Diş ətinin qanaması ciddi xəstəliklərin xəbərçisi ola bilər
Tibb 13 Mart 2026, 09:53
1162
Mütəxəssislərin fikrincə, diş ətinin qanaması və diş ətrafı toxumaların iltihabı ilə xarakterizə olunan periodontit yalnız ağız boşluğu ilə məhdudlaşan problem deyil, eyni zamanda bir sıra ciddi sistem xəstəliklərinin yaranma riskini artıra bilər.
Citypost.az-ın məlumatına görə, bakterial diş daşları və lövhələrin yaratdığı iltihab nəticəsində meydana gələn periodontit böyüklərin təxminən 35–50 faizində müşahidə olunur. Bu proses zamanı yaranan bakteriyalar və onların toksinləri qan dövranına daxil olaraq orqanizmdə ümumi iltihabi reaksiyalara səbəb ola bilər.Araşdırmalar göstərir ki, periodontit ürək-damar xəstəlikləri, ağciyər problemləri, revmatoid artrit, xroniki böyrək xəstəlikləri və insult riskinin artması ilə əlaqəli ola bilər. Bundan əlavə, bu xəstəlik infarkt və vaxtından əvvəl doğuş kimi hallarla da əlaqələndirilir.
Mütəxəssislər hesab edir ki, bu proseslərdə əsas rol xroniki iltihabın yaranması, immun sisteminin tənzimlənməsinin pozulması və bakteriyaların orqanizm boyunca yayılması ilə bağlıdır.Bununla belə, bütün hallarda birbaşa səbəb-nəticə əlaqəsi tam sübuta yetirilməsə də, diş ətlərinin vəziyyəti ümumi sağlamlığın mühüm göstəricilərindən biri hesab olunur. Bu səbəbdən müntəzəm ağız gigiyenasına riayət etmək və diş əti xəstəliklərini vaxtında müalicə etdirmək bir çox sistem xəstəliklərinin qarşısının alınmasında vacib amillərdən sayılır.
Həmçinin oxuyun
Mütəxəssislər həmçinin qeyd edirlər ki, qəhvə dənələrində olan bəzi təbii birləşmələr diş ətindəki iltihabın azalmasına kömək edə bilər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İnsulin müqaviməti nədir və niyə diabetin başlanğıcı sayılır?
İnsulin müqaviməti tip 2 diabet üçün ən vacib erkən mərhələlərdən biri hesab olunur. Bu vəziyyət orqanizmdə insulin hormonunun təsirinin zəifləməsi ilə xarakterizə olunur.Citypost.az xəbər verir ki, normal halda insulin qandakı qlükozanı hüceyrələrə daşıyır və onu enerji mənbəyinə çevirir. Lakin insulin müqaviməti yarandıqda hüceyrələr bu hormona lazımi cavabı vermir. Nəticədə qanda şəkər səviyyəsi yüksəlməyə başlayır və mədəaltı vəzi daha çox insulin ifraz etməyə məcbur qalır.Mütəxəssislərin fikrincə, uzun müddət davam edən insulin müqaviməti tədricən beta hüceyrələrin yorulmasına və nəticədə diabetin formalaşmasına gətirib çıxara bilər.Risk faktorlarına aşağıdakılar daxildir:artıq çəki və piylənməfiziki aktivliyin az olmasıqeyri-sağlam qidalanmayuxu pozğunluqlarıxroniki stressHəkimlər bildirirlər ki, insulin həssaslığını yaxşılaşdırmaq mümkündür....
17 Aprel 2026, 13:10
Pomidora əsaslı əlavələr qaraciyər iltihabına qarşı qoruyucu təsir göstərə bilər
Pomidorun bütöv ekstraktına əsaslanan bir qida əlavəsinin qaraciyərdə yağ toplanmasını azalda və metabolik mənşəli yağlı qaraciyər xəstəliyi ilə əlaqəli iltihabi prosesləri ləngidə biləcəyi müəyyən edilib.Citypost.az-ın məlumatına görə, zənginləşdirilmiş pomidor əlavəsi qaraciyər hüceyrələrinə müsbət təsir göstərir.Müşahidələrə görə, bu əlavə hüceyrələrdə toplanan lipidlərin – o cümlədən trigliseridlərin və xolesterin efirlərinin – səviyyəsini azaldır. Eyni zamanda, hüceyrə zədələnməsi və iltihabla əlaqəli maddələrin konsentrasiyasında da azalma qeydə alınıb.Bundan başqa, əlavənin xəstəliyin inkişafında rol oynayan müəyyən zülalların fəaliyyətini zəiflətdiyi də müəyyən edilib. Bu zülallar iltihab, hüceyrə ölümü və fibroz kimi proseslərlə bağlı siqnal molekullarını əhatə edir. Bu proseslər uzunmüddətli halda qaraciyər sirrozu və hətta qaraciyər...
17 Aprel 2026, 12:57
Gündəlik alma istehlakı hər insanda fərqli təsir göstərə bilər
12 həftəlik klinik araşdırma göstərir ki, gündə bir alma yeməyin sağlamlığa təsiri hər insanda eyni olmaya bilər. Bu fərq əsasən bağırsaq mikrobiomunun ilkin quruluşu – “enterotip” adlanan mikrobioloji qruplaşma ilə əlaqələndirilir.Citypost.az xəbər verir ki, nəticələr göstərib ki, ümumi göstəricilər – bədən kütlə indeksi, qanda qlükoza və lipid səviyyələri – ümumilikdə ciddi dəyişiklik göstərməyib. Lakin mikrobiom səviyyəsində fərqli cavablar qeydə alınıb. Xüsusilə ET1 qrupunda bağırsaqda qısa zəncirli yağ turşularının (asetat, propionat və butirat) səviyyəsi artıb.Digər iki qrupda isə bu cür dəyişiklik müşahidə olunmayıb. Maraqlıdır ki, artım əsasən bakteriyaların sayının dəyişməsi ilə deyil, onların funksional aktivliyinin güclənməsi ilə əlaqələndirilib.Mütəxəssis yanaşmasına görə, bu...
15 Aprel 2026, 11:28
Dağınıq skleroz (MS): xəstəliyə müasir tibbi baxış
Dağınıq skleroz (Multiple Sclerosis – MS) mərkəzi sinir sistemini zədələyən, xroniki autoimmun xarakterli ciddi nevroloji xəstəlikdir. Bu xəstəlik beyin və onurğa beynində sinir liflərini əhatə edən mielin qişasının zədələnməsi nəticəsində yaranır və nəticədə sinir impulslarının ötürülməsi pozulur.Citypost.az-ın məlumatına görə, MS xəstəliyinin gedişi fərqli formalarda ola bilər və simptomlar xəstədən-xəstəyə dəyişir. Ən çox rast gəlinən əlamətlərə görmə pozğunluğu, əzələ zəifliyi, keyimə, balans və koordinasiya problemləri, yorğunluq və bəzi hallarda hərəkət məhdudluğu daxildir.Müasir tibbdə MS-in tam sağaldılması hələlik mümkün hesab edilmir. Lakin xəstəliyin gedişini yavaşlatmaq, tutmaları azaltmaq və həyat keyfiyyətini yüksəltmək üçün effektiv müalicə üsulları mövcuddur. Bu müalicələrə immun sistemini tənzimləyən preparatlar,...
14 Aprel 2026, 17:22
Mədə dərmanlarının uzunmüddətli istifadəsi təhlükəlidirmi?
Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunan dərmanların bir qismi uzunmüddətli qəbul üçün nəzərdə tutulsa da, bu proses mütləq həkim nəzarəti altında aparılmalıdır.Citypost.az xəbər verir ki, xüsusilə mədə turşusunun azalmasına yönəlmiş proton pompa inhibitorları (məsələn, pantoprazol, lansoprazol, omeprazol və s.) geniş yayılmış preparatlardandır. Bu dərmanlar qastrit, reflüks və mədə xorası kimi xəstəliklərdə effektiv təsir göstərir.Lakin nəzarətsiz və uzun müddət istifadəsi bəzi yan təsirlərə səbəb ola bilər. Araşdırmalara əsasən, uzunmüddətli qəbul zamanı:B12 vitamini, maqnezium və dəmir kimi mineral çatışmazlıqları yarana bilərBağırsaq infeksiyalarına meyillilik arta bilərSümük sıxlığında azalma (osteoporoz riski) müşahidə oluna bilərBəzi hallarda mədə selikli qişasında dəyişikliklər və polip əmələgəlmə riski arta bilərBuna...
14 Aprel 2026, 12:18
Qadın və kişilərdə immun sisteminin yaşlanması fərqli şəkildə dəyişir
Yeni aparılan genişmiqyaslı araşdırma göstərir ki, yaşlanma prosesi qadın və kişilərin immun sisteminə fərqli şəkildə təsir edir və qadınlarda bu dəyişikliklər daha kəskin xarakter daşıyır.Citypost.az xəbər verir ki, uzun illərdir məlumdur ki, immun reaksiyalar cinslər arasında fərqlənir: kişilər infeksiyalara və bəzi xərçəng növlərinə daha həssas olur, qadınlar isə daha güclü immun cavab formalaşdırır və peyvəndlərə daha yaxşı reaksiya verirlər. Bununla yanaşı, qadınlarda immun sisteminin həddindən artıq aktivliyi autoimmun xəstəliklərin daha çox görülməsinə səbəb olur və bu xəstəliklərin təxminən 80 faizi qadınlarda müşahidə edilir.Yeni məlumatlar göstərir ki, yaş artdıqca qadınların immun sistemində daha ciddi dəyişikliklər baş verir. Xüsusilə iltihabi prosesləri gücləndirən...
13 Aprel 2026, 11:51