Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan QHT sektorunda yeni mərhələ  

Cəmiyyət 12 Mart 2026, 13:29

249

“Bir pəncərə” modeli və vətəndaş cəmiyyətinin transformasiyası perspektivi

Son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aparılan institusional dəyişikliklər yeni mərhələyə daxil olur. Bu dəyişikliklər yalnız qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanlarının genişlənməsi ilə bağlı deyil, daha çox dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin yeni məzmun qazanması ilə əlaqədardır.

Bu kontekstdə Prezidentin 29 dekabr 2025-ci il tarixli fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və dövlət qurumlarının QHT-lərlə əməkdaşlıq mexanizmlərinin “bir pəncərə” prinsipi əsasında koordinasiyası mühüm institusional addım kimi qiymətləndirilə bilər. Bu qərar sadəcə texniki idarəetmə dəyişiklikləri ilə məhdudlaşmır,  əslində vətəndaş cəmiyyətinin dövlət siyasətində rolunun daha sistemli şəkildə müəyyənləşdirilməsinə yönəlmiş addımdır.

QHT sektorunun formalaşma yolu

Azərbaycanın QHT sektoru postsovet məkanında bir çox ölkələrdə olduğu kimi mürəkkəb və mərhələli inkişaf yolu keçib. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində vətəndaş cəmiyyəti institutları əsasən beynəlxalq donor təşkilatlarının maliyyə dəstəyi ilə fəaliyyət göstərirdi. Bu dövr daha çox QHT-lərin formalaşması və institusional strukturunun qurulması mərhələsi kimi xarakterizə oluna bilər.

2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması ilə isə yeni mərhələ başladı. Dövlətin vətəndaş cəmiyyətinə maliyyə dəstəyi mexanizmi həmin dövrdə QHT-lərin institusional imkanlarının genişlənməsinə və sosial layihələrin artmasına mühüm təsir göstərdi. Bir çox sosial sahələrdə – maarifləndirmə, sosial xidmətlər, regional təşəbbüslər və gənclərlə iş istiqamətlərində – yüzlərlə layihə həyata keçirildi.

Lakin zaman keçdikcə başqa bir məsələ də aydın görünməyə başladı,  QHT-lərlə əməkdaşlıq müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı mexanizmlərlə həyata keçirilirdi. Bu isə koordinasiya baxımından müəyyən çətinliklər yaradır və bəzən layihə istiqamətlərində təkrarçılığa səbəb olurdu.

“Bir pəncərə” modelinin mahiyyəti

Yeni mexanizm məhz bu problemi aradan qaldırmağa yönəlib. Hazırkı vəziyyətdə QHT-lərə dövlət büdcəsindən qrant vəsaitləri bir sıra nazirliklər, dövlət komitələri, agentliklər və fondlar tərəfindən ayrılır. Yeni modelə əsasən isə bu proseslərin koordinasiyası vahid sistem üzərindən – QHT Agentliyinin iştirakı ilə həyata keçiriləcək.

Bu yanaşma bir neçə mühüm nəticə verə bilər.  Birincisi, dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı daha sistemli xarakter alacaq və müxtəlif qurumların eyni mövzuda paralel layihələr maliyyələşdirməsi kimi halların qarşısı alınacaq.

İkincisi, QHT layihələri üzrə vahid məlumat bazasının formalaşması mümkün olacaq. Bu isə vətəndaş cəmiyyəti sektorunun real təsirinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Üçüncüsü, layihələrin mövzuları dövlət siyasətinin prioritet istiqamətləri ilə daha dəqiq uzlaşdırılacaq.

QHT sektorunun statistik mənzərəsi

Azərbaycan QHT sektorunda baş verən dəyişikliklərin miqyasını anlamaq üçün statistika mühüm göstəricidir. Mövcud məlumatlara görə ölkədə 4200-dən artıq qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib və onların təxminən üç minə yaxını müxtəlif sosial və ictimai layihələr vasitəsilə aktiv fəaliyyət göstərir.

Bu təşkilatlar sosial xidmətlər, gənclərlə iş, ekoloji təşəbbüslər, regional inkişaf, maarifləndirmə və beynəlxalq əməkdaşlıq kimi müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Başqa sözlə, QHT sektoru cəmiyyətin problemlərinə cavab verən geniş təşəbbüs platforması kimi çıxış edir.

2026-cı il üzrə keçirilən qrant müsabiqələrinin statistikası da vətəndaş cəmiyyətinin təşəbbüskarlığının artdığını göstərir. Müsabiqələrdə iştirak etmək üçün 707 QHT tərəfindən ümumilikdə 789 layihə təqdim olunub. İlkin texniki seleksiya zamanı 187 layihə müəyyən prosedur və texniki tələblərə uyğun gəlmədiyi üçün növbəti mərhələyə buraxılmayıb və nəticədə 602 layihə müstəqil ekspert qiymətləndirilməsinə təqdim olunub.

Bu rəqəmlər bir tərəfdən QHT-lərin təşəbbüskarlığının artdığını göstərir, digər tərəfdən isə sektorun bir hissəsində layihə hazırlama bacarıqlarının və institusional peşəkarlığın hələ də inkişaf mərhələsində olduğunu göstərir.

Maliyyə ehtiyacları ilə bağlı rəqəmlər isə daha düşündürücüdür. Hesablamalara görə, təqdim olunan bütün layihələrin maliyyələşdirilməsi üçün təxminən 18–18,5 milyon manat vəsait tələb olunur. Halbuki QHT Agentliyinin illik qrant büdcəsi bu məbləğdən təxminən dörd-dörd yarım dəfə azdır.

Bu fakt vətəndaş cəmiyyəti sektorunun real vəziyyətini daha aydın göstərir. Bir tərəfdən QHT-lərin sosial təşəbbüs potensialı kifayət qədər genişdir, digər tərəfdən isə mövcud maliyyə imkanları bu təşəbbüslərin hamısını dəstəkləməyə imkan vermir.

Bu vəziyyət eyni zamanda QHT-lərin maliyyə dayanıqlığı məsələsini də gündəmə gətirir. Dövlət qrantları mühüm rol oynasa da, sektorun uzunmüddətli inkişafı üçün digər maliyyə mexanizmlərinin – beynəlxalq tərəfdaşlıqların, korporativ sosial məsuliyyət proqramlarının və sosial sifariş modellərinin inkişafı da vacibdir.

Vətəndaş cəmiyyətinin yeni rolu

Mənim müşahidəmə görə, son illərdə dövlət-QHT münasibətlərində ən diqqət çəkən dəyişiklik vətəndaş cəmiyyətinə yanaşmanın tədricən dəyişməsidir. QHT-lər artıq yalnız layihə icraçıları kimi deyil, ictimai təşəbbüslərin və sosial ideyaların formalaşdığı platformalar kimi qəbul olunur.

Bu yanaşma müasir dövlət idarəçiliyinin mühüm elementlərindən biridir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, sosial problemlərin həllində və ictimai siyasətin hazırlanmasında vətəndaş cəmiyyətinin iştirakı dövlət institutlarının fəaliyyətini daha çevik və səmərəli edir.

Azərbaycan üçün də bu istiqamət xüsusi əhəmiyyət kəsb edir. Çünki sosial sahələrdən tutmuş ictimai maarifləndirməyə qədər bir çox istiqamətdə QHT-lərin potensialı kifayət qədər böyükdür.

Beynəlxalq əməkdaşlıq imkanları

Son dövrdə Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda iştirak imkanlarının genişlənməsi də diqqət çəkən tendensiyalardan biridir.

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13), Qlobal Cənub QHT Platformas və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT platforması çərçivəsində planlaşdırılan tədbirlər Azərbaycan vətəndaş cəmiyyəti üçün yeni imkanlar yaradır. Bu cür platformalar təcrübə mübadiləsi, regional əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətlidir.

Qarşıda duran çağırışlar

Bununla belə, QHT sektorunun qarşısında hələ də müəyyən çağırışlar qalmaqdadır. Ən mühüm məsələlərdən biri peşəkar kadr potensialının artırılmasıdır. Layihə idarəetməsi, strateji planlaşdırma və analitik fəaliyyət sahələrində ixtisaslaşmış mütəxəssislərə ehtiyac hələ də yüksəkdir.

Digər mühüm məsələ isə maliyyə dayanıqlığıdır. QHT-lərin böyük hissəsi fəaliyyətini əsasən qrant layihələri üzərində qurur. Bu isə uzunmüddətli institusional inkişaf üçün yetərli sayılmır

.

Yeni mərhələnin perspektivi

Bütün bu amilləri nəzərə aldıqda demək olar ki, Azərbaycan QHT sektoru yeni inkişaf mərhələsinə daxil olur. Dövlətlə vətəndaş cəmiyyəti arasında münasibətlərin daha sistemli və koordinasiyalı şəkildə qurulması bu prosesin əsas xüsusiyyətlərindən biridir.

Həyata keçirilən institusional dəyişikliklər,  ardıcıl və şəffaf şəkildə davam etdirilən islahatlar Azərbaycan vətəndaş cəmiyyəti sektorunun həm regional, həm də beynəlxalq səviyyədə daha fəal rol oynamasını şərtləndirəcək. Bu isə QHT-lərlə yanaşı, ümumilikdə cəmiyyətin sosial və institusional inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Əliməmməd Nuriyev

Sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Miqrasiya qanunlarını pozan 108 nəfər Azərbaycandan çıxarılıb 

                                                                                     Bu barədə APA-nın sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Həmçinin bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 849 müraciət daxil olub.Məlumata görə, ötən ay miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə hüdudlarından...

12 Mart 2026, 15:03

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb 

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına bu il fevralın 15-də keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.İmtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13...

12 Mart 2026, 15:00

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.Citypost.az xəbər verir ki, Preizdent İlham Əliyev bu barədə Fərman imzalayıb.

12 Mart 2026, 14:57

Aqşin Bəbirova cinayət işi açıldı  

2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az xəbər verir, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “KİA Pride” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı A.Bəbirov “Mercedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.Təfərlərin mübahisəsinin davamında Aqşin Bəbirov sürücüyə dəmir parçası ilə zərbə endirib.Qeyd edək ki, qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.Xatırladaq ki, Aqşin...

12 Mart 2026, 14:48

Kamran Əsədovun məhkəməsi davam etdirilib 

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.APA-nın yerli bürosunun məlumatına, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədovun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib. O, Kamran Əsədovun səhhəti ilə bağlı qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.Müdafiəçi bildirib ki, Kamran Əsədovun həbsdə qalması üçün heç bir səbəb yoxdur, bu işdə abituriyent və valideynlər də məsuliyyət daşıyır.Məhkəmə vəsatəti təmin etməyib.Proses aprelin 9-da davam etdiriləcək.Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına...

12 Mart 2026, 13:55

Sahib Altay:İran Azərbaycanda məzhəb təbliğatını genişləndirir

Sosioloq Sahib Altay bildirib ki, İran Azərbaycanda illərdir sistemli məzhəb təbliğatı aparır, din xadimləri yetişdirir, vəsait ayırır və mərkəzlər açır. “Eyni ideologiya ətrafında birləşən insanlar, dəstələr və qruplar yerləşdirir. Paralel olaraq Borçalıda da eyni təbliğat həyata keçirilir”, – deyə o qeyd edib. Citypost.az xəbər verir ki, S.Altay İranın tərəfdarlarına ideologiya vasitəsilə sosial kimlik qazandırdığını vurğulayıb. “İran öz tərəfdarlarına deyir ki, siz İran vətəndaşı olmasanız da, ‘Vilayəti-fəqih’in bir parçasısınız. Vətəndaşı olduğunuz ölkədə bir-birinizə dəstək olun, bir gün gəlib bizə birləşəcəksiniz. Bütün müqəddəs məkanlar bizə aiddir”, – deyə sosioloq əlavə edib.Onun sözlərinə görə, İran ideologiyanı yalnız dini təbliğatla deyil, həm də mədəni və...

12 Mart 2026, 13:43