, həmişə "doktor" deyə çağırdığım Nizami həkimlə bugünkü tədadüfi görüş və "nə var-nə yox" söhbəti çay mərasimi ilə davam etdi. CityPost.az xəbər verir ki,bu barədə professor Qulu Məhərrəmli paylaşım edib.Professor yazır ki,Nizami Məmmədov ölkədə tanınmış mahir cərrahdır, nüfuzlu tibb alimi və bu sahə üzrə ixtiraçıdır. Bakıda Tibb institutunu bitirdikdən sonra uzun müddət Rusiyada həkimlik edib, 24-25 yaşlarından cərrahi əməliyyatlar aparıb, cərrahlıqda ilk müəllimi olan alman əsilli Ziqfrud Taubesdən "qanundan qorxsan yenilikçi olmayacaqsan" tövsiyyəsini alıb. Taleyin hökmü ilə 1981-də Rostov vilayətinin Bokovski rayonunda çalışarkən o bölgə ilə qonşuluqda-Veşinskidə yaşayan məşhur yazıçı, Nobel mükafatı laureatı , əfsanəvi Mixail Şoloxovu da müayinə...
05 Oktyabr 2026, 12:09
Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb.Qurumdan Citypost.az-a verilən məlumata görə, əvvəlki dövrdə olduğu kimi cari ilin 9 ayı ərzində Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətin keyfiyyətinin və effektivliyinin artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və şəffaflığın təmin olunması, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 122 əməkdaş (onlardan 72-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 91 fakt üzrə 144...
05 Oktyabr 2026, 11:54
Hüquqi şəxslər üçün yeni cinayət məsuliyyəti təklif edilir
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü, qərarını və ya digər aktını qərəzli olaraq icra etməyən, yaxud onların icrasına mane olan hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.Citypost.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.Sənədə əsasən, sözügedən məsuliyyət nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduqda tətbiq ediləcək....
05 Oktyabr 2026, 11:42
İlham Əliyev Pirallahıda dərman zavodunu açdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.Citypost.az xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye...
05 Oktyabr 2026, 11:16