Bizə yazın

Baku

-°C

USD

-

Silahlı Qüvvələr Günü Varşavada qeyd olunub 

Cəmiyyət 24 İyun 2026, 16:27

584

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Polşa-Azərbaycan Parlament Qrupunun sədri, Xarici İşlər və Milli Müdafiə nazirliklərinin əməkdaşları, Varşavanın Praqa-Poludne rayonunun merinin müavini və əməkdaşları, Müsəlman Dini Birliyinin, eləcə də yerli tatar icmasının nümayəndələri, ziyalılar, Azərbaycan icmasının üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Nərgiz Qurbanova, Polşa-Azərbaycan Parlament Qrupunun sədri Pşemıslav Vitek, Varşavanın Praqa-Poludne rayonunun merinin müavini Lukaş Polintseuş çıxış ediblər.

Səfir çıxışında cari ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 108-ci ildönümünün qeyd olunması, 26 iyun 1918-ci ildə yeni qurulan Azərbaycan Demokratik Respublikasının (ADR) ilk nizami hərbi hissəsinin yaradılması barədə məlumat verib. O əlavə edib ki, gənc ölkə 1918-1920-ci illərdə yaşamaq uğrunda mübarizə aparanda polyak zabitləri azərbaycanlılarla çiyin-çiyinə vuruşublar. Belə ki, ADR-in Baş Qərargah rəisi general Maçey Sulkeviç hərbi biliklərini, həmçinin həyatını Azərbaycana həsr edib. Səfir N.Qurbanova M.Sulkeviçlə yanaşı, polyak zabitlərini, o cümlədən polkovnik Yevgeniusz Dunin-Marçinkeviç və kapitanlar Klossovski, Çarnietski, Pavlovski və Tomişini xatırlayıb. O qeyd edib ki, polkovnik Dunin-Marçinkeviç və kapitan Rodzieviçin fəal iştirakı, eləcə də Polşa ictimaiyyətinin əhəmiyyətli dəstəyi sayəsində Bakıda sursat təmiri və istehsalı zavodu yaradılıb.

Həmçinin Vəli bəy Yadigar, İsrafil bəy İsrafilov, Cahangir bəy Kazımbəyli, Həmid bəy Məmmədzadə və Kazım bəy Səfəroğlu kimi komandirlərin Polşa ordusunda xidmət etdiyi barədə məlumat verilib. N.Qurbanova Vəli bəy Yadigar haqqında danışarkən azərbaycanəsilli bu görkəmli hərbçinin Polşa ordusunda yüksək nüfuz qazandığı, İkinci Dünya müharibəsi dövründə Polşanın müstəqilliyi uğrunda fədakarlıqla mübarizə apardığı, onun azadlığını öz Vətəninin azadlığı kimi qoruyaraq xalqlarımız arasında qardaşlıq və həmrəyliyin ən parlaq nümunələrindən birinə çevrildiyini qeyd edib.

Səfir müstəqilliyimizin ilk dövrünün sovet işğalı nəticəsində yarımçıq qalmasına baxmayaraq, xalqımızın döyüş ruhunun və dövlətçilik ənənələrinin heç vaxt sarsılmadığını qeyd edərək ölkəmizin 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb geosiyasi və təhlükəsizlik çağırışları ilə üzləşdiyini, lakin dövlət və ordu quruculuğu prosesinə qətiyyətlə başladığını bildirib. Beləliklə, müstəqil Azərbaycan dövləti və onun Silahlı Qüvvələri möhkəm əsaslar üzərində yenidən formalaşdırılıb.

Müasir və peşəkar Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edən səfir N.Qurbanova Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin müdafiə sisteminin əsaslı şəkildə yenidən qurulduğunu, pərakəndə hərbi birləşmələrin vahid komandanlıq əsasında fəaliyyət göstərməyə başladığını, yüksəkintizamlı və peşəkar orduya çevrildiyini bildirib. Səfir, həmçinin Ümummilli Liderin zəngin irsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyindən söz açıb. O əlavə edib ki, dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri müasir standartlara uyğun şəkildə modernləşdirilib, maddi-texniki bazası gücləndirilib, döyüş hazırlığı və peşəkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldilib və bunun nəticəsində Azərbaycan Ordusu regionun ən güclü və yüksək hazırlıqlı silahlı qüvvələrindən birinə çevrilib.

Mərasim zamanı çıxış edən Varşava şəhərinin Praqa-Poludne rayonunun merinin müavini L.Polintseuş Polşa və Azərbaycan xalqlarını mühüm tarixi bağların, eləcə də azadlıq və müstəqillik uğrunda mübarizə təcrübəsinin birləşdirdiyini vurğulayıb. Mer müavini qeyd edib ki, mərasimin keçirildiyi abidə hər iki xalqın tarixində xüsusi yeri olan iki qəhrəmana həsr olunub - Azərbaycanın müstəqilliyi uğrunda xidmət göstərmiş və bu yolda həyatını qurban vermiş general Maçey Sulkeviçə, eləcə də Polşa uğrunda, o cümlədən Varşava üsyanı zamanı döyüşmüş azərbaycanlı zabit polkovnik Vəli bəy Yadigara.

L.Polintseuş çıxışında marşal Yuzef Pilsudskinin “Yaddaşını itirən xalq xalq olmaqdan çıxır, yalnız müəyyən bir ərazidə müvəqqəti yaşayan insanlar toplusuna çevrilir” fikrini xatırladaraq, tarixi yaddaşın qorunmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, məhz bu tarixi yaddaşa və ortaq irsə hörmət Azərbaycan tərəfini sözügedən abidənin yaradılması təşəbbüsü ilə çıxış etməyə sövq edib. Merin müavini, həmçinin Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də uğurla inkişaf etdiyini bildirib. O vurğulayıb ki, müasir dövrdə də hər iki xalq ortaq dəyərlər ətrafında birləşərək həmrəylik nümayiş etdirir.

Tədbirdə çıxış edən Polşa–Azərbaycan Parlament Qrupunun sədri P.Vitek Polşa və Azərbaycan xalqları arasında mövcud olan tarixi oxşarlıqlara diqqət çəkib. O bildirib ki, həm polyaklar, həm də azərbaycanlılar müstəqillik, suverenlik, milli kimlik və mədəni dəyərlərin qorunması uğrunda mübarizənin nə demək olduğunu yaxşı anlayırlar. Deputat vurğulayıb ki, hər iki xalq öz tarixində müstəqilliyin itirilməsi kimi ağır sınaqlarla üzləşib və məhz buna görə dövlətçilik və milli azadlığın dəyərini xüsusi həssaslıqla qiymətləndirir. P.Vitek çıxışında Azərbaycanın son illərdə əldə etdiyi uğurlara da toxunub. O qeyd edib ki, Azərbaycan iqtisadi inkişaf, infrastrukturun modernləşdirilməsi və nəqliyyat imkanlarının genişləndirilməsi sahələrində mühüm nailiyyətlər qazanaraq regionun aparıcı dövlətlərindən birinə çevrilib. Onun sözlərinə görə, ölkənin artan beynəlxalq nüfuzu və strateji əhəmiyyəti Azərbaycanı regionda mühüm tərəfdaş kimi ön plana çıxarır. Çıxışının sonunda P.Vitek Azərbaycan xalqını Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib, ölkəmizə sülh, əmin-amanlıq, rifah və davamlı inkişaf arzulayıb.

Rəsmi çıxışların ardınca Varşava qarnizonunun müşayiətində Azərbaycanın Polşadakı səfirliyi, Praqa-Połudne rayonun meriyası, Polşa-Azərbaycan Parlament Qrupu, Polşanın Müsəlman Dini Birliyi, Polşa Tatar İttifaqı və s. adından Yuzef Polinski parkında azərbaycanlı polkovnik Vəli bəy Yadigar və general Maçey Sulkeviçin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyulub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğuladı, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət dilədi.Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirdi.Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini...

24 İyun 2026, 18:05

FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər 

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri və Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəhbərliyinin iştirakı ilə işgüzar görüş keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, tədbirdə Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəis müavini polkovnik Seymur Teymurzadə, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini mayor İradə Kərimova, digər məsul şəxslər və İctimai şuranın üzləri iştirak edib.Görüşün keçirilməsində məqsəd Əməliyyat-İstintaq İdarəsinin fəaliyyət istiqamətləri ilə tanışlıq, qurumun səlahiyyətlərinə daxil olan məsələlərə dair fikir mübadiləsinin aparılması olub.Tədbirdə qarşılıqlı əməkdaşlığın inkişafı, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş müraciətlərinə operativ yanaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qanunvericiliyin tələblərinin icrası, şəffaflığın təmin olunması və ictimai maraq doğuran məsələlər də müzakirə mövzusu olub.Görüşdə konstruktiv dialoqun...

24 İyun 2026, 17:48

"Neftçi" Endryu Qravilyonun transferini açıqlayıb 

"Neftçi" 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.Citypost.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

24 İyun 2026, 17:40

Azərbaycan İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələrini müzakirə edib 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliya arasında enerji təhlükəsizliyi və investisiya layihələri ilə bağlı müzakirələr aparılıb.Citypost.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri Culyo Tremonti ilə görüşündə baş tutub.Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektoru üzrə strateji tərəfdaşlığın dinamik inkişafından, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə uğurla genişləndirilməsindən məmnunluq ifadə olunub.Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar....

24 İyun 2026, 17:25

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb 

Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur."Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub....

24 İyun 2026, 17:23

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib 

Azərbaycan və Qırğız Respublikasının Baş prokurorluqıarı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.Məlumata görə, 1999-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin (ANNABERDİYEV AGAMUHAMMET) cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş A.Annaberdiyev 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib."Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul...

24 İyun 2026, 17:08