700 yaşlı şəhərin yeri çətinliklə müəyyən edilib
Cəmiyyət 28 Noyabr 2025, 13:16
353
Avtomobil bizi rayon mərkəzindən xeyli kənara gətirir. Çöl-biyabanda yol qurtarır və vəhşi təbiətin qoynunda piyada gəzintiyə çıxırıq. Təqribən min il əvvəl qazılmış, artıq içərisi qaya uçuntuları ilə dolmuş su arxını keçib təpəyə dırmanırıq. Yüksəklikdə qarşımıza üstünü yabanı bitkilər örtmüş geniş sahə açılır. Bələdçimiz, tarixçi-pedaqoq Asif Cəfərli deyir: “Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır...”
700 yaşlı şəhərin yeri çətinliklə müəyyən edilib
Bura qədim Beyləqandır. Yüz illər boyunca daim öz muxtariyyəti uğrunda çarpışan, fatehlərin ələ keçirməyə can atdığı, Şərqə böyük mütəfəkkir və sərkərdələr bəxş edən, dünyanın müxtəlif ölkələrindən tacirlərin üz tutduğu, özünəməxsus sənətkarlıq məktəbi olan, axar suları və meyvəli bağlarına İbn Haqvəlin valeh oduğu, şirniyyatından Əl-Müqəddəsinin doymadığı, möhürünə Məhəmməd peyğəmbərin adı həkk olunan diyar…
Beyləqan şəhərinin əsası 495-ci ildə Sasani hökmdarı I Qubad tərəfindən qoyulub. Mərhum Asif Cəfərli hesab edirdi ki, şəhərin adı minilliyin əvvəlindən bu ərazidə məskunlaşmış bel tayfası ilə bağlıdır, “bellərin məkanı” mənasını ifadə edir. Amma, burada başqa xalqların nümayəndələri də yaşayıb. Mənbələrə görə 13-cü əsrin əvvəlində Beyləqan əhalisinin sayı təqribən 40 min nəfər olub.
1221-ci ilin oktyabr-noyabr aylarında şəhər monqollar tərəfindən tutulub. Bir il sonra bu yerə gürcülər hücum çəkərək ona böyük zərər yetiriblər. 1231-ci ildə Çingiz xanın qəzəbinə düçar olan şəhər tam süqut edib, əhalisi qılıncdan keçirilib. 14-cü əsrin sonlarında Teymurləng Beyləqanın bərpasına çalışsa da, bu iş yarımçıq qalıb. Beləcə burada insan yaşayışı bitib.
Zamanın sonrakı dönəmlərində bu viranə yurdun qalan tikililərini yağış yuyub, gün döyüb, külək ovub, zəlzələ uçurub. Ağqoyunluların, qaraqoyunluların, səfəvilərin, Nadir şahın, Qacarın qoşunlarının, hər il aran-yaylaq arasında köç edən elatın tapdağı altında qalan xarabalıq o dərəcədə yerlə-yeksan olub ki, 20-ci əsrdə onun harada yerləşməsi ətrafında ziddiyyətli fikirlər səslənib, mübahisələr yaranıb.
Ərəb səyyahı ibn Xordabeh “Yollar və ölkələr haqqında kitab”ında Beyləqan qalasının təsvirini verib, onun çiy kərpicdən tikildiyini qeyd edib. Tarixi mənbələrdə Beylaqan, Bilaqan, Balasakan, Bilgan, Paytakaran, Millər və s. adlarla keçən bu şəhərin Kürlə Arazın birləşdiyi yerdə, Qarqarçayın sol sahilində, yaxud indiki Lənkəran ərazisində mövcud olduğu ehtimal edilib. Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örnəqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya 1933-cü ildə təşkil olunub. Şəhər xarabalığının qalıqları yalnız ötən əsrin 50-ci illərində aşkar olunub. Şəhərin qalıqları 40 hektara yaxın ərazini əhatə edir. Amma, Asif Cəfərli bildirirdi ki, Beyləqan ilk vaxtlar 22 hektarlıq “Böyük şəhər”dən ibarət olub. “Kiçik şəhər” və “Sənətkarlar məhəlləsi” sonradan yaranıb. Şəhər 10 metr hündürlüyündə, 6 metr enliyində olan mühafizə barısı ilə əhatələnib.
Tədqiqatçının fikrincə, üzük qaşı kimi şəhərin başına dolanan arxlar, su təchizatı ilə yanaşı, mühafizə məqsədi də daşıyıb: “Bu arxı Sasani hökmdarı tutduğu əsirlərə qazdırıb və onun vasitəsilə Araz çayından Beyləqana su gətirilib. O dövrdə əsirlərə “kavr” deyildiyindən, arx da “Kavr arxı” adlandırılıb. Arxın üzərində asma körpü olub. Mühafizə güclü təşkil edildiyindən monqollar qalanı böyük itki hesabına alıb.”
Orta əsr şəhərində demokratik idarəçilik
Beyləqan orta əsrlərdə Azərbaycan ərazisində öz müstəqilliyini qoruyan tək-tük qala-şəhərlərdən biri hesab edilir. Müxtəlif vaxtlarda şəhər Sacilər, Şəddadilər və Atabəylər dövlətlərinin tərkibinə qatılıb. Səlnamələrdə bunun şərtlər daxilində olduğu qeyd edilib, şəhərə qismən muxtariyyət verilib.
Həmçinin oxuyun
Hətta tarixin elə dönəmi olub ki, 2-3 il müddətində qala müstəqil olaraq öz idarəçiliyini həyata keçirib. Burada, müasir dövrümüzün parlamentli respublikalarında olan kimi, seçki yolu ilə Ağsaqqallar Şurası yaradılıb və qərarlar kollegiyal şəkildə qəbul edilib.
Asif Cəfərli diqqəti buna da çəkirdi ki, Azərbaycanda xalq azadlıq hərəkatı ilk olaraq Beyləqanda başlayıb, buradan böyük sərkərdələr çıxıb: “Babək hərəkatından 80 il əvvəl burada Xəlil üsyanı olub. Qəssab Müsafirin üsyanı başqa yerlərdə də etirazların yaranmasına səbəb olub. Beyləqan hakimi Əbu Musa zəif qüvvə ilə 200 minlik monqol ordusunun 28 həmləsini dəf edib.”
Heyrətamiz tapıntılar
Beyləqanda dulusçuluq, boyaçılıq, zərgərlik də daxil 30-dan çox sənət növü ilə məşğul olunub. Beyləqan bazarına Ərdəbildən, Dərbənddən tutmuş ta Hindistan və Çinədək tacirlər axışıb gəlirdi. Orta əsrlərə aid mənbələrdə bu şəhəin Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi olmağı qeyd edilib. Arxeoloji qazıntılar zamanı tapılan qabın üzərində “Fəzlun Beyləqanda hazırlamışdır” sözləri oxunub ki, bu da yerli istehsal olan bəzi məhsulların başqa ölkələrə ixrac edildiyini təsdiqləyir. Sonrakı qazıntılarından azı 150 möhür surəti aşkar olunub (usta Bədəl, Ömər oğlu İsa və s. şəxslərin adları qeyd olunub.) Bəzi qablar üzərində usta adları yox, lirik şeirlər, qabın gələcək sahibinə xeyirxahlıq arzulayan mətnlər və hikmətli sözlər yazılıb. Arxeoloji materiallar Azərbaycan incəsənətinin, xüsusilə dekorativ tətbiqi sənətlərin ümummüsəlman incəsənəti üçün səciyyəvi əlamətləri daşımaqla yanaşı, həm də sırf yerli, məhəlli xüsusiyyətlərə malik olduğunu göstərir.
Qiymətli tapıntılar arasında üzərində Məhəmməd peyğəmbərin və 12 imamın adı yazılmış möhür-üzük də var. Ehtimal edilir ki, ondan sənədlərin və müqavilələrin təsdiqi üçün istifadə edilib. Şəhərin xarabalığında aşkar edilən su kəməri və kanalizasiya sistemi, mədəni-məişət tikililəri, hamam və s. orta əsrlər Azərbaycan şəhərinin inkişaf səviyyəsini göstərir.
Ən möhtəşəm memarlıq nümunəsi Mil minarəsi hesab oluna bilər. “Azan” səsləndirilən uca qüllədən, ətraf ərazilərə nəzarət etmək üçün "gözətçi məntəqəsi" kimi də istifadə olunub. Minarənin alt hissəsində isə mədrəsə fəaliyyət göstərib. Böyük sənətkarlıqla düzəldilmiş fiqurlu və rəngli bişmiş kərpiclər məscidin binasının yüksək memarlıq səviyyəsində tikildiyini göstərir. Məscidin hörgüsündə düzbucaqlı, romb, kvadrat, çoxbucaqlı, dairəvi, üçbucaqlı və s. formada olan iri müxtəlif rəngli (ağ, firuzəyi, şabalıdı) kaşılarla bərabər, mozaika qopuqlarına bənzər xırda fiqurlardan da istifadə olunmuşdur. Kaşıların xeyli hissəsinin kufi xətti ilə yazılmış yazılara və toxuma naxışlara aid olması onların dar və uzun, bəzən dirsəkli formasından aydın olur. Minarənin ətrafında 10-dan çox türbə olduğu müəyyən edilib. Bütün bu abidələr kompleksi 11-13-cü əsrin əvvəllərinə aiddir. Onun qalıqları bir neçə əsr sonra A. Baxıxanovun da diqqətini cəlb edib.
Asif Cəfərli ürək yanğısı ilə bildirirdi ki, elmin, mədəniyyətin, ictimai mühitin yüksək inkişaf səviyyəsi Beyləqanda böyük şəxsiyyətlərin - alimlər, şairlər, sənətkarların yetişməsinə səbəb olub: “Onların içərisindən şair və səlnaməçi Məsud ibn Namdarı, Atabəylər dövlətinin “məlikül-şüara”sı Mücirəddin Beyləqanini, Bağdad şəhərində Xilafətin xarici siyasətini həyata keçirən, həm də dövrünün böyük şairi Hümbətulla Beyləqanini, Yəməndə fəlsəfi məktəbin əsasını qoyan, islam dünyası üçün alimlər yetişdirən, qanunlar hazırlayan Həsən və Hüseyn Zəki əl-Beyləqaniləri qeyd etmək olar. Mənim araşdırmama görə, Azərbaycan ədəbiyyatında dastançılıq da buradan başlanıb.”
Tədqiqatçı qeyd edirdi ki, ərazidən tapılan qabın üzərində planetlərin hərəkət cədvəli əks olunub. Burada elə şüşə qablar istehsal edilib ki, kimya elminə bələd olmadan onları hazırlamaq olmazdı. Atabəylər dövlətinin sikkəxanalarının biri bu şəhərdə yerləşib. Avropalıların 13-cü əsrdə yaratdığı “sehrli kvadrat”ı beyləqanlı usta Əhməd iki əsr əvvəl saxsı qab üzərində işləyib. Bu tapıntılarla Örənqala abidəsi alimlərin özünü belə heyrətləndirir.
Bu qala- sirli qala...
“Beyləqan yaşayış yeri” dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət tərəfindən qorunur. Amma burada elmi tədqiqat işləri hələ də başa çatdırılmayıb. Torpaq sadəcə möhtəşəm bir şəhərin üstünü örtməyib, həm də tariximizin, mədəniyyətimizin böyük bir parçası üzərinə sirr pərdəsi çəkib. Bu yerdə yeni tədqiqatlar maddi mədəniyyət abidələrini kompleks şəklində öyrənməklə yanaşı, yazılı qaynaqlarda əksini tapmış bir çox tarixi faktları üzə çıxarmaq baxımından da qiymətli ola bilər.
Azər Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Uyğunluğun qiymətləndirilməsi sxemləri və prosedurları təsdiqlənib
Azərbaycanda texniki tənzimləmə sahəsində uyğunluğun qiymətləndirilməsi üzrə vahid yanaşmanı təmin etmək məqsədilə uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərə dair ətraflı prosedurlar təsdiqlənib.CityPost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərar "Texniki tənzimləmə haqqında" qanunun tələblərinin icrası üçün qəbul olunub və ölkədə məhsul, onunla əlaqəli proses və istehsal metodlarının təhlükəsizlik və texniki normativlərə uyğunluğunun daha şəffaf, aydın və beynəlxalq normalara əsaslanmış şəkildə qiymətləndirilməsini təmin edir.Qərar uyğunluğun qiymətləndirilməsi prosesində iştirak edən qurumlar üçün həm hüquqi baza yaradır, həm də prosedur qaydalarını müəyyənləşdirərək sistemləşdirir. Bu da öz növbəsində texniki tənzimləmə sisteminin səmərəliliyini artırır və istehlakçıların təhlükəsizliyinin təmin...
28 Noyabr 2025, 13:00
Sabiq nazirin şirkəti 8.500.000 manatlıq tenderin qalibi olub
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” MMC və ona bağlı şirkətlərin cari il ərzində bağladığı dövlət müqavilələrinin nəticəsi sözün həqiqi mənasında göz qamaşdırır. CityPost.az xəbər verir ki,məlum olub ki, Füzuli Ələkbərovun şirkətləri bir neçə nazirlik və dövlət qurumları ilə yüksək məbləğli müqavilələr imzalayıblar. Araşdırmalara görə “İmprotex Motors” və “İmprotex Truck and Buses” MMC aldığı ümumi dövlət sifarişlərinin məbləği təxminən 8.500.000 manatdan çoxdur. Xatırladaq ki, sözügedən şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 6 milyon, Dövlət Radio Tezlikləri İdarəsi ilə 1 milyon, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə 220.000 manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi...
28 Noyabr 2025, 12:42
Azərbaycan lideri Timor-Leste prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortanı təbrik edib.CityPost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Timor-Leste Demokratik Respublikasının müstəqilliyinin elan edilməsinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.Azərbaycan ilə Timor-Leste arasında münasibətlərin yeni vüsət alması bizi sevindirir. Biz sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafına və əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə böyük əhəmiyyət veririk.İnanıram ki, Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq...
28 Noyabr 2025, 12:07
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları Ankarada təlim keçib
Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Ankara şəhərində "Qafqaz Qartalı – 2025" birgə taktiki-xüsusi təlimi yüksək peşəkarlıqla icra edilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç qardaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyan təlim, iştirakçı bölmələrin qarşılıqlı əlaqə, çevik reaksiya, koordinasiya və döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.Təlimin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov, eləcə də digər ölkələrin yüksək rütbəli zabitləri prosesləri yerində izləyiblər. Komandanlara təlimin mərhələləri, qarşıya qoyulan tapşırıqlar və əldə olunan nəticələr barədə ətraflı məruzələr...
28 Noyabr 2025, 12:07
Mikayıl Cabbarov: "Güləş sahəsi növbəti illərdə də yüksək nəticələrlə xalqımızı qürurlandıracaq"
Güləş sahəsi növbəti illərdə də yüksək nəticələri ilə Azərbaycan xalqını qürurlandırmağa davam edəcək.CityPost.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.O, AGF-nin Ümumi Yığıncağının baş tutduğunu və tədbirdə qurumun son 4 illik fəaliyyətinin hesabatının dinlənilməsindən sonra İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirildiyini qeyd edib.Paylaşımda yığıncaq çərçivəsində güləş ictimaiyyətinin üzvləri ilə bu sahədə görüləcək işlərin müzakirə edildiyi vurğulanıb....
27 Noyabr 2025, 15:26
Türkiyənin ticarət naziri Azərbaycana səfər edəcək
Türkiyənin ticarət naziri Ömer Bolat Azərbaycana səfər edəcək.Səfər dekabrın 16-da baş tutacaq.Ö.Bolatın Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.
27 Noyabr 2025, 11:58