Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda boşanmaq neçəyədir? — Vəkil rüsumları AÇIQLADI 

Cəmiyyət 12 Noyabr 2025, 15:21

6734

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına  görə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 3414 boşanma halları qeydə alınıb.Bu,rəqəm ötən illə müqayisədə aşağı-yuxarı oxşar olub.

Bir çox vətəndaşlar  boşanma zamanı hüquqi cəhətdən çətinlik çəkirlər.Boşanma prosesi zamanı  hara,necə müraciət edilməlidir,bunun üçün tələb olunan məbləğ nə qədərdir,boşanma necə həyata keçirilir və kimi suallara cavab tapmağa çalışdıq.

CityPost.az  xəbər  verir   ki, Oxu24.com suallarla bağlı vəkil Şəms  Mirzəyevaya müraciət edib.O,sayta açıqlamasında boşanmanın hüquqi yollarını və dövlət  rüsumlarının məbləğini  açıqlayıb.

Vəkilin sözlərinə görə,boşanma prosesi istəyən şəxs iki mərhələdən keçməlidir. Bunlar mediasiya və məhkəmə mərhələsidir.Əgər tərəfərin 18 yaşa çatmamış ortaq uşağı varsa, onlardan  biri boşanmağa narazıdırsa,bu, halda boşanma birmənalı olaraq məhkəmədə baş tutmalıdır.Çünki ortada mübahisə var.Məhkəmədə boşanma  ilk olaraq mediasiyadan keçməlidir.Bu mərhələdən sonra məhkəməyə müraciət olunmalıdır.Boşanma zamanı  tələb  olunan ümumi  dövlət  rüsumu 100 AZN-dir.Təbii olaraq boşanma məsələlərində vəkilə müraciət olunmalıdır.Tələb olunan hüquqi addımlar vəkilin vasitəsi ilə atılmalıdır.Vəkilə ödənilən məbləğə gəldikdə isə,bu, rəqəm fərqli ola bilər. Adətən  vəkilə  ödənilən məbləğ tərəflər  arasında razılaşma əsasında  müəyyən edilir”,-deyə vəkil Şəms Mirzəyeva bildirib.

Bəs,məhkəmədən kənar necə boşanmaq mümkündür? Bu,hansı hallarda tətbiq olunur?

Sualla bağlı danışan vəkil Şəms Mirzəyeva bildirib ki,bu hal tərəflərin ortaq övladı olmadıqda və aralarında boşanmaqla bağlı heç bir mübahisə,etiraz yoxdursa,boşanmaq qeydiyyat şöbəsində həyata keçirilə bilər.

Tələb  olunan  dövlət  rüsumu 20 AZN-dir.

Oxu24.com mövcud şəraitdə boşanma prosesləri zamanı vəkillərə ödənilən məbləği dəqiqləşdirməyə çalışıb.Müxtəlif mənbələrdən əldə etdiyimiz informasiyalara görə,boşanma proseslərində iştirak üçün vəkillərə ödənilən məbləğ  500-800-1000 manat aralığında dəyişir.Bir sözlə,boşanmaq istəyən şəxsin minimum  500,maksimum 1000 manat xərci çıxması gözləniləndir.

Boşanma prosesləri ilə bağlı vəkil Şəms Mirzəyevaya müraciət etmək istəyənlər üçün əlaqə vasitələrini təqdim edirik:

Əlaqə nömrəsi: 055 800 38 70

İnstagram hesabı: vekil.shams_mirzayeva

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilib 

Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilib.CityPost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin Mülki Məcəllə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.Dəyişikliyə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), aerodromların ərazisinin genişləndirilməsi və yaxud bu tipli yeni obyektlərin inşası məqsədi ilə də torpaq alınacaq.Yenilik beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqlarının genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər...

13 Mart 2026, 19:08

Zelenski azərbaycanlı döyüşçünü təltif etdi 

Ukrayina prezidenti Volodimir Zelenski daha bir soydaşımızı təltif edib.Modern.az-ın məlumatına görə, azərbaycanlı döyüşçü Emin Həsənov "İgidliyə görə" ordeniylə təltif olunub. Məlumata görə, Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir. 2022-ci il Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzdən sonra əlində silah ön cəbhədədir. Döyüşçü yoldaşlarının “Türk" ləqəbi verdikləri soydaşımız Kyevin müdafiəsi, həmçinin Donbass, Zaporojye, Xarkov istiqamətlərində qəhrəmanlıqlar göstərib. O, bir neçə dəfə ağır yaralanmasına baxmayaraq müalicə aldıqdan sonra cəbhə xəttinə, komandiri olduğu birliyinə qayıdıb....

13 Mart 2026, 17:42

Məktəblərdə 7 milyon manatlıq işlər görüləcək   

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə daxilində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə genişmiqyaslı satınalma elan edib.Citypost.az  xəbər verir ki, tender müsabiqəsi ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkil olunması üçün zəruri olan mal-materialların və digər ləvazimatların tədarükünü nəzərdə tutur.Təşkilat layihənin icrası üçün 7 867 307,43 azn müəyyən edib.  

13 Mart 2026, 17:36

Müharibədən sonra  419 azərbaycanlı mina qurbanı olub 

2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra 419 azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb.Citypost.az  xəbər verir ki, bu, XİN-in “X” hesabında ötən gün Xocavənddə baş verən mina hadisəsi ilə bağlı paylaşımında qeyd olunub.Bildirilib ki, Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıdışını təmin etmək üçün minatəmizləmə işlərinə sadiqdir və beynəlxalq tərəfdaşların səfərbər olunmuş səylərlə dəstək göstərməsini gözləyir.“Minalar mülki insanların həyatı üçün ciddi təhlükə yaratmağa davam edir və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına, həmçinin davam edən yenidənqurma işlərinə mane olur”, – deyə əlavə olunub....

13 Mart 2026, 17:32

Cəbrayılda Novruz festivalı keçiriləcək

Şərqi Zəngəzurda bayram ab-havalı Novruz festivalı keçiriləcək.Bu barədə Citypost.az Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.Bildirilib ki, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində Novruz şənliyi keçiriləcək. Tədbir çərçivəsində Səməni festivalı, sərgi-satış yarmarkası, milli adət-ənənələri əks etdirən təqdimatlar, Novruz personajlarının iştirakı ilə əyləncəli proqramlar təqdim olunacaq. Tədbirdə müğənnilərin, xanəndələrin, aşıqların, xor kollektivlərinin və rəqs qruplarının iştirakı ilə konsert proqramı nəzərdə tutulub. Uşaqlar üçün xüsusi zonada kukla teatrı, interaktiv oyunlar və viktorinalar keçiriləcək. Festival zamanı ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass, həmçinin sacda lavaş, fəsəli və kətə hazırlanacaq.Novruz festivalı Şərqi Zəngəzurun zəngin mədəni...

13 Mart 2026, 17:23

İlber hoca vəfat edib 

Türkiyənin tanınmış tarixçi-alimi İlber Ortaylı müalicə aldığı xəstəxanada həyatını itirib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Bildirilib ki, səhhəti pisləşən 78 yaşı alim bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.

13 Mart 2026, 16:55