Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Cəmiyyət 24 İyun 2026, 18:05
505
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğuladı, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət dilədi.
Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirdi.
Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladı.
“Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”, - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd etdi.
Məhəmməd Baqir Qalibafın ölkəmizə əvvəlki səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirakının əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev bu tədbirin İslam həmrəyliyinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirərək, gələn il ölkəmizin İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi və bununla bağlı artıq hazırlıq işlərinin başlanıldığını qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Baqir Qalibafın səfərinin, eyni zamanda, ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafına da toxundu.
Həmçinin oxuyun
Prezident İlham Əliyevlə görüşdən məmnunluğunu bildirən qonaq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarının Məsud Pezeşkiana çatdırmağı xahiş etdi.
Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.
Qonaq, eyni zamanda, İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə göndərdiyi təbrik məktubuna görə dövlətimizin başçısına təşəkkür etdi.
Müharibənin böyük dərd və faciə olduğunu deyən qonaq həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğuladı və qeyd etdi ki, bu, İran xalqının yaddaşında əbədi qalacaq.
Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirdi. Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirdi. Məhəmməd Baqir Qalibaf qeyd etdi ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olundu, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulandı.
Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, o cümlədən parlamentlərarası əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri və Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəhbərliyinin iştirakı ilə işgüzar görüş keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, tədbirdə Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəis müavini polkovnik Seymur Teymurzadə, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini mayor İradə Kərimova, digər məsul şəxslər və İctimai şuranın üzləri iştirak edib.Görüşün keçirilməsində məqsəd Əməliyyat-İstintaq İdarəsinin fəaliyyət istiqamətləri ilə tanışlıq, qurumun səlahiyyətlərinə daxil olan məsələlərə dair fikir mübadiləsinin aparılması olub.Tədbirdə qarşılıqlı əməkdaşlığın inkişafı, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş müraciətlərinə operativ yanaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qanunvericiliyin tələblərinin icrası, şəffaflığın təmin olunması və ictimai maraq doğuran məsələlər də müzakirə mövzusu olub.Görüşdə konstruktiv dialoqun...
24 İyun 2026, 17:48
"Neftçi" Endryu Qravilyonun transferini açıqlayıb
"Neftçi" 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.Citypost.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.
24 İyun 2026, 17:40
Azərbaycan İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələrini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliya arasında enerji təhlükəsizliyi və investisiya layihələri ilə bağlı müzakirələr aparılıb.Citypost.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri Culyo Tremonti ilə görüşündə baş tutub.Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektoru üzrə strateji tərəfdaşlığın dinamik inkişafından, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə uğurla genişləndirilməsindən məmnunluq ifadə olunub.Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar....
24 İyun 2026, 17:25
"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur."Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub....
24 İyun 2026, 17:23
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib
Azərbaycan və Qırğız Respublikasının Baş prokurorluqıarı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.Məlumata görə, 1999-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin (ANNABERDİYEV AGAMUHAMMET) cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş A.Annaberdiyev 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib."Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul...
24 İyun 2026, 17:08
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib.Dövlət Sərhəd Xidmətindən Citypost.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 478 qram narkotik vasitə marixuana, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 24 kiloqram 90 qram narkotik vasitə marixuana aşkarlanıb.“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə dövlət sərhədini pozaraq narkotik vasitə keçirməyə cəhd göstərən...
24 İyun 2026, 16:53