Rusiyanın dekolonizasiyası başlayıb - Xəqani Cəfərli
Siyasət 25 İyun 2026, 10:02
576
Qafqaz, İdel-Ural və Türküstan vahid məkana çevirilir
Birləşmiş Ştatlar 1918 və 1991-ci ildə olduğu kimi bu gün də Rusiyanın parçalanmasında maraqlı görünmür. ABŞ-ın 28-ci prezidenti, Nobel Sülh mükafatı laureatı Tomas Vudro Vilson 8 yanvar 1918-ci ildə Konqresə müraciətində Rusiyanın Almaniya ilə sülh danışıqlarını dayandırmaq qərarını müdafiə edərək, rusların almanların ərazi iddialarını rədd etməsinə dəstək ifadə etmişdi.
Vilsonun Konqresə 8 yanvar 1918-ci il tarixli müraciətində yer alan fikirlər əsasında hazırlanan, tarixə “Vilsonun 14 bəndi” adı ilə düşüən “Müharibənin hədəfləri və sülh şərtləri” adlı sülh proqramı Avstriya-Macarıstan və Osmanlı İmperiyasının dekolonizasiyasının yolunu açaraq onların yerində etnik-milli prinsiplərə əsaslanan çoxsaylı yeni müstəqil dövlətlərin yaranmasını ligitimləşdirdi. Avstriya-Macarıstan və Osmanlı İmperiyasının dekolonizasiyasını qətiyyətlə tələb edən Vilson Rusiyaya münasibətdə tamamilə əks mövqe tutmuşdu.
Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçovun heyranı olan ABŞ-ın 41-ci prezidenti Corc Herbert Volker Buş 1 avqust 1991-ci ildə Ukrayna Ali Sovetində çıxışı zamanı Kiyevi təhdid edərək müstəqilliyin elanından çəkinməyə və Qorbaçovun islahatlarını dəstəkləməyə çağırmışdı. Corc Buşun tarixə “kiyevsayağı kotlet” (Chicken Kiev) adı ilə düşən çıxışından 23 gün sonra, 24 avqust 1991-ci ildə Ukrayna Ali Soveti növbədənkənar sesiyasında Ukraynanın Müstəqilliyi haqqında qanun qəbul etdi və Sovet İttifaqı dağıldı.
Birləşmiş Ştatlar 1918 və 1991-ci ildə olduğu bu gün də Rusiyanın parçalanmasında maraqlı görünmür. Haşiyə çıxaraq qeyd etmək istərdim ki, Vaşinqtonun İrana baxışları Rusiyaya münasibəti ilə üst-stə düşür. Rusiyanın parçalanmasında maraqlı olmayan ABŞ İranın da bölünməsini arzu etmir. İkinci Dünya Müharibəsindən sonra faktiki olaraq bölünmüş İranın bütövlüyünü ABŞ Moskvanı nüvə zərbəsi ilə təhdid edərək təmin edib. İran İslam İnqilabından sonra Amerika diplomatlarının girov götürülməsi kimi tarixi hadisədən sonra da Vaşinqton Cənubi Azərbaycan, Bəlucistan, Xuzistan və ya Kürdüstanındakı müstəqillik hərəkatlarını dəstəkləmədi. ABŞ-ın de-fakto bölünmüş Suriyanı bütövləşdirməsi İranın bölünməsində də maraqlı olmadığını göstərdi. Səddam Hüseynin məğlubiyyətindən sonra şiələr, sünnilər və Kürdüstana bölünmüş İraqın bütövlüyünü də Vaşinqton təmin etdi. Son zamanlar Vaşinqton İraqın mərkəzi hakimiyyətinin daha da gücləndirilməsi üçün layihələr həyata keçirir.
Yeri gəlmişkən qeyd edim ki, Vaşinqton Kvebekin Kanadadan, Kataloniyanın İspaniyadan ayrılmasına qarşı çıxıb, Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması ilə bağlı referendumu tanımayıb. Yəni, Vaşinqton mövcud dövlətlərin bölünərək yeni dövlətlərin yaranması prosesini dəstəkləməkdən uzaqdır. Ancaq bu o demək deyil ki, Vaşinqtonun mövqeyi dəyişməz qalacaq.
Bütün bunlarla yanaşı Sovet İttifaqının dağılmasında 1959-cu ildə, Prezident Duayt Devid Eyzenhauerin rəhbərliyi altında yaradılan “Əsir Millətlərin Milli Komitəsi” və bu komitəyə SSRİ-nin demək olar ki, bütün respublikalarının, hətta İdel-Ural bölgəsinin təmsilçilərinin də daxil edilməsi tətikləyici hadisə olmuşdur.
Qənaətimcə, gələcək tarixçilər Rusiya Federasiyası tərəfindən suveren və müstəqil Çeçen İçkeriya Respublikasının (Chechen Republic of İchkeria) işğalının beynəlxalq səviyyədə tanınmaması və çeçen xalqının soyqırımının pislənməsi haqqında Çeçen İçkeriya Respublikası Hökuməti və Vətənpərvərlər Şurasının Müraciətinin beynəlxalq aləmdə dəstəklənməsini 1959-cu ildə “Əsir Millətlərin Milli Komitəsi”nin yaradılması eyniləşdirərək Rusiyanın dekolonizasiyasının başlanğacı adlandıracaqlar. Heç şübhəsiz bu hadisə Rusiyanın dekolonizasiyasına start verən ilk siyasi hadisədir.
Tarixi hadisələr Sovet İttifaqı adlı ikinci Rusiya İmperiyasının əbədiliyinə inanan siyasətçiləri deyil, imperiyanın süqutunun qaçılmaz olduğuna inan Donald Ceyms, Yanuş Buqayski, Lyuk Koffi və Andrey Amalrik kimi fikir adamlarını haqlı çıxardı. Yaxın gələcək Rusiyanın bütövlüyünü qorumağa çalışan dövlətləri deyil, imperiyanın üçüncü və sonuncu dəfə birdəfəlik dağılacağına inanan fikir adamlarını haqlı çıxaracaq.
Rusiyanın Ukraynada məruz qaldığı nəhəng itgilər isə Sovet İttifaqının Əfqanistanda məruz qaldığı itgilərin doğurduğu təsirin eynisini doğuraraq Rusiya Federasiyasının bütövlüyünü dağıdan mərkəzdən qaçma prosesini işə salıb. Bu prosesin geri dönüşüşü yoxdur. Digər önəmli bir proses isə ondan ibarətdir ki, Rusiyanın, İranın və digər dövlətlərin bölünməsini istəməyən Tramp özü də bilmədən Qafqaz, İdel-Ural və Türküstanı vahid məkana çevirən prosesi başladıb. Paralel inkişaf edən bu iki proses, Rusiya Federasiyasının subyektlərinin mərkəzlə bağlarının qırılması, Qafqaz, İdel-Ural və Türküstanı vahid məkana çevirəcək prosesin hər ötən gün daha da dərinləşməsi Vaşinqtonun siyasi elitasını seçim qarşısında qoymaqdadır. Vaşinqtonun siyasi elitasının diqqəti sürətli hadisələrin təsiri ilə sbizim çoğrafiyaya, Qafqaz, İdel-Ural və Türküstandan ibarət məkana yönəlir. Əgər proses bu ahənglə inkişaf edərsə, Qafqaz, İdel-Ural və Türküstanın əhəmiyyəti ABŞ üçün bütün çoğrafiyalardan önə çıxacaq. Rusiyanın strateqləri də bunu çox aydın görür və həyacan tədbiri çalmağa başlayıblar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Daimi Şurasının fəaliyyətdə olan sədri Viktor Vasilyevin Qərb ölkələrinin Ermənistan ətrafındakı addımlarının Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirə biləcəyi barədə bəyanatı da bunun nəticəsidir. Son 35 ildə ilk dəfədir ki, Cənubi Qafqaz respublikaları arasında əməkdaşlıq müşahidə olunur. “AzerTelecom” və “Telecom Armenia” şirkətlərinin Ermənistanın Azərbaycan üzərindən beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalaması göstərir ki, Cənubi Qafqazda son 35 ildə görünməmiş əməkdaşlıq başlayıb. Rusiya isə KTMT-i vasitəsilə Cənubi Qafqazda vəziyyətin daha da gərginləşə biləcəyi haqqında saxta rəy yaratmağa çalışır.
Qafqaz, İdel-Ural və Türküstanı vahid məkana çevirən proses haqqında isə ayrıca yazmağa çalışacağam. Çünki, bu proses həm də Böyük Azərbaycanı doğuracaq prosesdir.
Xəqani Cəfərli
Politoloq
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İranın aktivləri kimə xidmət edəcək? Səməd Bayramzadə AÇIQLADI
Razılaşmadan sonra öldürülən rəhbərlərin sonu və taleyiDonald Tramp və Skott Bessant İran rejiminin azad edilmiş aktivlərinin bir hissəsinin Amerika soya paxlası, buğda və qarğıdalı almaq üçün istifadə olunacağını elan etdikdən sonra sosial media istifadəçiləri də boş oturmadılar və süni intellektlə yaradılmış çoxsaylı yumoristik şəkillər paylaşaraq bu iddialara reaksiya verdilər.Bu zarafatların çoxunun əsas diqqət mərkəzində, istifadəçilərin fikrincə, son illərdə İslam Respublikasının bir sıra ən vacib rəhbərlərinin və komandirlərinin öldürülməsində rol oynamış bir ölkədən kənd təsərrüfatı məhsullarının alınması dayanır; bu ziddiyyət onlayn yumor dalğasının mövzusuna çevrilib.İran xalqı üçün qida, yoxsa Amerika fermerləri üçün təzə bazar?İslam Respublikası rəsmiləri dondurulmuş İran aktivlərinin azad edilməsi...
25 İyun 2026, 10:50
Tofiq Zülfüqarov: Ermənistanda hər kəsin öz xəritəsi var
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın siyasi rəhbərliyində ölkənin gələcək sərhədləri ilə bağlı müxtəlif yanaşmaların olduğunu bildirib.Citypost.az xəbər verir ki, sabiq nazir qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın, eləcə də digər siyasi fiqurların istifadə etdikləri rəmzlər və xəritə təsvirləri bir-birindən fərqlənir və bu, müxtəlif siyasi baxışların göstəricisi kimi qiymətləndirilə bilər.T. Zülfüqarovun fikrincə, Ermənistan cəmiyyətində və siyasi elitasında "Ermənistanın hansı sərhədləri əhatə etməsi" məsələsinə dair vahid yanaşmanın olmaması regional proseslərə də təsir göstərir.Politoloq hesab edir ki, Azərbaycan bu məsələlərdə öz mövqeyini qətiyyətlə müdafiə etməli və qarşı tərəfə mövcud geosiyasi reallıqları izah etməlidir....
25 İyun 2026, 10:47
Rusif Məmmədsoy: Krımın azadlığı rus imperializminin süqutuna səbəb ola bilər
Politoloq Rusif Məmmədsoy Ukrayna-Rusiya müharibəsinin gedişi və Krımın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Ukraynanın işğalı prosesi 2014-cü ildə Krımın ilhaqı ilə başlayıb və bu prosesin məhz Krımın azad edilməsi ilə başa çatacağına dair ümidlər mövcuddur.Rusif Məmmədsoyun sözlərinə görə, 2026-cı ildə Krımın azad olunması ehtimalı bəzi dairələr üçün qeyri-adi və hətta möcüzəvi görünsə də, Ukrayna yarımadada Rusiyanın logistika imkanlarını ciddi şəkildə zəiflədib.Politoloq qeyd edib ki, Krımı materiklə birləşdirən təchizat xətlərinin tədricən sıradan çıxarılması bölgədə ciddi problemlər yaradıb və əhalinin yanacaq təminatında çətinliklər müşahidə olunur.R. Məmmədsoy hesab edir ki, Ukraynanın Krım istiqamətində mümkün uğuru təkcə işğalın...
25 İyun 2026, 10:36
Jurnalist: Rusiya müasir texnologiyalar qarşısında geridə qaldığını nümayiş etdirir
Jurnalist Rəşad Ergün Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Rusiya bir həftə ərzində Kiyevi ələ keçirəcəyini iddia etdiyi müharibədə ciddi çətinliklərlə üzləşib və Ukrayna ordusu hərbi texnologiyalarını davamlı şəkildə yeniləyərək müqavimətini gücləndirir.R. Ergünün sözlərinə görə, bu proses Rusiyanın hərbi sisteminin köhnəlmiş tərəflərini və tarixi boyunca qələbələrini əsasən böyük insan itkiləri hesabına əldə etdiyini nümayiş etdirir.Jurnalist qeyd edib ki, Sovet İttifaqının İkinci Dünya müharibəsində Almaniya üzərində qələbəsi də milyonlarla insanın həyatına başa gəlib. Onun fikrincə, bu qələbənin yalnız Rusiyanın adına yazılması doğru yanaşma deyil.Rəşad Ergün, həmçinin, Rusiyanı müasir texnologiyalardan və demokratik dəyərlərdən uzaq qalmağın, insan...
25 İyun 2026, 10:33
Vüqar Rəhimzadə: Güclü ordu müstəqilliyimizin əsas təminatıdır
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il keçir. Qət edilən 108 illik yol rəşadətli ordumuzun bugünkü inkişafını şərtləndirən amillərin təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik.1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı və həmin il avqustun 1-də...
24 İyun 2026, 18:00
Səbinə Salmanova: Dövlət qulluğu Vətənə xidmətdir
Milli Məclisin deputatı Səbinə Salmanova Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, dövlət qulluqçuları Azərbaycanda dövlət idarəçiliyinin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və vətəndaşlara səmərəli xidmət göstərilməsində mühüm rol oynayırlar.Səbinə Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində dövlət qulluğu sistemi daha çevik, şəffaf, innovativ və vətəndaşyönümlü xarakter alıb.Deputatın sözlərinə görə, dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində və milli maraqların qorunmasında mühüm rol oynayırlar.Səbinə Salmanova vurğulayıb ki, dövlət qulluğu yalnız peşə deyil, həm də Vətənə və xalqa xidmət missiyasıdır.Deputat peşə bayramı münasibətilə bütün dövlət...
24 İyun 2026, 11:26