Dünya böyük bir tamaşa salonudur - Kəramət Böyükçöl
Maraqlı 14 Yanvar 2026, 13:32
1124
Xoşqədəm verilişinə dərdli adamlar çağırır. Sonra da ona qulaq asıb başlayır efirdə ağlamağa. Efir qurtarandan sonra həmin o dərdinə ağladığı adam bundan nəsə bir söz soruşanda qışqırır üstünə ki, ay bala, sən Allah, yeri get o tərəfə, baş-beynimi aparma. Halbuki, efirdə o adamın başını sığallayıb deyirdi ki, can, can... Bu, nədir? Oyun.
Citypost.az xəbər verir ki, bu fikirləri yazıçı Kəramət Böyükçöl öz sosial şəbəkə hesabında bildirib.
Həmçinin oxuyun
Yazıçı daha əlavə edib ki, burda təkcə Xoşqədəm yox, hamı oyun oynayır, hamı rəqs edir. Hərənin öz rəqsi, hərənin öz oyunu var. Bəlkə də Xoşqədəmin verilişinə çıxıb dərdini danışan adamın da öz oyunu var. Bəlkə də oyunu-zadı yoxdur. Sadəcə səydir. Dünyanı oyun kimi dərk etməyəndə həyat adamı çox böyük faciələrə aparıb çıxarır. Yaxud gülməli bir vəziyyətə düşürsən. Məsələn, qız oğlanı, oğlan da qızı sevir. Bir-birlərinə deyirlər ki, səndən ötrü ölümə də gedərəm. Amma həm də özlərini qoruyurlar. Məhləyə girəndə qız oğlana deyir ki, sən burdan qayıt, qonşular bizi bir-yerdə görməsin. Niyə? Nolur bir yerdə görəndə? Adına söz çıxar. Bir tərəfdən deyir, səndən ötrü ölümə gedərəm, o biri tərəfdən adının çıxmasını istəmir. Bir tərəfdən deyir, səndən ötrü ölümə gedərəm, ölsəm də səninəm, o biri tərəfdən də deyir, evlənəndən sonra sevişərik. Bu, nədir? Oyundur. Birdən olmadı elə, oldu belə. Gələcəyə ayaq yeri qoyur. İndi qız səhv edirmi? Bilmirsən. Düz edirmi? Onu da bilmirsən. O qız sadəcə öz oyununu oynayır. Qız oğlanın bütün dediklərini eləsə, adını qorumasa, bədənini qorumasa, sabah oğlan fikirini dəyişsə, onda qız nə olacaq? Qurban. Ona görə də qurban olmamaq üçün hərənin öz oyunu olmalıdır. Sən oyun oynamasan, sənlə oynayacaqlar. İrandakı aksiyalarda meyit şəkillərinə baxıram. O meyitlərin hamısı qurbanlardır. Yəni öz oyunu olmayanlar. O meyitlər İranda molla rejiminə də lazımdır, hakimiyyətə gəlmək istəyənlərə də lazımdır. Rejimə ona görə lazımdır ki, başqaları qorxsun. Rejimi dəyişmək istəyənlərə isə ona görə lazımdır ki, proses daha da böyüsün, emosiyalar artsın. İndi o meyitlər ən çox Trampa lazımdır. Mən burda nə molla rejimini müdafiə edirəm, nə də ABŞ-ı. Dünyanın, həyatın oyunlarını izah etməyə çalışıram.
İndi İranda elə adamlar var, oturub evdə, çölə çıxmır, amma molla rejiminin dəyişməsini ən çox arzulayan adamdır. Sadəcə qurban olmaq istəmir. Bəlkə də rejim dəyişəndən sonra ən çox evdə oturanlar fayda götürəcək. Vəzifədə-zadda olacaqlar, ailəsi, uşaqları ən gözəl həyatı yaşayacaq. Qabağa düşüb qışqıranlar yenə də yesir günündə yaşayacaqlar. Yesir günündə yaşamaqlarının səbəbi təkcə ədalətsizlik, bəxt, tale deyil. Bir az da öz seçimləridir. Onların öz oyunları yoxdur. Onlar kiminsə oyununda təsadüfən sağ qalmış qurbanlardır. Müharibədə döyüşən qazi ayda 150 manat alır, amma qaziyə mahnı yazanlar yüz minlər, milyonlar qazanır. Burda günahkar, ədalət, hüquq-zad axtarmayın. Burda qurban var, bir də oyunçu var. Başqa heç nə yoxdur. İranda evdə oturanlar bəlkə də çölə də çıxacaq, amma elə vaxt çıxacaq ki, ölüm təhlükəsi olmayacaq. Bir az qışqırıb-bağıracaqlar ki, guya bunun da payı var rejimin getməyində. Bu, nədi? Bu da onun oyunudur. Bircə ölənlərin oyunu olmur. Onlar qurbanlardır. Bəlkə də onların da oyunu varmış, amma alınmayıb.
İngilis filosofu demiş:"Hər bir inqilabı romantiklər düşünür, fanatiklər həyata keçirir, alçaqlar isə bəhrələnir". 😔
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Taxta kömürün həşəratlara təsiri
Taxta kömürün sadə bir xüsusiyyəti həşəratların davranışına təsir göstərə bilər.Citypost.az xəbər verir ki, kömürün məsamələri isti havada genəlir, gecə soyuduqda isə yenidən yığılır və bu zaman “çırt-çırt” səslər əmələ gəlir. Bu səs həşəratlarda təbii bir qorxu yaratmağa qadirdir — onlar yanğın təhlükəsi olduğunu düşünərək oradan qaçırlar.Mütəxəssislər bildirir ki, bunun üçün dahi olmaq və ya xüsusi texnika bilmək lazım deyil. Sadəcə, müşahidə və düzgün yanaşma ilə belə bir təbii metoddan istifadə etmək mümkündür. Praktikada, məsələn, danadışı kimi heyvanları qorumaq və yönləndirmək üçün kömürdən gələn səsin yaratdığı təbii qorxudan faydalanmaq olar. Bu, həm təhlükəsiz, həm də ekoloji üsuldur.Əli...
04 Mart 2026, 13:10
Bu kənddə cəmi 3 nəfər yaşayırmış
Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi dairəsində yerləşən Qızqayıtdı kəndi ölkədə nadir kəndlərdən biridir. Kənddə cəmi 3 nəfər yaşayır. Citypost.az xəbər verir ki, əhali sayının bu qədər az olması səbəbindən kənddə həyat demək olar ki, dayanıb. Yeganə
04 Mart 2026, 12:23
Qrız kəndində möcüzəvi Qurqur şəlaləsi
Qrız kəndindən cəmi 2,8 km məsafədə yerləşən Qurqur şəlaləsi, yerli əhali arasında Qrız şəlaləsi kimi də tanınır. Qrız-Qalaxudat haykinq marşrutunun üzərində yerləşən şəlalə dəniz səviyyəsindən 2190 metr hündürlükdədir və 6 metr hündürlüyə malikdir.Citypost.az xəbər veirr ki, Şəlalə su mənbəyini Qızılqaya dağından və Babbey şəlaləsi ilə Bərkdərə bölgəsindən alır. Qış aylarında isə şaxtanın təsiri ilə şəlalə donaraq buz bağlayır və bu, ona nağıl aləminə bənzər sehrli bir görünüş qazandırır. Bu səbəbdən qış mövsümündə Qurqur şəlaləsi turistlər və foto həvəskarları üçün daha maraqlı bir məkan halına gəlir.Şəlalənin unikal təbii mənzərəsi və qrız mədəniyyəti ilə zəngin ətraf mühiti, bölgəni ziyarət edənlər üçün unudulmaz...
04 Mart 2026, 12:14
Axan çaylarda balıqçılıq: mövsümlərə görə növlər və ən çox tutulan balıqlar
Azərbaycanın axan çayları həm ekosistem baxımından, həm də balıqçılıq üçün böyük əhəmiyyət kəsb edir. Kür, Araz, Qanıx və digər çaylarda müxtəlif balıq növləri yayılıb və hər mövsüm fərqli imkanlar təqdim edir. Balıqçılar yazdan qışa qədər çayların müxtəlif sahələrində fərqli növləri tuturlar.Citypost.az xəbər verir ki, ən çox rast gəlinən balıq növlərinə alabalıq (Salmo trutta fario), sazan (Cyprinus carpio), qızılbalıq (Carassius auratus), sudak (Sander lucioperca) və kiçik çay balığı növləri (Barbus spp.) daxildir. Alabalıq əsasən dağ çaylarında yaşayır və yaz-payız aylarında aktiv olur. Sazan çayın dərin və geniş sahələrində rast gəlinir və yazın sonu ilə payız aylarında tutulur. Sudak daha çox Kür...
03 Mart 2026, 11:55
Vəli Axundov Cəfər Cabbarlının ailəsinə necə yardım edib?
Azərbaycanın o zamankı rəhbəri Vəli Axundov görkəmli yazıçı Cəfər Cabbarlının çətin vəziyyətdə olan həyat yoldaşına necə kömək edib?Citypost.az xəbər verir ki, Sona xanım 60 yaşında ölkə rəhbərliyinə məktub göndərərək ərinin vəfatından sonra ona Azərbaycan hökuməti tərəfindən 120 manat təqaüd ayrıldığını bildirib. Məktubunda xəstəliyini, qocalığını və işləyə bilmədiyini qeyd edən Sona Cabbarlı əlavə təqaüd verilməsi və ya ərinə görə aldığı təqaüdün artırılmasını xahiş edib.Bu müraciətə cavab olaraq 1967-ci il noyabrın 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu Sona Cabbarlıya ittifaq dərəcəli fərdi təqaüd ayırıb və beləliklə onun təqaüdü artırılıb. Qərarın qəbul olunmasında isə Azərbaycanın o zamankı rəhbəri Vəli Axundovın rolu olub.Əli...
03 Mart 2026, 10:32
Giləmeyvələr yaddaşı yaxşılaşdıra bilər
Tədqiqatçılar bildirirlər ki, giləmeyvələrin müntəzəm istehlakı erkən yaddaş pozuntuları olan insanlarda yaddaşı müəyyən qədər yaxşılaşdıra bilər. Eyni zamanda, bu məhsullar piylənmə ilə bağlı iltihabın azalmasına və insulin həssaslığının yaxşılaşmasına kömək edir.Citypost.az-ın xəbərinə görə, son 20 ildə aparılmış klinik tədqiqatların analizi göstərir ki, giləmeyvələrin yaddaş, diqqət və digər kognitiv funksiyalar üzərində müsbət təsiri müşahidə olunub. Eyni zamanda, bu məhsullar iltihab, insulin müqaviməti, toxluq hormonları və bağırsaq-beyin əlaqəsi kimi piylənmə ilə bağlı göstəricilərə də təsir göstərir.Ən ardıcıl nəticələr yaddaş sahəsində olub. Təsir nisbətən az olsa da, müxtəlif tədqiqatlarda təkrarlanıb, xüsusilə yüngül kognitiv pozuntuları olan insanlarda – bu, demensiyaya yol açan mərhələlərdən biri...
02 Mart 2026, 11:56