Bizə yazın

Baku

-°C

USD

-

Bələdiyyələrin məlumat bazaları vahid sistemdə birləşdirilir 

Cəmiyyət 12 Mart 2026, 12:17

203

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ölkədə qəbul olunan normativ sənədlərin əhəmiyyəti yalnız konkret sektorlarla məhdudlaşmır, eyni zamanda institusional inkişaf və idarəetmə sisteminə təsir göstərir. Onun sözlərinə görə, bu baxımdan Nazirlər Kabinetinin “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” ilə bağlı qərarı da diqqətəlayiqdir.

Citypost.az xəbər verir ki, E. Əmirov qeyd edib ki, qərar bələdiyyələrin fəaliyyətində yeni mərhələnin başlanğıcı ola bilər. Sənədə əsasən, bələdiyyələrin informasiya sistemi bir sıra dövlət qurumlarının – Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər qurumların məlumat bazaları ilə inteqrasiya olunacaq.

Ekspert bunun bir neçə mühüm nəticəyə gətirib çıxaracağını vurğulayıb:

  1. Bələdiyyələrin məlumat əlçatanlığının artması;
  2. Yerli vergi və ödənişlərin uçotunun daha dəqiq aparılması;
  3. Torpaq və əmlak münasibətləri üzrə məlumatların vahid bazada formalaşması;
  4. Dövlət qurumları ilə bələdiyyələr arasında məlumat mübadiləsinin sürətlənməsi;
  5. Bələdiyyələrin elektron dövlət ekosisteminə daha dərin inteqrasiyası.

E. Əmirov bildirib ki, uzun illər bələdiyyələrin üzləşdiyi əsas problemlərdən biri məlumat bazalarının parçalanmış olması olub. Yeni sistem isə bu məlumatların vahid platformada toplanmasına və daha sistemli idarə olunmasına imkan verəcək.

Ekspert həmçinin vurğulayıb ki, sistem bələdiyyələrin torpaq münasibətləri, bələdiyyə borcları, alqı-satqı prosesləri və kənd təsərrüfatı torpaqları ilə bağlı məsələləri operativ şəkildə izləməsinə kömək edə bilər. Eyni zamanda yerli büdcə və vergi məlumatlarının dövlət qurumları ilə vahid elektron baza üzərindən formalaşması maliyyə yardımlarının və dotasiya siyasətinin dəqiq qərarlarla həyata keçirilməsinə şərait yaradacaq.

Eldəniz Əmirov əlavə edib ki, sistemin verdiyi imkanlardan maksimum səmərə üçün bələdiyyələr məsuliyyətli və vicdanlı öhdəlik kimi istifadə etməli, inzibati maneələr isə qarşısını almamalıdır. Yalnız bu şərtlər təmin olunduğu halda yerli özünüidarəetmənin potensialı tam reallaşa bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Miqrasiya qanunlarını pozan 108 nəfər Azərbaycandan çıxarılıb 

                                                                                     Bu barədə APA-nın sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Həmçinin bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 849 müraciət daxil olub.Məlumata görə, ötən ay miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə hüdudlarından...

12 Mart 2026, 15:03

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb 

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına bu il fevralın 15-də keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.İmtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13...

12 Mart 2026, 15:00

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.Citypost.az xəbər verir ki, Preizdent İlham Əliyev bu barədə Fərman imzalayıb.

12 Mart 2026, 14:57

Aqşin Bəbirova cinayət işi açıldı  

2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az xəbər verir, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “KİA Pride” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı A.Bəbirov “Mercedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.Təfərlərin mübahisəsinin davamında Aqşin Bəbirov sürücüyə dəmir parçası ilə zərbə endirib.Qeyd edək ki, qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.Xatırladaq ki, Aqşin...

12 Mart 2026, 14:48

Kamran Əsədovun məhkəməsi davam etdirilib 

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.APA-nın yerli bürosunun məlumatına, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədovun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib. O, Kamran Əsədovun səhhəti ilə bağlı qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.Müdafiəçi bildirib ki, Kamran Əsədovun həbsdə qalması üçün heç bir səbəb yoxdur, bu işdə abituriyent və valideynlər də məsuliyyət daşıyır.Məhkəmə vəsatəti təmin etməyib.Proses aprelin 9-da davam etdiriləcək.Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına...

12 Mart 2026, 13:55

Sahib Altay:İran Azərbaycanda məzhəb təbliğatını genişləndirir

Sosioloq Sahib Altay bildirib ki, İran Azərbaycanda illərdir sistemli məzhəb təbliğatı aparır, din xadimləri yetişdirir, vəsait ayırır və mərkəzlər açır. “Eyni ideologiya ətrafında birləşən insanlar, dəstələr və qruplar yerləşdirir. Paralel olaraq Borçalıda da eyni təbliğat həyata keçirilir”, – deyə o qeyd edib. Citypost.az xəbər verir ki, S.Altay İranın tərəfdarlarına ideologiya vasitəsilə sosial kimlik qazandırdığını vurğulayıb. “İran öz tərəfdarlarına deyir ki, siz İran vətəndaşı olmasanız da, ‘Vilayəti-fəqih’in bir parçasısınız. Vətəndaşı olduğunuz ölkədə bir-birinizə dəstək olun, bir gün gəlib bizə birləşəcəksiniz. Bütün müqəddəs məkanlar bizə aiddir”, – deyə sosioloq əlavə edib.Onun sözlərinə görə, İran ideologiyanı yalnız dini təbliğatla deyil, həm də mədəni və...

12 Mart 2026, 13:43