Kamran Əsədovun məhkəməsi davam etdirilib
Cəmiyyət 12 Mart 2026, 13:55
247
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA-nın yerli bürosunun məlumatına, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədovun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib. O, Kamran Əsədovun səhhəti ilə bağlı qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
Müdafiəçi bildirib ki, Kamran Əsədovun həbsdə qalması üçün heç bir səbəb yoxdur, bu işdə abituriyent və valideynlər də məsuliyyət daşıyır.
Məhkəmə vəsatəti təmin etməyib.
Həmçinin oxuyun
Proses aprelin 9-da davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.Xatırladaq ki, Kamran Əsədov yanvarın 23 də keçirilən məhkəmə prosesinin gedişində həbs olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Miqrasiya qanunlarını pozan 108 nəfər Azərbaycandan çıxarılıb
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Həmçinin bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 849 müraciət daxil olub.Məlumata görə, ötən ay miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə hüdudlarından...
12 Mart 2026, 15:03
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına bu il fevralın 15-də keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.İmtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13...
12 Mart 2026, 15:00
Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqlənib
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.Citypost.az xəbər verir ki, Preizdent İlham Əliyev bu barədə Fərman imzalayıb.
12 Mart 2026, 14:57
Aqşin Bəbirova cinayət işi açıldı
2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az xəbər verir, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “KİA Pride” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı A.Bəbirov “Mercedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.Təfərlərin mübahisəsinin davamında Aqşin Bəbirov sürücüyə dəmir parçası ilə zərbə endirib.Qeyd edək ki, qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.Xatırladaq ki, Aqşin...
12 Mart 2026, 14:48
Sahib Altay:İran Azərbaycanda məzhəb təbliğatını genişləndirir
Sosioloq Sahib Altay bildirib ki, İran Azərbaycanda illərdir sistemli məzhəb təbliğatı aparır, din xadimləri yetişdirir, vəsait ayırır və mərkəzlər açır. “Eyni ideologiya ətrafında birləşən insanlar, dəstələr və qruplar yerləşdirir. Paralel olaraq Borçalıda da eyni təbliğat həyata keçirilir”, – deyə o qeyd edib. Citypost.az xəbər verir ki, S.Altay İranın tərəfdarlarına ideologiya vasitəsilə sosial kimlik qazandırdığını vurğulayıb. “İran öz tərəfdarlarına deyir ki, siz İran vətəndaşı olmasanız da, ‘Vilayəti-fəqih’in bir parçasısınız. Vətəndaşı olduğunuz ölkədə bir-birinizə dəstək olun, bir gün gəlib bizə birləşəcəksiniz. Bütün müqəddəs məkanlar bizə aiddir”, – deyə sosioloq əlavə edib.Onun sözlərinə görə, İran ideologiyanı yalnız dini təbliğatla deyil, həm də mədəni və...
12 Mart 2026, 13:43
Şahin Qurbanov vəzifəsini itirdi
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı direktoru Vüqar Qurbanovun yaxın adamı kimi tanınan İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi və direktoru vəzifəsini icra edən Şahin Qurbanovun barəsində yerli mətbuatda mütəmadi olaraq qalmaqallı xəbərlər yayımlanmaqdadır. Citypost.az-ın məlumatına görə, Vüqar Qurbanov vəzifəsindən uzaqlaşdırıldıqdan bir neçə gün sonra onların dostluq əlaqələrinə dair jurnalistin suallarını cavablandırarkən Şahin Qurbanov keçmiş rəhbərini içki düşkünü adlandırmış və hətta dostluq əlaqələrini qəti şəkildə inkar etmişdir. Daha sonra isə Citypost.azın apardığı jurnalist təhqiqatı nəticəsində bəlli olmuşdur ki, Vüqar Qurbanov Səhiyyə Nazirliyini cəmiyyət arasında nüfuzdan salan yazıların mətbuatda yer almasında Şahin Qurbanovun köməyindən istifadə edib. TƏBİB-in sabiq icraçı direktoru...
12 Mart 2026, 13:38