FHN əməkdaşları atletika yarışında yüksək nəticələr əldə ediblər
Cəmiyyət 12 Mart 2026, 17:33
209
Martın 12-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib.
FHN-dən Citypost.az-a verilən xəbərə görə, yarışda iştirakçılar 60, 400, 800 metr məsafəyə qaçış və uzunluğa tullanma idman növü üzrə mübarizə aparıblar.
Yarışda iştirak edən FHN-in əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, kişilər arasında 60 metr məsafəyə qaçış üzrə yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşı daxili xidmət çavuşu İlkin Əlizadə bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Qadınlar arasında 60 metr məsafəyə qaçış üzrə yarışda Nazirliyin Aparatının əməkdaşı Mələkxanım Məmmədova qızıl, İdman-sağlamlıq klubunun əməkdaşı Zəkiyyə Kərimli isə gümüş medala yiyələniblər.
Bundan əlavə, kişilər arasında 800 metr məsafəyə qaçış üzrə yarışda Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşı baş gizir Cəlal Süleymanov qızıl, Bakı Regional Mərkəzinin əməkdaşı kapitan İlqar Məmmədov isə gümüş medala yiyələnməyi bacarıblar. 400 metrə qaçış üzrə yarışda qadınlar arasında Mələkxanım Məmmədova 1-ci yerə, XRXX-nın əməkdaşı leytenant Sima Səfərova 2-ci yerə layiq görülüb. Uzunluğa tullanma yarışında kişilər arasında DYMX-nın əməkdaşı daxili xidmət baş çavuşu Yevgeniy Kasilov, qadınlar arasında isə Zəkiyyə Kərimli gümüş medalın sahibi olublar.
Həmçinin oxuyun
Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallar təqdim edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ötən il 5 min tona yaxın bal istehsal edilib
025-ci ildə Azərbaycanda arıçılıqla məşğul olan 29 456 təsərrüfatda mövcud olan 545,1 min arı ailəsindən 4 757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə edilib.Citypost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun - 17,7 manat, vərəmumun - 135,3 manat, güləmin - 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.2024-cü illə müqayisədə arı ailələrinin sayı 5,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 %,...
12 Mart 2026, 17:55
"Azerenerji" 2 milyonluq işlər görəcək
"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti ölkənin enerji infrastrukturunun modernləşdirilməsi çərçivəsində növbəti layihəyə start verir.Citypost.az xəbər verir ki, qurum tərəfindən elan olunmuş satınalma müsabiqəsinə əsasən, "Şəmkir" Su Elektrik Stansiyasında (SES) və stansiyanın dispetçer otağında genişmiqyaslı təmir-tikinti işləri aparılacaq.Yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün 2 milyon 95 min 291 manat vəsaitin ayrılacaq.Layihə çərçivəsində həm stansiyanın texniki binalarının, həm də idarəetmə mərkəzi olan dispetçer otağının müasir standartlar səviyyəsində yenilənməsi nəzərdə tutulur....
12 Mart 2026, 17:37
Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdam şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.Citypost.az bu barədə nazirliyə istinadən xəbər verir.Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsi ilə təmin olunma, həmin ərazilərə heyvandarlıq təsərrüfatlarının köçürülməsi, subsidiyaların verilməsi, aqrar sığorta, güzəştli şərtlərlə kredit verilməsi, damazlıq heyvanların lizinqi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və digər məsələlərlə bağlı olub.Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi...
12 Mart 2026, 17:09
Baş nazir ilkin hərbi qeydiyyatla bağlı qərar imzaladı
Azərbaycanın kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qayda ilə cari ildə 15 yaşı tamam olan 18 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydasını müəyyən ediləcək, habelə həmin şəxslərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınması onların müddətli həqiqi hərbi xidmətə yararlılığının ilkin olaraq müəyyən olunması, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş şəxslərin müalicəsinin təşkil edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırış resursunun formalaşdırılmasını, valideynlərin və sözügedən vətəndaşların ilkin qeydiyyatla bağlı elektron məlumatlandırılması,...
12 Mart 2026, 16:37
Vüqar Rəhimzadə: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı genişlənir
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri beynəlxalq təşkilatlarla, həmçinin onlara üzv olan dövlətlərlə əlaqələrin qurulması, yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Bu gün Azərbaycan-Avropa ittifaqı (Aİ) münasibətlərinin fonunda bu reallığın şahidiyik. Aİ ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında qurulan münasibətlər martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərində özünün bir daha aydın ifadəsini tapdı. Qeyd edək ki, Azərbaycan 1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa Qonşuluq Siyasəti və nəhayət, 2009-cu ildən “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. Quruma üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycan strateji tərəfdaşlığı haqqında bəyannamələr imzalanıb. Bu, o deməkdir...
12 Mart 2026, 16:27
İran səfiri: Azərbaycana minnətdarıq
Azərbaycan ilk günlərdə İrana birinci humanitar yardımı göndərib.Citypost.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə bildirib.“Bu ortaq, müştərək mədəniyyətimizdən irəli gəlir ki, dar günlərdə bir-birimizə kömək edirik”, - diplomat qeyd edib.O, humanitar yardıma görə Rusiyaya, eyni zamanda, humanitar yardımın çatdırılmasında köməkliyə görə Azərbaycana təşəkkür edib.
12 Mart 2026, 16:24