Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
Cəmiyyət 24 İyun 2026, 14:58
531
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Citypost.az xəbər verir ki, dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəminə toxunub.
Gələcəkdə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini deyən Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələri daha da genişləndirməyin əhəmiyyətini vurğuladı.
Qəbula və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edən Numan Kurtulmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edbi.
Həmçinin oxuyun
Qonaq Bakıda keçirilən tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, dövlətimizin başçısının tədbir iştirakçılarına ünvanlandığı müraciətin zəngin məzmunlu olduğu deyib.
Söhbət zamanı Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunularaq, ölkələr arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurlu inkişafı qeyd edilib, dünyada Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsinin olmadığı bildirildi və bu, birgə sərvətimiz kimi qiymətləndirilib.
Ölkələr arasında dostluğun və qardaşlığın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğu vurğulanıb.
Görüşdə qanunverici orqanlarımız arasında mövcud əməkdaşlıq və onun daha da genişləndirilməsinin perspektivləri müzakirə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ölkədə yaşlı əhalinin regionlar üzrə paylanması açıqlanıb
Azərbaycanda 65 yaş və daha yuxarı yaşlı şəxslər ən çox Sumqayıt şəhərindədir. Onların sayı 44 415 nəfər təşkil edir.Citypost.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ümumilikdə Azərbaycanda 2026-cı ilin yanvar ayının 1-i vəziyyətinə olan məlumata görə ölkədə yaşı 65 və yuxarı olan şəxslərin sayı 1 milyon 86 min 340 min nəfərdir ki, bu da ölkə əhalisinin 10,6 %-ni təşkil edir.Gəncə qeyd olunan yaş qrupuna daxil olan şəxslərin yaşadığı ikinci şəhərdir. Burada onların sayı 39 934 nəfər təşkil edir.Bakının Xətai rayonu 39 081, Abşeron rayonu 38 794, Bakının Nəsimi rayonu 38 175 nəfərlə ilk beşlikdə yer alırlar.Sabunçu rayonu 34 314...
24 İyun 2026, 15:45
Anar Əliyev Salyanda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib.Citypost.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər.Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.Qəbuldan sonra özünüməşğulluq proqramı çərçivəsində Salyan sakinləri Hacıyeva Sehrayə Sahib qızı və Məmmədov Sakit İmanverdi oğlu üçün qurulmuş kiçik ailə təsərrüfatlarına baxış keçirilib.Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Salyan rayonunda 1500 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub....
24 İyun 2026, 15:13
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın hərbi obyektlərinə zərbələr endirib
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin əsgərləri Kerç boğazı yaxınlığındakı Rusiya hava hücumundan müdafiə vasitələrinə, həmçinin müvəqqəti işğal edilmiş Krımdakı Saki və Qvardeyskoye hərbi aerodromlarının infrastrukturuna uğurlu zərbələr endiriblər.AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) “Telegram” kanalında məlumat verib.İlkin məlumatlara görə, Saki aerodromunda keçirilən xüsusi əməliyyat zamanı dörd təyyarə anqarına ziyan dəyib.Kerç yaxınlığında iki S-400 zenit-raket sistemi və iki “Pantsir-S1” zenit-raket və top sistemi məhv edilib. Bu, UTX “Alfa” mərkəzi tərəfindən ərazidə məhv edilən dördüncü “Pantsir-S1”dir.“Rusiya qoşunları Krım üzərindəki səmada nəzarəti itirir. Hər bir məhv edilmiş hava hücumundan müdafiə sistemi və zədələnmiş hərbi aerodrom düşmənin...
24 İyun 2026, 14:34
Taleh Qaraşov sakinlərin problemlərini dinlədi
İyunun 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar görüş-qəbulunu Hirkan qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Citypost.az xəbər verir ki, səyyar görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.İcra başçısı ötən səyyar qəbul-görüşdə inzibati ərazi dairəsi üzrə qaldırılan məsələlərin həllinin icra vəziyyəti barədə sakinlərə məlumat verib. Bildirilib ki, şəhər İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb, qanunvericiliyə uyğun olaraq vətəndaşa məlumat...
24 İyun 2026, 13:48
Qətər Şura Məclisinin sədri Azərbaycana təşəkkür edib
Azərbaycan Respublikasına göstərdiyi səmimi münasibətə, yüksək qonaqpərvərliyə və bu sessiyanın mükəmməl şəkildə təşkil olunmasına görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu gün biz parlamentlərimiz və məclislərimiz arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin pak dinimizin bizi çağırdığı əməkdaşlıq, həmrəylik, ixtilaf və nifrətin rədd edilməsi prinsiplərini həyata keçirmək üçün İttifaqımız çərçivəsində bir araya gəlmişik.AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim deyib.Həsən bin Abdulla Əl-Qanim vurğulayıb ki, ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi prosesində birliyə kölgə salan və...
24 İyun 2026, 13:30
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.Citypost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.Bundan əvvəl bu müddət 2026-cı il 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.
24 İyun 2026, 13:05