Millət vəkili:Bakı və Abşeron üçün su məsələsində yeni mərhələ başlayır
Siyasət 14 Yanvar 2026, 13:50
1134
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə təkcə kommunal təsərrüfatın növbəti yenilənməsi kimi deyil, ölkənin su təhlükəsizliyi və şəhər dayanıqlığı baxımından yeni mərhələnin başlanğıcıdır. Təəssüf ki, uzun illərdir ki, Bakı və Abşeron yarımadasının içməli su problemləri ciddi problemə çevrilib. Bu da genişmiqyaslı və müfəssəl Dövlət Proqramının qəbul edilməsini tələb edirdi.
Citypost.az saytı xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Tənzilə Rüstəmxanlı ötən gün İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirəni təhlil edərkən deyib.
Xanim deputat daha sonra bildirib k, Müşavirədən dərhal sonra ölkə başçısının müvafiq Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Qəbul edilən Proqramın icrası ilə bağlı dərhal müvafiq tapşırıqların verilməsi dövlət başçısı tərəfindən bu işlərə olan diqqətin təzahürü kimi qiymətləndirilməlidir.Proqramın əsas ideyası sadə, amma nəticəsi böyükdür: Bakı şəhəri, onun qəsəbələri, Sumqayıt və Abşeron rayonunu dayanıqlı, fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək, eyni zamanda tullantı sularının təmizlənməsini, kanalizasiya şəbəkələrinin genişləndirilməsini və leysan sularının idarə olunmasını yeni standartlara qaldırmaq.Ən diqqətçəkən yeniliklərdən biri Abşeron yarımadası üçün duzsuzlaşdırma zavodunun tikintisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə ilk dəfə ölkədə həyata keçiriləcək və sırf xarici investisiyalar hesabına icra olunacaq. Dəniz suyunun duzsuzlaşdırılması həm Bakıya daxil olan su həcmini artıracaq, həm də suvarma üçün əlavə mənbə yaradacaq.Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı su təhlükəsizliyinin artıq Azərbaycanda milli təhlükəsizlik doktrinasının ayrılmaz tərkib hissəsi olduğunu aydın şəkildə ortaya qoyur. Yanvarın 12-də keçirilən müşavirə və ardınca müvafiq proqramın təsdiqlənməsi dövlət başçısının bu sahədə sürətli qərarvermə, sistemli planlama və icraya yönəlik siyasi iradəsini nümayiş etdirir.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin son beş ildə həyata keçirdiyi infrastruktur layihələri üzərində qurulan bu proqram göstərir ki, Azərbaycan susuzluq probleminə qarşı qabaqlayıcı və uzunmüddətli strategiya ilə hərəkət edir.Nəticə etibarilə, 2026–2035 Dövlət Proqramı əhalinin rifahını prioritet istiqamət kimi müəyyən edən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun və regional miqyasda Azərbaycanı su təhlükəsizliyi nümunəsinə çevirən fundamental strateji sənəd kimi tarixə düşəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Aqil Ələsgər: Müharibə uzandıqca ABŞ üçün “Pirr qələbəsi” riski artır
Yaxın Şərqdə gərginlik getdikcə artır. İsrailin və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar davam edir və bölgədə müharibənin daha da genişlənməsi ehtimalı müzakirə olunur. Mövcud vəziyyətin region və dünya siyasəti üçün hansı nəticələr doğura biləcəyi ilə bağlı müxtəlif ekspert rəyləri səsləndirilir.Siyasi şərhçi Aqil Ələsgər mövzu ilə bağlı Citypost.az-a açıqlamasında bildirib ki, İsrailin İranla bağlı təxminən 14 günlük intensiv hücum planı var və bu plan çərçivəsində əməliyyatlar sürətlə icra olunur. Onun sözlərinə görə, məqsəd İran üzərində maksimum təzyiq yaradaraq ya Tehranın geri çəkilməsinə nail olmaq, ya da mümkün razılaşma prosesində İranı zəiflətməkdir.Ekspert vurğulayıb ki, bütün təzyiqlərə baxmayaraq İran geri çəkilmir...
04 Mart 2026, 16:24
Bədrəddin Quliyev:İranda gərginlik artır, bölgədə risklər böyüyür
Siyasətçi Bədrəddin Quliyev Citypost.az-a verdiyi açıqlamada İranın regiondakı və daxili proseslərinin gərginliyini qoruduğunu bildirib. Onun sözlərinə görə, İran müharibəsi başlamazdan əvvəl və indiki dövrdə davam edən danışıqların əsas səbəblərindən biri ölkəyə tətbiq olunan beynəlxalq şərtlər və raket sistemlərinin nəzarət altına alınmasıdır.Bədrəddin Quliyev qeyd edib ki, 1979-cu ildən hakimiyyətə gələn İslam rejimi bölgədə şiətçilik və dini təhsil vasitəsilə nüfuzunu artırıb, eyni zamanda sovet ideologiyasına və sosialist sistemə qarşı mübarizə aparıb. Bu proseslər İraq və digər region müharibələrində, eləcə də daxili siyasi sistemdə əhəmiyyətli təsir göstərib.O, əlavə edib ki, İranın ali dini və siyasi sistemi – xüsusilə ayatollahlar və Sepah-Bəsic qüvvələri –...
04 Mart 2026, 11:19
Zaur Əliyev:Müctəba Xameneinin çevrəsi Azərbaycanı təhdid sayır
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev sosial şəbəkə hesabında paylaşdığı statusda İranda ali rəhbərlik postu ilə bağlı baş verən proseslərə münasibət bildirib.Citypost.az xəbər verir ki, Onun sözlərinə görə, uzun illər atasının kölgəsində siyasi fəaliyyət göstərən Müctəba Xamenei artıq ali rəhbər postuna gətirilib. Zaur Əliyev qeyd edib ki, Müctəbanın varisliyi uzun müddət gizli saxlanılıb və bu proses əsasən güc strukturlarının – xüsusilə SEPAH və Bəsic qüvvələrinin dəstəyi ilə reallaşıb. Şərhçi bildirib ki, İranda ali rəhbər olmaq üçün dini baxımdan yüksək məqam – müctəhidlik statusu tələb olunur. Onun iddiasına görə, Müctəba Xameneinin dini rütbəsinin yüksəldilməsi atasının təsiri ilə sürətləndirilib.Zaur Əliyev...
04 Mart 2026, 08:22
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirlər Yaxın Şərq regionunda müşahidə olunan hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar.Mövcud vəziyyətin regional və qlobal təhlükəsizliyə təsiri vurğulanaraq, humanitar hüquqa riayət edilməsinin, mülki əhalinin və obyektlərin qorunmasının, məsələlərin beynəlxalq hüquq norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib.Pakistan tərəfi, eyni zamanda, Pakistan-Əfqanıstan sərhədində baş vermiş toqquşmalarla bağlı mövcud vəziyyət barədə məlumat verib.Telefon danışığı zamanı həmçinin Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji...
03 Mart 2026, 12:48
Elxan Şahinoğlu: İran müharibəsi uzun müddət davam edəcək
Son günlər Yaxın Şərqdə baş verən gərginlik və münaqişələr regionda uzunmüddətli təsirlərə səbəb olur. Bu mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Citypost.az saytına açıqlama verib.Politoloq qeyd edib ki, müharibə müəyyən müddət davam edəcək: “İlk günlərdə ABŞ və tərəfdaşları münaqişənin 4–5 gün ərzində nəticələnəcəyini düşünürdü. Hətta İran mühafizəkarlarının rəhbərliyinin bir hissəsi neytrallaşdırılsa da, təslim olmaqdan söhbət gedə bilməz. Onların yerinə gələnlər də müharibəni dayandırmaq barədə qərar verməyib.Müharibə İranın bütün resurslarına zərbə vurur, həmçinin digər ölkələrdə, xüsusilə İsrailə qarşı da təsir göstərir. Lakin İsrail və ABŞ-ın əlində olan resurslar daha genişdir. Ona görə də, ABŞ və İsrail nəticə əldə etməyənə qədər müharibəni...
03 Mart 2026, 11:09
İranda yaşananlar İraq ssenarisidir? Konfliktoloq AÇIQLADI
Yaxın Şərqdə artan gərginlik və böyük güclər arasında dərinləşən qarşıdurma fonunda ABŞ-ın İrana münasibətdə atdığı addımlar yenidən müzakirə mövzusuna çevrilib.Konflikt analitiki Elman Vəliyev Citypost.az-a açıqlamasında bildirib ki, Amerikanın bölgədə həyata keçirdiyi siyasət yeni deyil və əvvəlki proseslərlə oxşarlıq təşkil edir: “Amerikanın İrana qurduğu plan ilk deyil. Ərəb Baharı, İraq hadisələri, Əfqanıstan hadisələri buna sübutdur”.Analitik Ərəb Baharı proseslərini, eləcə də İraq və Əfqanıstanda baş verən hadisələri xatırladaraq qeyd edib ki, rejim dəyişikliyi hər zaman gözlənilən nəticəni verməyib. Onun sözlərinə görə, İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra ölkədə ciddi və fundamental dəyişiklik baş vermədi: “Zaman keçdikcə gördük ki, ölkə Amerika üçün mövcuddur”.E.Vəliyev...
03 Mart 2026, 09:58