Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Cəmiyyət 19 Yanvar 2026, 16:19
259
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.
Citypost.az xəbər verir ki, mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.
Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.
2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
Həmçinin oxuyun
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam deyib: “Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”.
Mükafatlar bu il fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, müavinlər, müşavirlər və struktur bölmə rəhbərlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.Bildirilib ki, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
19 Yanvar 2026, 17:55
DSX-də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.Bu barədə Citypost.az-a DSX-dən məlumat verilib.Bildirilib ki, DSX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.Ümumxalq hüzn günü ilə əlaqədar DSX aparatında keçirilən tədbirdə faciədən lentə alınan fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.Tədbirdə 20 Yanvar hadisələrinin Azərbaycan tarixində qanla yazılan qəhrəmanlıq və milli dirçəliş səhifəsi, müstəqil dövlətçilik yolunda sarsılmaz iradənin təcəssümü olduğu, həmin qanlı gecədə xalqın göstərdiyi cəsarət və birliyin bu gün müstəqil Azərbaycanın...
19 Yanvar 2026, 17:50
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilibCitypost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti yanvarın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Neftçala və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Daşkəsən, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun...
19 Yanvar 2026, 17:35
Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.DİN-dən verilən xəbərə görə, müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini vurğulayıb.Sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti fəaliyyətin yekunları barədə məruzə ilə çıxış edib.Bildirilib ki, hesabat ilində Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edib. İşğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə...
19 Yanvar 2026, 17:35
Məhşur reabilitasiya mərkəzinə cinayət işi açıldı
Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb.Modern.az xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib. (Mənbə Oxu.az)...
19 Yanvar 2026, 17:33
10 gün komada olan qazi vəfat etdi
Vətən müharibəsi qazisi Əsgər Hüseynov bu gün Bakıda xəstəxanaların birində vəfat edib.Citypost.az xəbər verir ki, 10 gündür komada olan qazinin həyatını xilas etmək mümkün olmayıb.Bildirilib ki, Ə.Hüseynov 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. O, yanvarın əvvəlində sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyətinin daha da ağırlaşması səbəbindən komaya düşüb.Əsgər Hüseynov bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunub. (Modern.az)
19 Yanvar 2026, 17:20