Pərvanə Vəliyeva: Qlobal Bakı Forumu Azərbaycanın mövqeyini dünyaya çatdırır
Siyasət 13 Mart 2026, 09:33
2372
Bakıda keçirilən Qlobal Bakı Forumu müasir dünyanın mürəkkəb geosiyasi vəziyyətinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib.
Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva forumla bağlı Citypost.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, forumun açılışında çıxış edən Prezident İlham Əliyev müasir dünyada təhlükəsizlik və sabitliyin hər bir dövlət üçün əsas prioritetə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsizlik olmadan iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq mümkün deyil və sülh bütün inkişaf proseslərinin əsasını təşkil edir.
Pərvanə Vəliyeva bildirib ki, dövlət başçısı çıxışında təxminən 30 il ərzində Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında qalmasını və bu müddətdə beynəlxalq təşkilatların qərarlarının icra olunmamasını beynəlxalq sistemdə mövcud olan ədalətsizliklərin nümunəsi kimi qeyd edib. Prezident Azərbaycanın öz suverenliyini bərpa etməsinin beynəlxalq hüquqa əsaslanan legitim addım olduğunu vurğulayıb.
Deputatın sözlərinə görə, Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi region üçün dönüş nöqtəsi yaradıb. Bununla yanaşı, müharibədən sonrakı mərhələdə sülhün təmin olunmasının daha mürəkkəb proses olduğunu qeyd edən Prezident Ermənistanla münasibətlərin normallaşdırılması və regionda sabitliyin bərqərar olması üçün siyasi iradənin vacibliyini diqqətə çatdırıb.
Açıqlamada Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rola da toxunulub. Pərvanə Vəliyeva bildirib ki, müasir dünyada enerji resursları artıq təkcə iqtisadi məsələ deyil, həm də siyasi və təhlükəsizlik amili kimi qəbul olunur. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi neft və qaz ixrac edən ölkə olaraq müxtəlif regionların enerji təhlükəsizliyinə töhfə verir və bu istiqamətdə əməkdaşlığı genişləndirir.
Deputat həmçinin qeyd edib ki, münaqişələr və geosiyasi gərginliklər beynəlxalq ticarət marşrutlarının fəaliyyətinə də təsir göstərir. Bu baxımdan alternativ logistika yollarının əhəmiyyəti artır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm hissəsi kimi qlobal ticarət və tranzit sistemində mühüm rol oynadığı vurğulanıb.
Həmçinin oxuyun
Pərvanə Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev çıxışının sonunda beynəlxalq əməkdaşlıq və dialoqun vacibliyini bir daha diqqətə çatdıraraq müasir dünyada mövcud münaqişələrin yalnız dialoq və əməkdaşlıq yolu ilə həll edilə biləcəyini bildirib.
Deputatın sözlərinə görə, digər beynəlxalq platformalardan fərqli olaraq Qlobal Bakı Forumunda siyasi, ictimai, sosial və mədəni məsələlər kompleks şəkildə müzakirə olunur. Bu baxımdan forum yalnız iqtisadi məsələlərin müzakirə olunduğu Davos Forumu və ya əsasən təhlükəsizlik mövzularına həsr olunan Münxen Təhlükəsizlik Konfransından fərqlənir.
“Qlobal Bakı Forumu yüksək səviyyəli iştirakçı tərkibi ilə də seçilir. Burada prezidentlər, baş nazirlər, nazirlər, sabiq dövlət və hökumət başçıları, eləcə də digər nüfuzlu şəxslər iştirak edərək öz siyasi baxışlarını bölüşürlər”, – deyə deputat vurğulayıb.
Pərvanə Vəliyeva bildirib ki, bu platforma dünya mediasının da diqqət mərkəzindədir və Azərbaycanın qlobal geosiyasi proseslərə dair mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm imkan yaradır. Onun sözlərinə görə, forum çərçivəsində Cənubi Qafqaz regionunda normallaşma prosesi, Azərbaycanın xarici siyasət prioritetləri və regionda baş verən hadisələr geniş müzakirə olunur.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Abbas Araqçı Ceyhun Bayramova ZƏNG ETDİ
İran xarici işlər naziri Abbas Araqçı azərbaycanlı həmkarı Ceyhun Bayramova telefon zəngi edib.Citypost.az İran mediasına istinadən xəbər verir ki, Abbas Araqçı Ceyhun Bayramova Tehranın son sülh təşəbbüsləri və müharibənin sona çatması ilə bağlı mövqeləri barədə məlumat verib.Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçı həmçinin Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı, İraq dan olan həmkarları ilə telefon danışıqları apararaq Tehranın son sülh təşəbbüsləri və müharibənin sona çatması ilə bağlı mövqeləri barədə onları məlumatlandırıb.(Modern.az)...
01 May 2026, 16:24
Zaur Şükürov:Qərəzli qətnamə, təhrif olunmuş reallıq
Məlum olduğu kimi Avropa Parlamenti Ermənistanla bağlı “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə qəbul edərək, növbəti dəfə Azərbaycanı hədəfə alıb. Qətnamədə Azərbaycana qarşı müddəalar tamamilə əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaqdır. Avropa Parlamentinin regionda post-münaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləmək əvəzinə, qarşıdurma mövqeyi sərgiləməsi regiondakı sülh prosesinə və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir. Qətnamədə 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən və 2023-cü ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyinin bərpasından sonrakı inkişaflar qəsdən təhrif olunur. “Ədalətsiz həbs” kimi ifadələrdən istifadə etməklə “hərbi əsir” kimi təqdim edilən məhbusların azadlığa buraxılması çağırışları hüquqi cəhətdən yanlış və qəbuledilməzdir. Azərbaycan...
01 May 2026, 14:45
Məhəmməd Əsədullazadə: Körfəz ölkələrinin İrana qarşı addımları düşmən hərəkətidir
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə sosial şəbəkədə paylaşımında İran və region ölkələri ilə bağlı diqqətçəkən açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, İrana qarşı qonşusu olan ərəb ölkələri düşmən kimi davranıb. Onun sözlərinə görə, İranda rejimin Azərbaycana qarşı münasibəti daima qeyri-konstruktiv olub, buna baxmayaraq, ikitərəfli münasibətlər davam edib və Azərbaycan İranla qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafında maraqlı olub. Şərhçi qeyd edib ki, Azərbaycan ABŞ-İsrail tərəfindən İrana qarşı hücumlara neytral qalıb və hətta İrana ilk humanitar yardım göndərib. O əlavə edib ki, İran və Azərbaycan prezidentləri arasında daimi telefon təmasları olub.M. Əsədullazadə vurğulayıb ki, İranın qonşuları...
01 May 2026, 08:03
Ceyhun Bayramov Cin-Hyon Paiki ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hakimi vəzifəsinə Koreyanın namizədi Cin-Hyon Paiki qəbul edib.Citypost.az xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Belə ki, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlər, o cümlədən qarşıdan gələn BƏM hakimi seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Cin-Hyon Paik öz peşəkar fəaliyyəti, beynəlxalq hüquq sahəsində təcrübəsi və BƏM-də prioritet kimi irəli sürməyi planlaşdırdığı istiqamətlər barədə ətraflı məlumat verib.Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn aliliyinə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq məhkəmə institutlarının rolunun gücləndirilməsinə verdiyi önəmi vurğulayıb. Bu kontekstdə, Azərbaycan tərəfindən BƏM hakimi seçkilərinə hərtərəfli yanaşıldığı və namizədlərin peşəkar keyfiyyətlərinin diqqətlə...
30 Aprel 2026, 17:35
Paşinyan Şahin Mustafayevin səfərindən danışdı:"Sevinirəm ki, bu mərhələyə çatdıq"
Mən hesab edirəm ki, çox mühüm hadisə baş verib.Citypost.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrəvana səfərini şərh edərkən deyib.“İki ölkənin Baş nazir müavinlərinin səfərlərini sülh prosesinin məntiqi və institutlaşması baxımından tarixi hesab edirəm. Sevinirəm ki, bu mərhələyə çatdıq”, - Nikol Paşinyan qeyd edib.Xatırladaq ki, aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin...
30 Aprel 2026, 13:27
Elxan Şahinoğlu: Tacikistan uğrunda Rusiya-Çin rəqabəti güclənir
Əfqanıstanla Pakistan arasında ara-sıra baş verən hərbi toqquşmalar bölgə ölkələrini narahat edir. Əfqanıstana qonşu olan Tacikistan sərhədlərini gücləndirməyə qərar verib. Bir müddət əvvəl Əfqanıstan ərazisindən sərhədi keçməyə çalışan silah qruplaşma ilə toqquşma Tacikistanda çalışan bir neçə çinli işçinin ölümü ilə nəticələnmişdi. Bu kimi halların qarşısını almaq üçün Tacikistan Rusiya və Çinin iştirakı ilə silahlı qüvvələrini və sərhəd qoşunlarını gücləndirməyə davam edəcək.Citypost.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib.Tacikistanda müdafiə sənayesi yoxdur və silah təchizatından asılıdır. Buna görə də Tacikistanın bu sahədə Rusiya və Çindən asılılığı var. Rusiya Tacikistanda 201-ci hərbi bazanı öz hesabına saxlayır və onun mövcudluğu...
30 Aprel 2026, 10:40