Bizə yazın

Baku

-°C

USD

-

Mingəçevirdə işıq olmayacaq 

Cəmiyyət 13 Mart 2026, 09:48

203

Bu gün Mingəçevir şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq "Şəhər" yarımstansiyasından çıxan 6 kV-luq 8 saylı hava xətti və bu xətdən qidalanan 400 kVA gücündə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhərin Nəriman Nərimanov, Nizami və Əliağa Vahid küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən il 64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 

2025-ci ildə vətəndaşsızlıq vəziyyətində olan 64 şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.Citypost.az xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.Qeyd edilib ki, onlardan 21-i vətəndaşlığı olmayan, 43-ü isə vətəndaşlığı naməlum şəxsdir.Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması məqsədilə Xidmətin təlim-tədris mərkəzi tərəfindən Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, miqrasiya qanunvericiliyinin öyrənilməsi üçün təşkil edilmiş kurslara hesabat dövründə 2015 şəxsin müraciəti qeydə alınıb....

13 Mart 2026, 11:17

Azərbaycanda vəkillərin sayı açıqlanıb 

Azərbaycanda hazırda 2 867 vəkil fəaliyyət göstərir.Citypost.az  xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.Anar Bağırov qeyd edib ki, bu gün and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb:"Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək".Kollegiya sədri bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib, həmin imtahanlarda 6 893 namizəd iştirak edib....

13 Mart 2026, 11:06

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir 

XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb."Report"un məlumatına görə, bu gün iştirakçılar "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "COP-u Yaşatmaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Əlaqə Qapısı 2030 Gündəliyinin Sürətləndirilməsi: İnklüziv Artım və Dayanıqlı Əlaqəlilik" mövzularında müzakirələr aparacaqlar.

13 Mart 2026, 10:06

Əli Əsədov bu gün hesabat verəcək

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, parlamentin plenar iclasının gündəliyinə bir məsələ daxil edilib.İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.

13 Mart 2026, 09:42

İnşaat və Sumqayıt Musiqi kolleclərinə yeni təyinatlar olub

İnşaat Kolleci və Sumqayıt Musiqi Kollecinə yeni təyinatlar olub.Bununla bağlı  CityPost.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Qeyd edilib ki, Agentliyin müvafiq əmrinə əsasən, Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

13 Mart 2026, 09:37

Prezident İlham Əliyevin sosial media hesablarında 13-cü Qlobal Bakı Forumu ilə bağlı paylaşım edilib 

Prezident İlham Əliyevin sosial media hesablarında 13-cü Qlobal Bakı Forumu ilə bağlı paylaşım edilib.CityPost.az  paylaşımı təqdim edir:

12 Mart 2026, 21:33