Bədəl Bədəlov: Vətən müharibəsi hərb tariximizin parlaq səhifəsidir
Siyasət 24 İyun 2026, 11:16
456
Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından biri güclü və peşəkar ordudur. Müstəqil dövlətin mövcudluğu, ərazi bütövlüyünün qorunması, milli təhlükəsizliyin təmin edilməsi və suveren hüquqlarının müdafiəsi ilk növbədə qüdrətli silahlı qüvvələrin mövcudluğundan asılıdır. Məhz buna görə də 26 İyun – Silahlı Qüvvələr Günü xalqımızın həyatında xüsusi əhəmiyyətə malik tarixi günlərdən biridir.
Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Bədəl Bədəlov bildirib.
Millət vəkilinin sözlərinə görə, Milli Ordunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə siyasi hakimiyyətə gələn Ulu Öndər gələcəkdə milli hərbi kadr potensialının formalaşdırılmasının vacibliyini uzaqgörənliklə qiymətləndirərək bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişdir. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması həmin siyasətin ən mühüm nəticələrindən biri oldu. Bu təhsil ocağı minlərlə peşəkar zabitin yetişməsində mühüm rol oynadı və milli hərbi kadr ehtiyatının əsasını formalaşdırdı. Ulu Öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil alması üçün imkanlar yaradıldı. Sonrakı dövrdə məhz həmin zabitlər müstəqil dövlətimizin Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar.1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət ordu quruculuğuna da ciddi mənfi təsir göstərirdi. Ayrı-ayrı silahlı dəstələrin mövcudluğu, vahid komandanlığın olmaması və idarəetmədəki çatışmazlıqlar nəticəsində torpaqlarımızın işğalı genişlənirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə dövlətçiliyi xilas etməklə yanaşı, nizami ordu quruculuğu prosesinə də başladı. Qanunsuz silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, Silahlı Qüvvələrdə nizam-intizam gücləndirildi və peşəkar hərbi idarəetmə formalaşdırıldı.1994-cü ilin mayın 12-də atəşkəs əldə edildikdən sonra ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Maddi-texniki təminatın gücləndirilməsi, hərbi hissələrin yenidən qurulması, şəxsi heyətin döyüş hazırlığının artırılması və milli hərbi təhsil sisteminin inkişafı istiqamətində mühüm addımlar atıldı.
Həmçinin oxuyun
Deputat xatırladıb ki, Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü elan edildi. Həmin vaxtdan etibarən bu tarix dövlət bayramı kimi qeyd olunur və milli ordumuzun keçdiyi şərəfli inkişaf yoluna verilən yüksək qiymətin ifadəsi kimi çıxış edir.1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə hərbi təhsil müəssisələrinin yenidən təşkili milli hərbi kadr hazırlığının daha da təkmilləşdirilməsinə xidmət etdi. Bu addımlar nəticəsində müasir bilik və bacarıqlara malik peşəkar zabit korpusunun formalaşdırılması sürətləndi. Ulu Öndərin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də Silahlı Qüvvələrin beynəlxalq standartlara uyğunlaşdırılması idi. NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlar hərbi idarəetmə, planlaşdırma, təlim və logistika sahələrində mühüm təcrübənin əldə edilməsinə imkan yaratdı. Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyalarda iştirakı onların peşəkarlığının yüksəlməsinə, müasir döyüş təcrübəsi qazanmasına və Silahlı Qüvvələrin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verdi.2003-cü ildən etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə xərclərinin artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil etdi.
Bədəl Bədəlov əlavə edib ki, Son illərdə müdafiə və təhlükəsizlik xərclərinin davamlı artırılması nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından birinə çevrilmişdir. Hərbi hissələr ən müasir döyüş vasitələri ilə təchiz olunmuş, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlmiş, müasir müharibələrin tələblərinə cavab verən yeni hərbi idarəetmə sistemi formalaşdırılmışdır. Azərbaycanda yaradılmış hərbi sənaye kompleksi də ordunun gücləndirilməsində mühüm rol oynayır. Hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir və bu imkanlar Silahlı Qüvvələrin təminatında mühüm əhəmiyyət daşıyır.2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun artan gücünü bütün dünyaya nümayiş etdirdi. Ordumuz qısa müddət ərzində strateji yüksəklikləri və mühüm mövqeləri azad etməklə düşmənə sarsıdıcı zərbə vurdu. 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən uğurlu Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin və peşəkarlığının növbəti təsdiqi oldu.
Deputatın sözlərinə görə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan hərb tarixinin ən parlaq səhifəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun yüksək peşəkarlığı, müasir hərbi texnologiyalardan səmərəli istifadə etməsi, döyüş ruhu və vətənpərvərliyi nəticəsində düşmən ağır məğlubiyyətə uğradıldı. Şuşanın azad olunması isə Vətən müharibəsinin taleyini həll edən mühüm hadisə kimi tarixə düşdü. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyi tam təmin edildi və konstitusiya quruluşu bütün ərazilərdə bərpa olundu. Bu gün Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biridir. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, Milli Müdafiə Universitetinin təsis olunması və Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında aparılan islahatlar ordunun döyüş imkanlarını daha da genişləndirib. Prezidenti İlham Əliyev qeyd edib: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.Türkiyə ilə strateji müttəfiqlik münasibətləri və Şuşa Bəyannaməsində əks olunan müddəalar hərbi əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Eyni zamanda Pakistan, İsrail və digər tərəfdaş dövlətlərlə hərbi-texniki əməkdaşlıq ordumuzun güclənməsinə mühüm töhfələr verir. Bu gün Azərbaycan Ordusu yüksək vətənpərvərlik ruhuna, peşəkar hazırlığa və müasir döyüş bacarıqlarına malikdir. Şəhidlərin qəhrəmanlığı, qazilərimizin rəşadəti və hərbçilərimizin fədakarlığı xalqımızın qürur mənbəyidir.Silahlı Qüvvələr Günü münasibətilə əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirmiş, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini təmin etmişdir. 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilərin peşə bayramı deyil, həm də xalqın orduya olan sonsuz etimadının, dövlətimizin qüdrətinin və milli birliyimizin təntənəsidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səbinə Salmanova: Dövlət qulluğu Vətənə xidmətdir
Milli Məclisin deputatı Səbinə Salmanova Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, dövlət qulluqçuları Azərbaycanda dövlət idarəçiliyinin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və vətəndaşlara səmərəli xidmət göstərilməsində mühüm rol oynayırlar.Səbinə Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində dövlət qulluğu sistemi daha çevik, şəffaf, innovativ və vətəndaşyönümlü xarakter alıb.Deputatın sözlərinə görə, dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində və milli maraqların qorunmasında mühüm rol oynayırlar.Səbinə Salmanova vurğulayıb ki, dövlət qulluğu yalnız peşə deyil, həm də Vətənə və xalqa xidmət missiyasıdır.Deputat peşə bayramı münasibətilə bütün dövlət...
24 İyun 2026, 11:26
Şərhçi: Xamneyinin şəklinin dini mərasimlərdə qaldırılması siyasi məna daşıyır
İctimai fəal Tural Qaraqaşlı dini mərasimlərdə İranın ali lideri Əli Xamneyinin və ya Ayətullah Xomeyninin şəkillərinin qaldırılması məsələsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Onun sözlərinə görə, belə addımların dini əsaslandırması yoxdur və daha çox siyasi məzmun daşıyır. Tural Qaraqaşlı qeyd edib ki, milliyyətin din adamı üçün önəm daşımadığını qəbul etsə də, Xamneyinin başqa bir dövlətin siyasi lideri olması onun simvolunun dini deyil, siyasi məna kəsb etməsinə səbəb olur.İctimai fəal bildirib ki, İranın ali lideri yalnız dini fiqur deyil, eyni zamanda dövlətin siyasi rəhbəridir. Bu səbəbdən onun şəklinin başqa ölkələrdə dini tədbirlərdə nümayiş etdirilməsi siyasi jest kimi qəbul olunur və dövlətlərin...
24 İyun 2026, 10:27
Jalə Əliyeva: Bakı və Aşqabad etimada əsaslanan əməkdaşlığı genişləndirir
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatı Bakı ilə Aşqabad arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.Millət vəkiliin sözlərinə görə,Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini vurğulayaraq, bu amillərin dövlətlərarası münasibətlərin etibarlı təməlini təşkil etdiyini qeyd etdi. Dövlət başçısının sözləri ilə desək, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq prinsipləri üzərində qurulub. Bu...
24 İyun 2026, 10:19
Vüqar Rəhimzadə: Azərbaycan–Türkmənistan əlaqələri strateji mərhələdədir
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinın gələcək inkişafı üçün yeni imkanlar yaranır. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı...
23 İyun 2026, 12:20
Ədalət Verdiyev: Təxribatçı addımlar davam edir
Hərbi ekspert Ədalət Verdiyev erməni kilsəsində keçirilən liturgiya zamanı ev dustaqlığında olan srbazan Baqrat Qalstanyanın iştirakı ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir k, O bildirib ki, Qalstanyan “Üç Müəzzin” kilsəsində keçirilən liturgiyada qonşu ölkələr – İran, Türkiyə, Gürcüstan və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən “Böyük Ermənistan” döş nişanı ilə iştirak edib.Ədalət Verdiyev qeyd edib ki, Qalstanyan əvvəllər də Xeyrimli–Günnüt istiqamətində eyni nişanı taxaraq etiraz aksiyaları təşkil edib. Onun sözlərinə görə, həmin dövrdən sonra Qazaxın 4 kəndinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi baş verib.Hərbi ekspert əlavə edib ki, bu cür fəaliyyətlərin davamı kimi Baqrat Qalstanyanın Sofulu və Bərxudarlı məsələsini gündəmə gətirmək...
23 İyun 2026, 10:51
Deputat: Türkmənistan və Azərbaycan prezidentlərinin görüşü strateji əhəmiyyət daşıyır
Naxçıvan Ali Məclisinin deputatı, Xalq artisti Rza Xudiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında keçirilən görüşün əhəmiyyətindən bəhs edib.Deputat bildirib ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanır. Onun sözlərinə görə, son illərdə iki qardaş ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi regionun inkişafına mühüm töhfə verir.R.Xudiyev qeyd edib ki, dövlət başçılarının görüşü ilk növbədə iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Onun fikrincə, siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın artırılması və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi Xəzər regionunda sabitliyin qorunması və əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından...
23 İyun 2026, 08:08