Bizə yazın

Baku

-°C

USD

-

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır 

Cəmiyyət 24 İyun 2026, 12:35

343

29 iyun 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.

MÜTDA-dan Citypost.az verilən xəbərə görə, namizədlər 6 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.

Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Müsabiqənin nəticələri ilə hər bir namizəd “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.

Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın hərbi obyektlərinə zərbələr endirib 

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin əsgərləri Kerç boğazı yaxınlığındakı Rusiya hava hücumundan müdafiə vasitələrinə, həmçinin müvəqqəti işğal edilmiş Krımdakı Saki və Qvardeyskoye hərbi aerodromlarının infrastrukturuna uğurlu zərbələr endiriblər.AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) “Telegram” kanalında məlumat verib.İlkin məlumatlara görə, Saki aerodromunda keçirilən xüsusi əməliyyat zamanı dörd təyyarə anqarına ziyan dəyib.Kerç yaxınlığında iki S-400 zenit-raket sistemi və iki “Pantsir-S1” zenit-raket və top sistemi məhv edilib. Bu, UTX “Alfa” mərkəzi tərəfindən ərazidə məhv edilən dördüncü “Pantsir-S1”dir.“Rusiya qoşunları Krım üzərindəki səmada nəzarəti itirir. Hər bir məhv edilmiş hava hücumundan müdafiə sistemi və zədələnmiş hərbi aerodrom düşmənin...

24 İyun 2026, 14:34

Taleh Qaraşov sakinlərin problemlərini dinlədi

İyunun 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar görüş-qəbulunu Hirkan qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Citypost.az  xəbər verir ki, səyyar görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.İcra başçısı ötən səyyar qəbul-görüşdə inzibati ərazi dairəsi üzrə qaldırılan məsələlərin həllinin icra vəziyyəti barədə sakinlərə məlumat verib. Bildirilib ki, şəhər İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb, qanunvericiliyə uyğun olaraq vətəndaşa məlumat...

24 İyun 2026, 13:48

Qətər Şura Məclisinin sədri Azərbaycana təşəkkür edib 

Azərbaycan Respublikasına göstərdiyi səmimi münasibətə, yüksək qonaqpərvərliyə və bu sessiyanın mükəmməl şəkildə təşkil olunmasına görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu gün biz parlamentlərimiz və məclislərimiz arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin pak dinimizin bizi çağırdığı əməkdaşlıq, həmrəylik, ixtilaf və nifrətin rədd edilməsi prinsiplərini həyata keçirmək üçün İttifaqımız çərçivəsində bir araya gəlmişik.AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim deyib.Həsən bin Abdulla Əl-Qanim vurğulayıb ki, ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi prosesində birliyə kölgə salan və...

24 İyun 2026, 13:30

Xüsusi karantin rejiminin müddəti uzadılıb 

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.Citypost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.Bundan əvvəl bu müddət 2026-cı il 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

24 İyun 2026, 13:05

Bakıda və rayonlarda yağış yağacaq 

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın...

24 İyun 2026, 13:00

“Bəzən müştəri itirməyi seçirik, amma insanları aldatmırıq” – Vüsal Qəribovdan maraqlı açıqlamalar

Xaricdə işləmək istəyən insanların sayı hər il artır. Almaniya, Slovakiya, Çexiya və digər Avropa ölkələrində işləmək arzusu ilə minlərlə insan müxtəlif şirkətlərə müraciət edir. Lakin prosesə başlamazdan əvvəl verilən düzgün və ya yanlış məlumatlar son nəticəyə birbaşa təsir göstərir.First Academy şirkətinin rəhbəri Vüsal Qəribov Citypost.az-a bildirib ki, şirkətə müraciət edən hər bir şəxsə ilkin mərhələdə ödənişsiz konsultasiya təqdim edilir və məhz həmin konsultasiya zamanı insanların eşitmək istədiyi ilə reallığın çox zaman fərqli olduğu ortaya çıxır.“Bəzən insanlar bizə müraciət edəndə elə düşünürlər ki, xaricə getmək sadəcə bir neçə sənəd toplamaqdan ibarətdir. Amma reallıq tamam fərqlidir. Bizim işimiz insanlara xoş gələcək sözlər...

24 İyun 2026, 11:55