Bizə yazın

Baku

-°C

USD

-

Hacı Nuran Arzu Əliyevadan YAZDI:"Gözləri ilə gülən insan"

Cəmiyyət 23 Yanvar 2026, 10:00

316

Tanınmış aparıcı, Həyat Fondunun rəhbəri Hacı Nuran Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Citypost.az xəbər verir ki, Hacı Nuran şəxsi “Instagram” hesabında paylaşım edərək Arzu Əliyevaya ünvanladığı ürək sözlərini bölüşüb. O, paylaşımında Arzu xanımı “gözləri ilə gülən insan” kimi xarakterizə edib və onun daxilindəki gözəlliyin baxışlarında əks olunduğunu vurğulayıb.

Paylaşımda bildirilib ki, Arzu Əliyeva 1989-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Arif qızı Əliyevanın ailəsində anadan olub. Qeyd olunub ki, soyuq yanvar ayında dünyaya gəlməsinə baxmayaraq, onun gəlişi valideynlərinə və ailə üzvlərinə bahar günəşi kimi hərarət bəxş edib.

Aparıcı qeyd edib ki, Arzu Əliyeva bacısı və qardaşı kimi savadlı, mərhəmətli və xeyirxah insandır, əlində olanı ehtiyacı olanlarla bölüşməyi bacarır və minlərlə insanın arzusunun gerçəkləşməsinə töhfə verir. Hacı Nuran yanvarın 23-də Bakı Media Mərkəzinin prezidenti Arzu İlham qızı Əliyevanın doğum günü olduğunu da xatırladıb.

Təbrikdə daha sonra vurğulanıb ki, Arzu Əliyeva uşaqlıqdan qeyri-adi istedadı, mülayim xarakteri və güclü intuisiyası ilə yaşıdlarından fərqlənib, məsuliyyət anlayışını erkən yaşlardan dərk edib. Bacısı – Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və qardaşı Heydər Əliyev də hər zaman davranışlarında məsuliyyətli mövqeləri ilə seçiliblər.

Bildirilib ki, Arzu Əliyeva həm orta məktəbdə, həm də təhsil aldığı xarici ali təhsil müəssisələrində əlaçı olub, zehni və qavrama qabiliyyəti ilə yaşıdlarından fərqlənib. O, anası Mehriban Əliyeva və bacısı Leyla Əliyeva kimi Azərbaycanın mədəni və ictimai həyatında fəal iştirak edir, müxtəlif layihələrə dəstək verir və yeni təşəbbüslərin həyata keçirilməsinə töhfə verir.

Hacı Nuran paylaşımını Arzu Əliyevaya ünvanladığı xoş arzularla yekunlaşdırıb:

“Doğum günün mübarək, gözəl insan! Yeni yaşın yalnız xoşbəxtlik gətirsin!”

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Son bir ildə azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib 

İşğaldan azad edilmiş ərazilərdə 2025-ci il ərzində 1079 döyüş silahı aşkar edilib.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verilib.Bildirilib ki, sözügedən dövrdə 5 199 odlu silahın 1 079-u işğaldan azad edilmiş ərazilərdə aşkarlanıb.Həmin ərazilərdən odlu silahlarla yanaşı, 2 183 mərmi və 220 mindən çox patron da tapılıb.2025-ci ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub....

23 Yanvar 2026, 14:51

Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib 

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.Citypost.az xəbər verir ki, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik "Konstitusiya və Suverenlik İli" olan 2025-ci ildə də etibarlı qorunub. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və...

23 Yanvar 2026, 14:33

Maliyyə Nazirliyi süni intellektin tətbiqinə hazırlaşır 

Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işlərə başlayıb.Citypost.az "Report"-a  xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında nazirliyin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov bildirib."Artıq nazirlikdə öz texniki dilində olsa da bir "data warehouse"un formalaşması ilə bağlı iş aparılır. Məhz süni intellektin istifadə olunmasının əsas mahiyyəti datanın formalaşmasıdır. Düzgün data formalaşsa təbii ki, bundan istifadə imkanı yaradılacaq. Bu istiqamətdə artıq işlərə başlanıb, lazımi addımlar atılıb ki, bu infrastruktur formalaşsın", -deyə o qeyd edib....

23 Yanvar 2026, 13:27

Siqareti tərgitməyin 5 effektiv yolu – Sağlam həyata keçid tövsiyələri

Siqaret asılılığı dünya üzrə milyonlarla insanın sağlamlığını təhdid edən əsas risk faktorlarından biri olaraq qalır. Mütəxəssislər bildirirlər ki, siqareti buraxmaq təkcə iradə məsələsi deyil, düzgün strategiya və dəstək tələb edən mərhələli bir prosesdir. Citypost.az xəbər verir ki, sağlam həyat tərzinə keçidi asanlaşdıran və elmi əsaslara söykənən bir neçə effektiv üsul mövcuddur.1. Nikotin əvəzedici vasitələrdən istifadəSiqaret buraxma prosesində ən geniş tətbiq olunan metodlardan biri nikotin əvəzedici terapiyadır. Nikotinli saqqızlar, plastırlar və pastillər orqanizmdə nikotin ehtiyacını tədricən azaldaraq, asılılığın daha yumşaq şəkildə aradan qalxmasına kömək edir. Mütəxəssislərin sözlərinə görə, bu üsul siqareti qəfil dayandırmaqda çətinlik çəkən şəxslər üçün daha təhlükəsiz və effektiv...

23 Yanvar 2026, 13:25

Sabah bəzi yollar buz bağlayacaq.

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 1-3, gündüz 5-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5...

23 Yanvar 2026, 12:57

Elnarə Akimova seçicilərlə görüş keçirib- FOTO

46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimovaötən gün  Sumqayıt şəhəri, Dəmir yolu Yük həyəti yaşayış massivində səyyar görüş keçirib. Citypost.az xəbər verir ki, görüş zamanı deputat ərazidə yaşayan sakinlərin sosial-məişət problemləri ilə yerində tanış olub, onların müraciət və narahatlıqlarını diqqətlə dinləyib. Səyyar görüşdə Sumqayıt şəhəri 3 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəliyinin məsləhətçisi Aslan Hacılı də iştirak edib.Sakinlər əsasən kanalizasiya xətlərinin olmaması problemi ilə bağlı narahatlıqlarını bölüşüblər. Bildirilib ki, kanalizasiya sisteminin mövcud olmaması səbəbindən evlər çirkli və üfunətli sular altında qalır ki, bu da ciddi sanitariya və sağlamlıq problemlərinə yol...

23 Yanvar 2026, 12:00