Anar Əliyev Salyanda vətəndaşları qəbul edib
Cəmiyyət 24 İyun 2026, 15:13
496
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib.
Citypost.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Həmçinin oxuyun
Qəbuldan sonra özünüməşğulluq proqramı çərçivəsində Salyan sakinləri Hacıyeva Sehrayə Sahib qızı və Məmmədov Sakit İmanverdi oğlu üçün qurulmuş kiçik ailə təsərrüfatlarına baxış keçirilib.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Salyan rayonunda 1500 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələrini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliya arasında enerji təhlükəsizliyi və investisiya layihələri ilə bağlı müzakirələr aparılıb.Citypost.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri Culyo Tremonti ilə görüşündə baş tutub.Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektoru üzrə strateji tərəfdaşlığın dinamik inkişafından, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə uğurla genişləndirilməsindən məmnunluq ifadə olunub.Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar....
24 İyun 2026, 17:25
"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur."Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub....
24 İyun 2026, 17:23
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib
Azərbaycan və Qırğız Respublikasının Baş prokurorluqıarı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.Məlumata görə, 1999-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin (ANNABERDİYEV AGAMUHAMMET) cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş A.Annaberdiyev 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib."Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul...
24 İyun 2026, 17:08
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib.Dövlət Sərhəd Xidmətindən Citypost.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 478 qram narkotik vasitə marixuana, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 24 kiloqram 90 qram narkotik vasitə marixuana aşkarlanıb.“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə dövlət sərhədini pozaraq narkotik vasitə keçirməyə cəhd göstərən...
24 İyun 2026, 16:53
Yevlax–Bərdə dəmir yolu xəttində görülən işlər açıqlanıb
Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam etdirilir.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.Məlumata əsasən, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb.Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun tikintisi planlaşdırılır. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir.Hazırda yol yatağının tikintisi davam etdirilir.Bu xətdə 1967-ci ildən bəri əsaslı təmir aparılmadığından qatarların hərəkət sürəti 10–60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət sürəti artacaq, daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturu formalaşacaq....
24 İyun 2026, 16:45
Silahlı Qüvvələr Günü Varşavada qeyd olunub
Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Polşa-Azərbaycan Parlament Qrupunun sədri, Xarici İşlər və Milli Müdafiə nazirliklərinin əməkdaşları, Varşavanın Praqa-Poludne rayonunun merinin müavini və əməkdaşları, Müsəlman Dini Birliyinin, eləcə də yerli tatar icmasının nümayəndələri, ziyalılar, Azərbaycan icmasının üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Nərgiz Qurbanova, Polşa-Azərbaycan Parlament Qrupunun sədri Pşemıslav Vitek, Varşavanın Praqa-Poludne rayonunun merinin müavini Lukaş Polintseuş çıxış ediblər.Səfir çıxışında cari ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 108-ci ildönümünün qeyd olunması, 26 iyun 1918-ci ildə yeni qurulan Azərbaycan Demokratik Respublikasının (ADR) ilk nizami hərbi hissəsinin yaradılması...
24 İyun 2026, 16:27