Bizə yazın

Baku

-°C

USD

-

Nadir Azəri: Türk dünyası yeni dünya düzənində güclənə bilər 

Siyasət 13 Mart 2026, 09:47

1648

Hazırda qlobal məkanda həm maraqlı, həm də mürəkkəb və təhlükəli proseslər baş verir. Bu proseslərin mərkəzində isə yeni dünya düzəninin formalaşması dayanır. Artıq köhnə dünya düzəninin qaydalarının işləmədiyini və yeni geosiyasi reallıqların yarandığını müşahidə edirik.

Bu fikirləri Citypost.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Onun sözlərinə görə, tarix boyu dünya düzənlərinin dəyişməsi adətən mürəkkəb proseslər, münaqişələr və müharibələrlə müşayiət olunub və bu ənənə bu gün də davam edir. Mövcud şəraitdə milli dövlətlərin, eləcə də onların təmsil olunduğu təşkilat və ittifaqların üzərinə düşən əsas vəzifə baş verən proseslərə soyuqqanlı, həssas və düşünülmüş şəkildə yanaşmaqdır.

Siyasi şərhçi hesab edir ki, yeni dünya düzənində qlobal aktorlardan biri olmaq iddiasını ortaya qoyan Türk Dövlətləri Təşkilatı da bu mərhələdə daha çevik və məqsədyönlü addımlar atmalıdır. Onun sözlərinə görə, təşkilat indiyədək bu istiqamətdə müəyyən uğurlu yol qət edib.

N.Azəri bildirib ki, hazırda türk dünyasının düşmənləri Türk Dövlətləri Təşkilatının fəaliyyətini zəiflətmək və onun inkişafına mane olmaq üçün müxtəlif addımlar atırlar. Onun fikrincə, bu cəhdlərin əsas hədəfi Türkiyə–Azərbaycan qardaşlığına zərbə vurmaqdır.

“Son günlər müxtəlif istiqamətlərdən tətiklənən dini, siyasi və ideoloji qrupların Türkiyə–Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdlərinin şahidi oluruq. Bu qüvvələr hər fürsətdən istifadə edərək iki qardaş ölkə arasında münasibətləri pozmağa çalışırlar”, – deyə o vurğulayıb.

Nadir Azəri hesab edir ki, belə şəraitdə hər iki ölkənin ictimaiyyəti daha ayıq-sayıq olmalı və təxribatlara uymamalıdır. Onun sözlərinə görə, bu cür addımların arxasında türk dünyasına qarşı olan bəlli xarici mərkəzlərin dayandığı açıq görünür.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə–Azərbaycan qardaşlığı əsrlərə söykənən birlik və həmrəyliyə əsaslanır və tarix boyu müxtəlif sınaqlardan uğurla çıxıb.

“Bu gün də həmin qardaşlıq növbəti sınaq qarşısındadır. Lakin heç kəsdə şübhə yoxdur ki, Türkiyə–Azərbaycan birliyi bu sınaqdan da uğurla çıxacaq. Formalaşan yeni dünya düzənində türk dünyası aparıcı güclərdən birinə çevrilə bilər və bu prosesin mərkəzində məhz Türkiyə–Azərbaycan qardaşlığı dayanır”, – deyə Nadir Azəri əlavə edib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nikola Selakoviç mayın əvvəlində Azərbaycana səfər edəcək 

Serbiyanın mədəniyyət naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Azərbaycana gələcək.Bu barədə "Report"a diplomatik mənbə məlumat verib.Bildirilib ki, səfər Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılması ilə bağlıdır."Nazir mayın 3-də Bakıya gələcək, növbəti gün isə Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək", - mənbə qeyd edib.Nümayəndə heyətinin tərkibinə Serbiyanın idman naziri Zoran Qayiç və təhsil naziri Deyan Vuk Stankoviç də daxil olacaq. Nümayəndə heyətini Serbiyanın 10-dan çox media nümayəndəsi müşayiət edəcək.Xatırladaq ki, Selakoviç Azərbaycanla ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədridir.Daha əvvəl verilən məlumata görə, Serbiyanın "Air Serbia" milli aviadaşıyıcısı 2026-cı il mayın 3-dən Belqrad-Bakı...

17 Aprel 2026, 17:53

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib, Prezident tədbirdə iştirak edib

Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.Citypoat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış edib.Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.(APA)

17 Aprel 2026, 17:08

Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər 

Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a bildirilib ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.Sədrlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar...

17 Aprel 2026, 15:53

Rəsmi Bakı: Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub 

Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub.APA-nın Antalyaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumunda "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.Hikmət Hacıyev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün qlobal enerji təhlükəsizliyinə xidmət edir və eyni zamanda, region ölkələrinin maraqlarını təmin edir.O qeyd edib ki, Ermənistan–Azərbaycan münaqişəsinin həlli regional baxımdan xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan bu prosesdə liderlik nümayiş etdirib və münaqişə artıq keçmişdə qalıb. Ölkəmiz siyasi, hərbi və hərbi-siyasi vasitələrlə öz ərazi bütövlüyünü və suverenliyini...

17 Aprel 2026, 13:45

Prezident İlham Əliyev Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib 

Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, dəvət məmnunluqla qəbul olunub.Qeyd edək ki, bu gün Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

17 Aprel 2026, 12:29

Politoloq: ABŞ-ın qlobal təsiri zəifləyir, yeni güc mərkəzləri formalaşır

Politoloq Zaur İbrahimli ABŞ və Səudiyyə Ərəbistanı münasibətləri və qlobal geosiyasi proseslərlə bağlı açıqlama verib.O bildirib ki, ABŞ-dan asılılıq dövrünün tədricən başa çatdığı barədə fikirlər artıq müxtəlif beynəlxalq dairələrdə səslənir. Açıqlamada Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhanın “ABŞ-dan asılılıq dövrü bitdi” məzmunlu fikirlərinə istinad olunub.Z. İbrahimli qeyd edib ki, ABŞ-ın regional və qlobal siyasəti, xüsusilə İsrail və İranla bağlı mövqeyi onun beynəlxalq təsirinə uzunmüddətli dövrdə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, ABŞ-ın bəzi müttəfiqləri alternativ geosiyasi mərkəzlərə yönəlməyə başlayır.Politoloq əlavə edib ki, Çin artıq qlobal ticarət və çoxtərəfli əməkdaşlıqda daha fəal rol oynayır və bu, ABŞ-ın...

17 Aprel 2026, 12:15