Vəkil: Zəhraya göstərilən tibbi yardımla bağlı suallar var
Cəmiyyət 24 İyun 2026, 11:18
558
Vəkil Fərhad Mehdiyev Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş vermiş yol-nəqliyyat hadisəsindən sonra qızı Zəhraya göstərilən tibbi yardımın təşkili ilə bağlı bir sıra iradlarını ictimaiyyətlə bölüşüb.
Citypost.az xəbər verir ki, vəkil bildirib ki, hadisə zamanı qızının ürəyi təxminən 3 saat 40 dəqiqə döyünsə də, onu xilas etmək mümkün olmayıb. Vəkil hadisə yerindən xəstəxanaya çatdırılma prosesində və sonrakı tibbi müdaxilələrdə müəyyən çatışmazlıqların olduğunu iddia edib.
Fərhad Mehdiyevin sözlərinə görə, hadisə yeri xəstəxanaya yaxın məsafədə yerləşsə də, təcili tibbi yardım briqadası göndərilməyib və yaralı xəstə vətəndaşlar tərəfindən xəstəxanaya çatdırılıb. O hesab edir ki, ilkin tibbi yardım qaydalarına uyğun olaraq xəstənin hadisə yerində vəziyyəti qiymətləndirilməli, boyun fiksatoru və digər zəruri tibbi vasitələrdən istifadə edilməli idi.
Vəkil, həmçinin qızının ağır qan itkisinə məruz qaldığını, lakin ona qan köçürülmədiyini iddia edib. Onun fikrincə, xəstənin aldığı ağır xəsarətlərə baxmayaraq, reanimasiya və cərrahi müdaxilə imkanlarının yetərli olub-olmaması ilə bağlı suallar yaranır.
Fərhad Mehdiyev bildirib ki, əgər xəstəxanada ağır vəziyyətdə olan xəstələrə operativ müdaxilə üçün imkanlar məhduddursa, bu barədə ictimaiyyət məlumatlandırılmalıdır. O, daha əvvəl də xəstəxanada kompüter tomoqrafiyası (KT) aparatının fəaliyyəti ilə bağlı problemlər olduğunu qeyd etdiyini xatırladıb.
Həmçinin oxuyun
Vəkil çıxışında, həmçinin TƏBİB-i Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsinə və personalın peşə hazırlığının artırılmasına diqqət yetirməyə çağırıb.
Onun sözlərinə görə, ağır xəsarət alan xəstələrə hadisənin ilk dəqiqələrində göstərilən düzgün tibbi yardım onların həyatının xilas edilməsində həlledici rol oynayır. Vəkil vurğulayıb ki, geniş əraziyə xidmət göstərən bu xəstəxanada xidmətlərin yüksək səviyyədə təşkili xüsusi əhəmiyyət daşıyır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Bəzən müştəri itirməyi seçirik, amma insanları aldatmırıq” – Vüsal Qəribovdan maraqlı açıqlamalar
Xaricdə işləmək istəyən insanların sayı hər il artır. Almaniya, Slovakiya, Çexiya və digər Avropa ölkələrində işləmək arzusu ilə minlərlə insan müxtəlif şirkətlərə müraciət edir. Lakin prosesə başlamazdan əvvəl verilən düzgün və ya yanlış məlumatlar son nəticəyə birbaşa təsir göstərir.First Academy şirkətinin rəhbəri Vüsal Qəribov Citypost.az-a bildirib ki, şirkətə müraciət edən hər bir şəxsə ilkin mərhələdə ödənişsiz konsultasiya təqdim edilir və məhz həmin konsultasiya zamanı insanların eşitmək istədiyi ilə reallığın çox zaman fərqli olduğu ortaya çıxır.“Bəzən insanlar bizə müraciət edəndə elə düşünürlər ki, xaricə getmək sadəcə bir neçə sənəd toplamaqdan ibarətdir. Amma reallıq tamam fərqlidir. Bizim işimiz insanlara xoş gələcək sözlər...
24 İyun 2026, 11:55
Tədqiqatçılar süni intellektlə idarə olunan robotların riskləri barədə xəbərdarlıq ediblər
Oksford Universitetinin tədqiqatçısı Fazl Bares və digər mütəxəssislər süni intellektlə idarə olunan yeni nəsil robotların yaratdığı potensial risklərlə bağlı xəbərdarlıq ediblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırmaya görə, müasir robotlar artıq əvvəlcədən proqramlaşdırılmış əmrlərlə deyil, süni intellekt modellərinin köməyi ilə real vaxt rejimində qərarlar qəbul edə bilir. Bu isə onların daha çevik fəaliyyət göstərməsinə imkan versə də, təhlükəsizlik risklərini də artırır.Tədqiqat zamanı alimlər müəyyən ediblər ki, bəzi hallarda sadəcə sorğunun ifadə formasını dəyişməklə süni intellekt sistemlərinin təhlükəsizlik məhdudiyyətlərini aşmaq mümkündür.Mütəxəssislər hesab edirlər ki, muxtar robotların xəstəxanalar, qocalar evləri və ictimai məkanlarda geniş tətbiqindən əvvəl onların fəaliyyəti üçün aydın təhlükəsizlik...
24 İyun 2026, 11:49
Jurnalist Abşeron Rayon Mərkəzi Xəstəxanasındakı vəziyyətdən narazılıq edib
Jurnalist Gülşən Şərif Abşeron Rayon Mərkəzi Xəstəxanasında müşahidə etdiyi problemlərlə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, o, bildirib ki, bir neçə dəfə həmin tibb müəssisəsində olub və xəstəxanadakı vəziyyətin narahatlıq doğurduğunun şahidi olub. Jurnalistin sözlərinə görə, əlillik təyinatı üçün müraciət edən vətəndaşlara xidmət göstərən həkimlərin sayı kifayət qədər deyil.Paylaşımda qeyd olunur ki, xüsusilə onkoloji xəstələrin sayı çox olsa da, xəstəxanada bu istiqamətdə cəmi bir onkoloq fəaliyyət göstərir. Bu isə uzun növbələrin yaranmasına səbəb olur. Bildirilir ki, bəzi hallarda həkimin qəbul saatı başa çatdığından növbədə gözləyən xəstələrin işi yarımçıq qalır.Gülşən Şərif xəstəxanada mətbuat xidməti ilə əlaqə imkanlarının da zəif olduğunu vurğulayıb....
24 İyun 2026, 11:03
İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətin mətnini Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib.Müraciətdə deyilir:"Hörmətli tədbir iştirakçıları!Sizi İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.Bu il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin...
24 İyun 2026, 10:55
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və...
24 İyun 2026, 10:31
”TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs olunub
"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Citypost.az xəbər verir ki, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə "TikTok" platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.O, müvafiq qərarla inzibati qaydada həbs edilib.
24 İyun 2026, 10:04