Qaraciyərdə yağ yığılması günün hansı vaxtı sürətlənir? – ARAŞDIRMA
Tibb 14 Yanvar 2026, 13:00
294
Oksford Universitetinin alimləri müəyyən ediblər ki, qaraciyərin ən geniş yayılmış xəstəliklərindən biri olan metabolik assosiasiyalı piylənmə xəstəliyi (əvvəllər qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyi kimi tanınır) orqanizmin sutkalıq bioloji ritmləri ilə sıx əlaqəlidir və əsasən gecə saatlarında daha sürətlə inkişaf edir.
Citypost.az xəbər verir ki, araşdırmanın nəticələri Cell Metabolism jurnalında dərc olunub. Bildirilir ki, hazırda bu xəstəlik dünya üzrə yetkin əhalinin təxminən 40 faizini əhatə edir və ağır hallarda sirroz, qaraciyər çatışmazlığı, qaraciyər xərçəngi, eləcə də ürək-damar fəsadlarına səbəb ola bilər.
Tədqiqatda yağlı qaraciyər xəstəliyi olan və olmayan şəxslər iştirak edib. Alimlər gündüz və gecə saatlarında metabolik prosesləri ətraflı şəkildə araşdırıb, o cümlədən qaraciyər biopsiyaları və insulinə həssaslıq testləri aparıblar. Bu, sutka ərzində qaraciyərdə yağ toplanmasının necə dəyişdiyini izləməyə imkan verib.
Məlum olub ki, qaraciyərdə yağın sintezi əsasən gecə saatlarında güclənir. Eyni zamanda insulinə davamlılıq təkcə qaraciyərdə deyil, həmçinin əzələlərdə və qarın nahiyəsindəki yağ toxumasında artır. Gecə saatlarında qanda insulin səviyyəsinin azalması isə yağ yığılmasını daha da sürətləndirir. Maraqlıdır ki, bu metabolik pozuntular bədən çəkisi azaldıqdan və qaraciyərdəki yağ miqdarı düşdükdən sonra da qalmaqda davam edib. Bu da gecə baş verən metabolik dəyişikliklərin xəstəliyin nəticəsi deyil, onun erkən və əsas mexanizmlərindən biri ola biləcəyini göstərir. Alimlər iştirakçıların qidalanma vərdişlərinə də diqqət yetiriblər. Bir çox şəxsin sutkalıq kalorinin böyük hissəsini axşam saatlarında qəbul etdiyi, bəzi hallarda isə ümumi enerjinin 40 faizdən çoxunun məhz şam yeməyinin payına düşdüyü müəyyən edilib. Nəticədə maddələr mübadiləsinin ən zəif olduğu vaxtda orqanizm maksimum yüklənmiş olur. Tədqiqatçılar bu vəziyyəti qaraciyər xəstəliyinin inkişafını sürətləndirən “ikiqat zərbə” kimi xarakterizə edirlər.
Həmçinin oxuyun
Araşdırma müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr profilaktika və müalicə baxımından yeni imkanlar açır. Onların fikrincə, yalnız qidanın tərkibi deyil, eyni zamanda qida qəbulu vaxtı, fiziki aktivlik və dərmanların qəbul saatları da mühüm rol oynaya bilər. Xüsusilə gec saatlarda və yatmazdan əvvəl ağır qida qəbulu yağlı qaraciyər xəstəliyi olan şəxslərdə metabolik vəziyyəti daha da pisləşdirə və qaraciyərdə yağ yığılmasını sürətləndirə bilər.
Tədqiqat həmçinin göstərir ki, orqanizmin bioloji saatları təkcə qaraciyər xəstəliklərinin deyil, eyni zamanda piylənmə, insulinə davamlılıq və diabet kimi digər metabolik pozuntuların inkişafında da mühüm əhəmiyyət daşıyır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elon Musk cərrahlara SƏSLƏNDİ :“Boşuna tibb oxumayın, robotlar həkimlərin yerinə keçəcək”
Tesla CEO-su Elon Mausk tibb dünyasında böyük müzakirələrə səbəb olan açıqlama verib. Musk, süni intellekt və insansı robotların əməliyyat otaqlarını ələ keçirəcəyini iddia edərək, cerrahları qıcıqlandıran sözlər səsləndirib.citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-lı mühəndis və həkim Peter Diamandis-in təqdim etdiyi “Moonshots” podkastına qatılan Elon Musk, süni intellekt və insansı robotların səhiyyədə köklü dəyişikliklər yaradacağını bildirib.Musk tibb sahəsində insan resursu probleminə diqqət çəkərək bildirib ki, “hazırda yaxşı cerrahların sayı çox azdır”. O əlavə edib ki, yaxşı həkim olmaq uzun illər tələb edir, amma bu müddət ərzində səhv riski tam aradan qalxmır:“Doktorların vaxtı məhduddur, biliklər isə daim dəyişir. Dünyadakı bütün...
13 Yanvar 2026, 14:17
Elm dünyasında sensasion iddia: Kişiliyin genetik simvolu təhlükə altındadır
Kişilərin bioloji cinsiyyətini müəyyən edən əsas genetik element — Y xromosomu — tədricən zəifləyir və gələcəkdə tamamilə yox ola bilər. Alimlərin hesablamalarına görə, son 300 milyon il ərzində Y xromosomu atasal genlərinin təxminən 97 faizini itirib. CityPost.az xəbər verir ki, bu fakt onun uzunmüddətli taleyi ilə bağlı ciddi elmi müzakirələrə yol açıb.Təkamül bioloqu Cenni Qreyvs Y xromosomundakı bu geriləmənin bir neçə milyon il ərzində onun tamamilə sıradan çıxması ilə nəticələnə biləcəyini irəli sürür. Onun sözlərinə görə, bu proses kişilərin yox olması demək olmasa da, cinsiyyətin müəyyən olunması mexanizmlərinin köklü şəkildə dəyişə biləcəyinə işarədir.Mütəxəssislər xatırladır ki, təbiətdə bunun artıq nümunələri mövcuddur. Kor siçanlar və tikanlı siçanlar kimi bəzi növlər Y xromosomunu itirdikdən sonra...
09 Yanvar 2026, 10:03
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub - RƏSMİ
Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.Bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.Bildirilib ki, onlardan 749 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 542 nəfəri kişi, 207 nəfəri qadındır.Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir."Qeyd edək ki, İİV-in qarşısının alınmasında ən vacib...
14 Avqust 2025, 10:26
Çinli həkimlər 5000 kilometr uzaqlıqdan əməliyyat ediblər
Çinli cərrahlar peyk texnologiyasından istifadə etməklə 5000 kilometr uzaqlıqdan robot əməliyyatlar ediblər.CityPost.az xəbər verir ki, Çinli cərrah Prof. Dr. Rong Liunun rəhbərlik etdiyi qrup, Lhasada 5000 kilometr uzaqlıqdan peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə Pekində iki xəstə üzərində əməliyyat keçirib.Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda 'Apstar-6D' peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirilib.Professor Rong Liunun rəhbərlik etdiyi həkimlər qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müalicə ediblər. Bildirilib ki, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axını fasiləsiz təmin edilib və əməliyyatlar yüksək dəqiqliklə həyata keçirilə bilir....
02 İyul 2025, 15:54
Ağ çörək bağırsaq xərçəngi riskinin artırır - TƏDQİQAT
Yeni genişmiqyaslı araşdırma göstərdi ki, müntəzəm olaraq ağ çörək yemək xərçəngin ən çox yayılmış və təhlükəli növlərindən biri olan bağırsaq xərçəngin inkişaf riskini artıra bilər.
23 İyun 2025, 16:30
Hər gün oruc tutmaq klassik pəhrizlərdən daha effektivdir
Fasiləli oruc, ənənəvi pəhrizlərdən daha effektiv şəkildə arıqlamağa kömək edir. Alternativ gün orucu arıqlamaq üçün xüsusilə yaxşıdır.
21 İyun 2025, 18:44