Bizə yazın

Baku

-°C

USD

-

Qazax və Samuxda qaz kəsiləcək 

Cəmiyyət 14 İyul 2025, 10:44

3712

Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə CityPost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15-17 iyulda isə "Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması planlaşdırılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Polis Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxsi saxlayıb 

Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə DİN-in mətbuat xidmətindən  bildirilib.Məlumata görə, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

01 May 2026, 21:44

Zaur Şükürov: Azərbaycanın mədəni irsinə ciddi ziyan vurulub 

Qaçqınların geri qayıdışı beynəlxalq hüququn əsas prinsipləri — suverenlik və ərazi bütövlüyü nəzərə alınmaqla qiymətləndirilməlidir.CityPost.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Zaur Şükürov deyib.Onun sözlərinə görə, Azərbaycan dəfələrlə erməni əhalinin Qarabağı tərk etməsinin könüllü xarakter daşıdığını və bunun etnik təmizləmə kimi təqdim olunmasının doğru olmadığını bəyan edib. Həmçinin Ermənistan tərəfinin mülki əhali ilə bağlı təhlükə iddialarının öz rəsmiləri tərəfindən belə təkzib edildiyi qeyd olunur.Deputat vurğulayıb ki, BMT-nin bölgəyə səfərləri zamanı mülki əhaliyə və infrastruktura qarşı zorakılıq faktları təsdiqlənməyib. Eyni zamanda Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının Azərbaycanın mövqeyini beynəlxalq hüquq baxımından təsdiqlədiyi, Ermənistanın bir sıra iddialarının isə...

01 May 2026, 20:49

Avropa Parlamenti Zəfərimizdən qisas almağa çalışır - DEPUTATLAR

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyətini deputatlar sərt tənqid edərək bütün əməkdaşlıqların yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıblar.CityPost.az  xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında  Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti müzakirəsi zamanı Milli Məclisin deputatları çıxış edib.Deputat Elşən Musayev bildirib ki, Avropa Parlamenti yenə də öz "ənənəsinə" sadiq qalaraq və uzunmüddətıi qərəz təcrübəsinə əsaslanaraq Azərbaycana qarşı növbəti riyakar Qətnaməsini qəbul edib:“Bunlar sanki kvorum gözləyirlər, bir himə bənddirlər - Azərbaycanı hədəf almaq üçün. Hərçənd, biz artıq məlum icraatlara öyrəşmişik, alışmışıq və belələrinə qarşı siyasi immunitetimiz də çoxdan formalaşıb. Əvvəla, yenə başlayıblar ki, ay filankəs ədalətsiz həbs olundu və ya filankəslər...

01 May 2026, 20:10

Vyanada “Tarixin səhifələri” adlı musiqili tədbir keçirildi 

Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Tarixin səhifələri” adlı musiqili tədbir keçirilib.Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.Tədbir XX əsrin görkəmli sovet bəstəkarı Dmitri Şostakoviçin 120 illiyinə və Vyanadakı “Musiqi sevinc bəxş edir” (“Musik macht Freude - MmF”) adlı musiqi məktəbinin “Sun Dance Company” rəqs studiyası ilə əməkdaşlığının beş illiyinə həsr olunub.Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, adları çəkilən musiqi məktəbinin və rəqs studiyasının birgə təşkilatçılığı ilə baş tutan musiqili tədbirin fəxri qonağı isə Vyana Dövlət Operasının gənclər xorunun rəhbəri, avstriyalı musiqiçi, dirijor Yohannes Mertl olub.“MmF” musiqi məktəbinin təsisçisi və rəhbəri Fərəh Tahirova çıxışında məktəbin və “Sun Dance Company” rəqs...

01 May 2026, 17:53

Yevlaxda texniki təhlükəsizliyə dair müşavirə keçirilib 

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.FHN-dən Citypsot.az-a verilən məlumata görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.Tədbirdə FHN-in Aran Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ruhan Nəsibov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişlik rəisi Natiq Seyidəhmədov, Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, həmçinin sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.Tədbirdə çıxış edən Agentliyin müfəttişlik rəisi Natiq Seyidəhmədov...

01 May 2026, 17:34

Fuad Musayev Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinlədi

Mayın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Ağcabədi rayonunda sakinlərin müraciətlərini dinləyib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fuad Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.Görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb....

01 May 2026, 17:28