Leyla Əliyeva yeni şeirini təqdim etdi
Sənət aləmi 12 Mart 2026, 17:26
307
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi "Instagram" hesabında paylaşıb.
Citypost.az həmin paylaşımı təqdim edir:
İstəyin nə qədər güclü də olsa,
Uzatma əlini o çiçəyə sən.
Qazandım dediyin hər nəyin varsa,
Özün öz əlinlə məhv edəcəksən!
Qoparma, izin ver, qoy o yaşasın,
Sehrli gözəllik ruhu oxşasın.
Əlçatmaz olanda könül sevdası,
Qəlbində əbədi arzutək qalsın.
Həmçinin oxuyun
Açıq, təmənnasız, tərtəmiz yenə,
Ruhun pıçıldayır sirrini mənə.
Onunla tək qalmaq bir səadətdir,
Yalana bürünməz bir həqiqətdir.
Elə rahatam ki, qoynunda sənin…
Həsrətin qəlbimə çökdüyü zaman
Yuxusuz gecəyə nəfəs verirəm,
Başqa birisini arzulamadan!
Qıyma bu çiçəyə, toxunma ona,
Belə kövrəkliyi mən də bilmirdim.
Qoy bu sətirlərdən süzülsün zaman,
Sevgidir sirr kimi əbədi qalan!
Şeir: Leyla Əliyeva
Tərcümə: Sevinc Əliyeva
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Süleyman Rüstəm haqqında maraqlı bir xatirə - Etibar Əbiliov
Bu gün Süleyman Rüstəmin doğum günüdür. Atam rəhmətlik onun cənub şeirlərini əzbərdən söyləməyi çox xoşlayırdı.Süleyman Rüstəmin həmin mövzuda bir şeiri var idi.Atan həmin şeiri hər deyəndə kövrələrdi.Uzum şeir idi.O şeiri mən də əzbərdən bilirdim.Amma bu səhər nə qədər cəhd etsəm də,həmin şeirdən yalnız dörd misranı xatırlaya bildim: Ömür keçdi,hicran quşu can evimdən köçmədi, İki qardaş Arazımdan yan- yana su ...
12 Mart 2026, 12:10
Gəncədə kino günləri başlayıb
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın müasir tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.AKİ-dən Citypost.az-a bildirilib ki, layihə çərçivəsində növbəti kino günləri Gəncədə təşkil olunub.Bildirilib ki, martın 11-dən 13-dək davam edəcək kino günləri çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin...
11 Mart 2026, 17:24
Müğənni xiristanlığı qəbul etdi
56 yaşlı məşhur müğənni Qven Stefani xristianlıq səyahətinə üçüncü uşağının dünyaya gəlməsindən sonra başladığını açıqlayıb və bu hadisəni özünün “ilk möcüzəsi” adlandırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Hallow: Prayer and Meditation” jurnalına verdiyi müsahibədə Stefani mənəvi ilhamın yəhudiliyi qəbul etmiş keçmiş ateistlə söhbətlərdən gəldiyini bildirib. O, bu müzakirələrin ona imanını yenidən nəzərdən keçirməyə və ruhani “oyanmağa” kömək etdiyini deyib.2013-cü ildə böyük oğlu Kinqston başqa bir uşaq istədiyini bildirəndə Stefani hamilə qalmaq imkanını real hesab etmədiyini xatırlayır. Lakin cəmi dörd həftə sonra o, 44 yaşında Apollon adlı üçüncü uşağı dünyaya gətirib və hamiləliyi “tam bir hədiyyə” kimi qiymətləndirib.Stefani həmin dövrdə...
11 Mart 2026, 14:18
Məşhur aktyor kirayə borcu üzündən evdən çıxarıldı
Los-Anceles Şəhər Məhkəməsi aktyor Mikki Rurkun ev sahibi Erik T. Qoldinin Drexel prospektindəki əmlakın ödənilməmiş kirayə haqqı ilə bağlı iddiasını təmin edərək, Rurkun evdən çıxarılması barədə qərar qəbul edib.Ciypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Rurk 59.100 dollar kirayə borcunu ödəməyib. Qanuni bildirişə cavab vermədiyi üçün məhkəmə evin dərhal sahibinə qaytarılmasına və icarə müqaviləsinin ləğv olunmasına qərar çıxarıb.Rurkun pərəstişkarları ona borcu ödəmək üçün GoFundMe platformasında təxminən 100.000 dollar toplamağa çalışıblar. Kampaniya Rurkun köməkçi meneceri Kimberli Hayns tərəfindən başlansa da, aktyor vəsait toplamağa qarşı çıxıb və bunu “qəddar bir alçaqlıq” adlandırıb.Qeyd edək ki, məhkəmə qərarı yalnız əmlaka sahib...
11 Mart 2026, 14:15
Səkinə İsmayılovadan maraqlı paylaşım
Xalq artisti, görkəmli xanəndə Səkinə İsmayılova sosial media hesabında paylaşımla diqqət çəkib.Citypost.az-ın məlumatına görə, S. İsmayılova mərhum Xalq artisti Baba Mahmudoğlu ilə birlikdə iştirak etdiyi, görkəmli bəstəkar Zülfüqar Hacıbəylinin operası olan *“Aşıq Qərib”*dən fotoşəkil paylaşıb.Qeyd edək ki, operada Səkinə İsmayılova Şahsənəm, Baba Mahmudoğlu isə Aşıq Qərib obrazını canlandırıb.Həmin maraqlı kadrları təqdim edirik:Turan
11 Mart 2026, 13:35
Zakir Fərəcov aktyorları təltif etdi
10 Mart – Milli Teatr Günü münasibətilə və şəhərin mədəni həyatındakı fəal iştiraklarına görə Sumqayıt Dövlət Dram Teatrının bir qrup əməkdaşı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif olunub.Citypost.az xəbər verir ki, təltif olunanlar arasında Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, həmçinin aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova yer alır.Teatrın əməkdaşları göstərilən diqqət və qiymət üçün minnətdarlığını bildiriblər və mədəniyyət sahəsində fəaliyyətlərini daha da artıracaqlarını qeyd ediblər.Yegane ...
11 Mart 2026, 12:57