Süleyman Rüstəm haqqında maraqlı bir xatirə - Etibar Əbiliov
Sənət aləmi 12 Mart 2026, 12:10
416
Bu gün Süleyman Rüstəmin doğum günüdür. Atam rəhmətlik onun cənub şeirlərini əzbərdən söyləməyi çox xoşlayırdı.Süleyman Rüstəmin həmin mövzuda bir şeiri var idi.Atan həmin şeiri hər deyəndə kövrələrdi.Uzum şeir idi.O şeiri mən də əzbərdən bilirdim.Amma bu səhər nə qədər cəhd etsəm də,həmin şeirdən yalnız dörd misranı xatırlaya bildim:
Ömür keçdi,hicran quşu can evimdən
köçmədi,
İki qardaş Arazımdan yan- yana su
İçmədi.
Heç özüm də bilmirəm ki,nədən oldu
qardaşım,
Ayrılıqdan,dərd əlindən ürəyimiz
.şişmədi...
Süleyman Rüstəm bizim evdə çox olub.Heç vaxt da tək gəlməyib.Ayrı-ayrı vaxtlarda Mirmehdi Seyidzadə,Qılman Musayev (İlkin),İslam Səfərli,Nəbi Xəzri,Əliağa Kürçaylı,Xəlil Rza Ulutürk,Hüseyn Abbaszadə, Vladimir Qafarov,Moskvalı dostu,SSRİ Dövlət Himninin müəllifi Reğistan, Moskvada yaşayan rus ədəbiyyatşünası Koçişkin.. ilə birlikdə evimizə gəldiyi günləri mən həmişə xoş bir duyğu ilə xatırlayıram.Söhbətləri yadımdadır Birlikdə dəniz kənarına,Kürün sahilinə (atamın dostunun komandiri olduğu çay gəmisində Kürü gəzməyiniz),Binələrə getdiyiniz günlər unudulmazdır.Atam onun haqqında xatirələrini yazıb çap etdirib.Amma həmin xatirələrin bəzisini atam yazmayıb.Tanıyanlar bilirdi.Süleyman Rüstəmin duzlu,məzəli söhbətlərindən doymaq olmurdu.Bir də Süleyman müəllimin özünün çox maraqlı xatirələri var idi.Mirzə Cəlil,Haqverdiyev ,Süleyman Sani Axundov, Abdulla Şaiq,Nazim Hikmət...kimi böyük yazıçılarla dostluq etmişdi.Maksim Qorkini,Mayakovskini,Fransız yazıçısı Anri Barbüsü Bakıda o qarşılamışdı...
Onunla bağlı bir maraqlı xatirəmi danışmaq istəyirəm.Və bu xatirəni ilk dəfə bu yazımda xatırlayıram.Bu xatirəni əvvəllər yazmağa,danışmağa nəsə ürək eləmirdim.Amma indi üstündən neçə illər keçir və bu hadisənin iştirakçılarının heç biri artıq həyatda yoxdur..1969- cü ildə Süleyman Rüstəm,məşhur tərcüməçi,əslən Salyandan olan Vladimir Qafarovla bizə gəldi.Atam həmin gün Bakıda idi və təbii ki,onların gəlməsindən xəbərsizdi.Payız ayı idi.Telefonumuza zəng gəldi.Məndən 18 yaş böyük olan,bizimlə birlikdə yaşayan və biz uşaqların "əmi" dediyimiz Zakir telefonu götürdü.Zəng edən Süleyman Rüstəm idi və zəngi Neftçalanın girəcəyində yerləşən milis idarəsindən etmişdi.Bibim oğluna təcili idarəyə gəlməsini tapşırdi.O vaxt Neftçala Salyanın tərkibində,qəsəbə statusunda olan yaşayış məntəqəsi idi.Kiçik,əhalisinin bəlkə də yarısı rus olan qəsəbəmizdə hamı bir- birini tanıyırdı.Milis idarəsin rəisi II Dünya müharibəsinin məşhur qəhrəmanı Partizan Babaş idi.Partizan Babaşa müharibə illərində Səməd Vurğun bir şeir də həsr etmişdi.Bu məşhur şeir Partizan Babaşın özünü də məşhurlaşdırməşdi.Partizan Babaş Dadaşov atamla da yaxın dost idi və biz uşaqlar,əsl qəhrəman görkəmli,eşmə bığli əfsanəvi adamı çox istəyirdik.Biz uşaqlar üçün hədiyyələr alırdı.Qz xidməti maşını ("Villis") ilə yay aylarında bizi dənizə aparırdı.Dəniz kənarında bizimlə ( Bibim oğlu Zakir,qardaşlarım Şahin,Azər) futbol oynayırdı.Zəhimli adam olsa da,uşaqla uşaq,böyüklə böyük idi...Nə isə,bir saat keçmiş Süleyman Rüstəm Vladimir Qafarovla ( Qaz 21 Volqa ilə) evimizə gəldilər.Süfrə açıldı.Süleyman Rüstəm həyəcanlı idi...Həyacanının səbəbini bizə bibim oğlu danışdı.Demək Süleyman Rüstəm maşını qəsəbənin girəcəyindəki milis idarəsinin qarşısında saxlatdırıb milis idarəsinə gedir.Məqsədi də bu olur ki,ordan bir bələdçi götürüb bizə gəlsin.O vaxt qəsəbə milis idarəsində cəmi 3- 4 milis işçisi işləyirdi.Süleyman Rüstəm milis idarəsinin həyətinə daxil olurr,görür ki,idarənin həyətində iki nəfər nərd oynayır.Nərd oynayanlardan biri Partizan Babaş imiş.Süleyman Rüstəm Partizan Babaşı tanımır.Kefi yuxarı olan Partizan Babaş onlara tərəf gələn adamı kiməsə oxşatsa da kim olduğunu xatırlaya bilmir.Qonağın yaxasındakı deputat nişanından və SSRİ Dövlət mükafatı medalından bilir ki,bu adam kimdirsə,tanınmış,məşhur adamdır.Ayağa qalxıb Süleyman Rüstəmlə görüşür.Süleyman Rüstəm atamın qonağı olduğunu deyir.Partizan Babaş da qonağın kimliyini soruşur.Partızan Babaş biləndə ki qarşısında dayanan şəxs Süleyman Rüstəmdir...Burda bir mərəkə qopur ki...Partizan Babaş belindəki tapançanı qoburundan çıxarıb- Süleyman Rüstəmə eşq olsun !!!-deyir və bu sevincdən məmnunluğunu tam ifadə etmək üçün göyə iki güllə atır...
Özünü itirmiş Süleyman Rüstəm bizim dildə deyildiyi kimi,bişim-bişim Partizan Babaşı sakitləşdirir,tapançanı qoburuna qoydurur və Partizan Babaşla birlikdə rəisin ( Partizan Babaşın) otağına keçib bizə zəng edir və bibim oğluna təcili milis şöbəsinə gəlməyini tapşırır.
...Süleyman Rüstəm və Vladimir Qafarov gecəni bizdə qaldılar.Səhər atam da Bakıdan gəldi.Həmin gün Neftçaladakı Mədəniyyət evində Süleyman Rüstəmlə görüş öldü.Axşam evimizdəki ziyafətdə Partizan Babaş da qonaqlar arasında idi...Deyib gülürdülər.Elə bil dünənki hadisə heç olmamışdı.
Etibar Əbilov
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gəncədə kino günləri başlayıb
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın müasir tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.AKİ-dən Citypost.az-a bildirilib ki, layihə çərçivəsində növbəti kino günləri Gəncədə təşkil olunub.Bildirilib ki, martın 11-dən 13-dək davam edəcək kino günləri çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin...
11 Mart 2026, 17:24
Müğənni xiristanlığı qəbul etdi
56 yaşlı məşhur müğənni Qven Stefani xristianlıq səyahətinə üçüncü uşağının dünyaya gəlməsindən sonra başladığını açıqlayıb və bu hadisəni özünün “ilk möcüzəsi” adlandırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Hallow: Prayer and Meditation” jurnalına verdiyi müsahibədə Stefani mənəvi ilhamın yəhudiliyi qəbul etmiş keçmiş ateistlə söhbətlərdən gəldiyini bildirib. O, bu müzakirələrin ona imanını yenidən nəzərdən keçirməyə və ruhani “oyanmağa” kömək etdiyini deyib.2013-cü ildə böyük oğlu Kinqston başqa bir uşaq istədiyini bildirəndə Stefani hamilə qalmaq imkanını real hesab etmədiyini xatırlayır. Lakin cəmi dörd həftə sonra o, 44 yaşında Apollon adlı üçüncü uşağı dünyaya gətirib və hamiləliyi “tam bir hədiyyə” kimi qiymətləndirib.Stefani həmin dövrdə...
11 Mart 2026, 14:18
Məşhur aktyor kirayə borcu üzündən evdən çıxarıldı
Los-Anceles Şəhər Məhkəməsi aktyor Mikki Rurkun ev sahibi Erik T. Qoldinin Drexel prospektindəki əmlakın ödənilməmiş kirayə haqqı ilə bağlı iddiasını təmin edərək, Rurkun evdən çıxarılması barədə qərar qəbul edib.Ciypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Rurk 59.100 dollar kirayə borcunu ödəməyib. Qanuni bildirişə cavab vermədiyi üçün məhkəmə evin dərhal sahibinə qaytarılmasına və icarə müqaviləsinin ləğv olunmasına qərar çıxarıb.Rurkun pərəstişkarları ona borcu ödəmək üçün GoFundMe platformasında təxminən 100.000 dollar toplamağa çalışıblar. Kampaniya Rurkun köməkçi meneceri Kimberli Hayns tərəfindən başlansa da, aktyor vəsait toplamağa qarşı çıxıb və bunu “qəddar bir alçaqlıq” adlandırıb.Qeyd edək ki, məhkəmə qərarı yalnız əmlaka sahib...
11 Mart 2026, 14:15
Səkinə İsmayılovadan maraqlı paylaşım
Xalq artisti, görkəmli xanəndə Səkinə İsmayılova sosial media hesabında paylaşımla diqqət çəkib.Citypost.az-ın məlumatına görə, S. İsmayılova mərhum Xalq artisti Baba Mahmudoğlu ilə birlikdə iştirak etdiyi, görkəmli bəstəkar Zülfüqar Hacıbəylinin operası olan *“Aşıq Qərib”*dən fotoşəkil paylaşıb.Qeyd edək ki, operada Səkinə İsmayılova Şahsənəm, Baba Mahmudoğlu isə Aşıq Qərib obrazını canlandırıb.Həmin maraqlı kadrları təqdim edirik:Turan
11 Mart 2026, 13:35
Zakir Fərəcov aktyorları təltif etdi
10 Mart – Milli Teatr Günü münasibətilə və şəhərin mədəni həyatındakı fəal iştiraklarına görə Sumqayıt Dövlət Dram Teatrının bir qrup əməkdaşı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif olunub.Citypost.az xəbər verir ki, təltif olunanlar arasında Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, həmçinin aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova yer alır.Teatrın əməkdaşları göstərilən diqqət və qiymət üçün minnətdarlığını bildiriblər və mədəniyyət sahəsində fəaliyyətlərini daha da artıracaqlarını qeyd ediblər.Yegane ...
11 Mart 2026, 12:57
Rauf Ağakişiyev “Qızıl Dərviş” mükafatı ilə təltif olunub
Sumqayıt Dövlət Dram Teatrının istedadlı aktyoru, Əməkdar artist Rauf Ağakişiyev 10 Mart – Milli Teatr Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov tərəfindən “Qızıl Dərviş” mükafatı ilə təltif olunub.Citypost.az xəbər verir ki, aktyor teatrın səhnəsində nümayiş olunan G.Xuqayevin “Varlı ev” tamaşasında (quruluşçu rejissor – Firidun Məhərrəmov) canlandırdığı Beçir obrazına görə bu yüksək qiymətləndirilməyə layiq görülüb.Turan
11 Mart 2026, 11:50